UX QALEREYASI
Yolda unikal görünüşü ilə krossover performansını daha yüksək səviyyəyə qaldıran avtomobili kəşf edin.
Komplektasiyanı seçin:
Lexus UX cəsur yeni dizayn elementləri və yüksək səmərəliliyə malik güc aqreqatını bir araya gətirərək innovativ lüks və təhlükəsizliyi bir paketdə təklif edir. Onun zərif xətlərə malik dizaynı və qeyri-adi şpindel barmaqlığı güclü və əzəmətli görünür. Eyni zamanda avtomobilin eleqant korpusu həm dəbli, həm də dinamik xarakter nümayiş etdirir.
Lexus UX modeli cüdo və kendo döyüş sənətləri üçün formaların hazırlanması zamanı istifadə edilən ənənəvi yapon sırınma texnikası "saşiko"dan ilhamlanmış dəri oturacaqlarla sifariş edilə bilər. Krossoverin ön barmaqlığını əks etdirən fərqli vizual effektlərin yaradılması üçün Lexus sənətkarları dərinin perforasiya tərzinə və oturacaqların ventilyasiya çıxışlarına uyğunlaşdırılmış riyazi əyrilər boyunca tikiş qoyurlar. Nəticədə incəsənət və funksionallığın cazibədar vəhdəti ilə qarşılaşırsınız.
Cəsur dizayn ilə misilsiz tərz ifadəsi olan UX sinfinin sürücülər və sərnişinlər üçün ən təhlükəsiz avtomobillərindən biridir. Avtomobilin təhlükəsizlik göstəricisinin böyüklər üçün 96%, uşaqlar üçün 85% olması yoxlanılmış avtomobillər arasında ən yüksək göstəricilərdən biridir. Ən son versiya Lexus Təhlükəsizlik Sistemi+ ilə təchiz edilmiş Lexus UX eyni zamanda müstəsna dözümlülüyə malik Global Architecture-C platforması və standart komplektasiyaya daxil olan 8 təhlükəsizlik yastığı ilə inanılmaz passiv təhlükəsizlik xarakteristikaları ilə seçilir.
Avtomobiliniz üçün proqram təminatının hazırkı versiyasını əldə edin, smartfonunuza qoşun, idarəetmə və naviqasiyanı daha rahat və zövqlü edən funksionaldan zövq alın.
Yolda unikal görünüşü ilə krossover performansını daha yüksək səviyyəyə qaldıran avtomobili kəşf edin.