LEXUS-U KƏŞF EDİN

USTALIQ

Dəqiqlik. Fədakarlıq. Bacarıq. Bütün bunların hamısı hər bir Lexus avtomobilində bəlli olan nadir ustalığın ayrılmaz hissəsidir.

İLLƏR ƏRZİNDƏ MÜKƏMMƏLLƏŞDİRİLMİŞ TAKUMİ DƏQİQLİYİ

Takumi, sənətkarın ustalığı mahiyyətini ifadə edən qədim Yapon konsepti və ənənəsidir. Bu isə bütün istehsal prosesimizi dəstəkləyən konseptdir. Takumi usta sənətkarlarımız olduqca zərif duyğulara malikdir və bir neçə il dəqiqləşdirmə təlimi keçib. Ən yaxşı nəticələrə sadiq qalan ustalar ənənəvi üsulları müasir texnologiyalar ilə birləşdirərək, nadir avtomobillər və heyranedici təcrübələr yaratmaq üçün bu işlərə lazım olduğu qədər vaxt sərf edirlər.