1. Legal
  2. Kuki parametrləri
ƏLAQƏ YARADIN

LEXUS VEB-SAYTıNDA "COOKIE"-LƏR

 

Hansı funksiya daşıdığından və hansı məqsədlə istifadə olunduğundan asılı olaraq dörd kateqoriya "cookie"-lər mövcuddur.

  • Mütləq zəruri
     

    Veb-saytın işi üçün mütləq zəruri olan tənzimləmələr Avropa direktivindən azaddır və ləğv edilə bilməz.

  • Performans
     
    Konfiqurasiya edilmiş avtomobillərinizi yalnız sayta cari girişiniz zamanı yaddaşda saxlayır.
  • Funksional

    Veb-saytın müvafiq qaydada göründüyünü tənzimləyir. Sizin yeni yoxsa təkrar müştəri olmanızı bilmək üçün məlumatları toplayır.
  • Sosial media və reklam
     

    Səhifələrimizi sosial şəbəkələrdə paylaşmanız üçün icazə verir.

KUKİLƏR HAQQINDA DAHA ÇOX MƏLUMAT

Sizin onlayn təcrübənizin artırılması məqsədilə Lexus və tərəfdaşlarımız "cookie", "web-beacon" və digər izləmə texnologiyalarından istifadə edir. "Cookie"-lər kompüterinizin brauzerində sizin tərcihlərinizin yaddaşda saxlanılması üçün yerləşdirilmiş mətn fayllarıdır. Lexus Servis və internet istifadəsini anlamaq, eləcə də Lexus veb-saytında məhsulların, məzmunun, təkliflərin və xidmətlərin təkmilləşdirilməsi və fərdiləşdirilməsi məqsədilə "cookie"-lərdən və digər izləmə texnologiyalarından istifadə edir.

Məsələn, biz sizin Lexus Qur və Al xidmətlərində təcrübənizin fərdiləşdirilməsi (məsələn, siz xidmətə geri döndükdə adınızın tanınması və ya sizin konfiqurasiya edilmiş avtomobilinizin yadda saxlanılması), şifrənin mühafizə olunduğu yerlərdə şifrənizin qorunması və alış-veriş kartlarından yararlana bilmənizi təmin etmək məqsədilə istifadə edə bilərik.

LEXUS KUKİLƏRİNİ 4 MÜXTƏLİF KATEQORİYADA TƏYİN EDİR

 

1. Mütləq zəruri "cookie"-lər

Biz bu "cookie"-lərdən sizi Lexus veb-saytlarında minimal xidmətlərlə təmin etmək üçün istifadə edirik. Bu "cookie"-lərdən Lexus veb-saytlarında təhlükəsizliyin artırılması üçün istifadə edirik. Bu "cookie"-lər məcburidir və bu veb-saytda deaktiv edilə bilməz. Ümumilikdə, siz "cookie"-ləri istənilən zaman brauzerinizdə deaktiv edə bilərsiniz.

2. Performans "cookie"-ləri

Lexus performans "cookie"-lərini analitika, sorğu "pop-up"-ları və ümumi performans, eləcə də monitorinqdən istifadə etməklə sizə göstərdiyimiz onlayn xidmətləri təkmilləşdirmək üçün istifadə edir. Bu "cookie"-lər könüllü xarakterlidir və bu səhifənin yuxarı hissəsindəki dialoq qutusunda "cookie" tənzimləmələri vasitəsilə deaktiv edilə bilər.

3. Funksional "cookie"-lər

Lexus funksional "cookie"-lərdən növbəti dəfə bizim veb-saytımıza daxil olduğunuz zaman sizin giriş məlumatlarınızı yadda saxlamaq üçün istifadə edir. Biz, həmçinin, bu "cookie"-lərdən sizin etdiyiniz müəyyən seçimləri, məsələn, Qur və Al bölməsindəki ödənişləri aylıq və ya nağd ödəməklə bağlı seçiminizi yadda saxlamaqla sizin istifadəçi təcrübənizi artırmaq üçün istifadə edirik. Bu "cookie"-lər könüllü xarakterlidir və bu səhifənin yuxarı hissəsindəki dialoq qutusunda "cookie" tənzimləmələri ilə deaktiv edilə bilər.

4. Sosial media və reklam

Lexus veb-saytlarında tam təcrübəni təmin etmək məqsədilə, bu "cookie"-lərdən Lexus veb-saytlarında hansı səhifələrə daxil olduğunuzun qeydiyyatının saxlanılması və ya "ən yaxın Lexus riteyler" kimi lokal xidmətlərin göstərilməsi üçün istifadə olunur. Bu, Lexus veb-saytından başqa veb-saytlara daxil olduğunuz zaman hədəf reklamlara gətirib çıxara bilər. Bu "cookie"-lər könüllüdür və "cookie" banerində yaxud bu səhifənin yuxarı hissəsindəki dialoq qutusunda açıq şəkildə qəbul edilməlidir.

Lexus, üçüncü tərəf xidmət təminatçılarımız və ya tərəfdaşlarımız həmçinin daxil olduğunuz digər veb-saytlarda göstərilən reklamların performansını idarə etmək və ölçmək üçün digər izləmə texnologiyalarından istifadə edə bilər.

Lexus veb-saytlarına qeydiyyatlı istifadəçi və ya əksi kimi daxil olmaqla siz yuxarıda təsvir edilən texnologiyalar, o cümlədən gələcəkdə hazırlanacaq analoq texnologiyalar vasitəsilə fəaliyyətlərinizi və xidmətlər və funksionallıqlardan istifadənizi izləmək üçün bizə razılığınızı verməyi qəbul edir və razılaşırsınız.

Üçüncü tərəflər öz növbəsində Lexus veb-saytlarımıza daxil olduğunuz zaman öz izləmə texnologiyalarını təyin edə və istifadə edə bilər və onlar Lexus veb-saytlarından istifadə etdiyiniz zaman müxtəlif veb-saytlar və ya tətbiqlərdə vaxt keçdikcə siz və onlayn fəaliyyətləriniz haqqında məlumata müraciət edə bilər. Onların belə izləmə texnologiyalarından istifadəsi bizim nəzarətimizdə deyil və öz məxfilik siyasətlərinə tabedir.

 

"COOKIE"-LƏRIN DEAKTIV EDILMƏSI

Əksər veb brauzerlər "cookie"-ləri qəbul etmək üzrə tənzimlənmişdir. Siz öz brauzerinizi müəyyən "cookie"-ləri qəbul etməzdən öncə sizi xəbərdar etməsi və müəyyən "cookie"-lərdən imtina etməsi üçün tənzimləyə bilərsiniz. Lakin veb brauzerinizdə "cookie"-lərin istifadəsini deaktiv etdiyiniz zaman, Lexus veb-saytlarında bəzi funksiyaların istifadəsi çətinləşə və ya düzgün qaydada işləməyə bilər.məxfilik siyasəti