1. New Cars
  2. LM
ƏLAQƏ YARADIN
VİP şəxslər və biznes liderləri üçün yaradılmış tam yeni LM 350h miniveni şəxsi sürücü tərəfindən idarə olunan, rahat və dəbdəbəli səfərlərə üstünlük verən avtomobil sahibləri üçün nəzərdə tutulmuşdur. Geniş sahəli, divan tipli 7-yerli və ya 4-yerli versiyalarda möhtəşəm dəri oturacaqlar və incə işlənmiş interyer müstəsna və üstün qarşılama ab-havasını yaradır. 7-yerli versiyada orta sıra avtomobilə daha çox dəbdəbə qatır, 4-yerli versiyada təyyarə oturacaqları kimi tam açılan iki arxa oturacaq rahatlığın zirvəsini təmsil edir. 184 kVt-lıq son dərəcə hamar gücü təmin edən yeni nəsil hibrid güc qurğusuna sahib olduğuna görə LM 350h-də səyahət etmək unudulmaz bir təcrübə yaşadır.
  • TAM YENİ LEXUS LM

    Lexus LM, Lexus-u şəxsi sürücü tərəfindən idarə olunan ultra dəbdəbəli avtomobillər üçün yeni bazar seqmentinə yüksəldən tamamilə yeni flaqmanımızdır.

                                                                                                                 

  • LEXUS-a MƏXSUS “TAKUMİ” SƏNƏTKARLIĞI

    Burada siz dəbdəbəli Lexus LM-ə başqa heç bir minivenin hiss etdirmədiyi, nümayiş etdirmədiyi və əks etdirmədiyi xüsusiyyətləri əlavə etmiş elit Takumi ustalarımız haqqında ətraflı öyrənə bilərsiniz.

     

Başlamağa hazırsınız? Mühərriki seçin

Komplektasiyanı seçin:

4 Seçimlər

No results

  • LM - 7 seater black - Universal 5 qapılı

    LM 7 seater black

    Hibrid
    Universal 5 qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • LM - 7 seater white - Universal 5 qapılı

    LM 7 seater white

    Hibrid
    Universal 5 qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • LM - 4 Seater Black - Universal 5 qapılı

    LM 4 Seater Black

    Hibrid
    Universal 5 qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • LM - 4 Seater White - Universal 5 qapılı

    LM 4 Seater White

    Hibrid
    Universal 5 qapılı

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4

DÖRDYERLİ LM 350h

  • 4-YERLİ ŞƏXSİ SÜRÜCÜLÜ

                                                                                    Avanqard üslublu qonaq otağı kimi rahat və eyni zamanda mobil ofis kimi praktik olan 4-yerli LM modeli unikal havalı “lounge” atmosferinə sahibdir. Əl ilə tikilmiş dəri oturacaqlar sensorlu idarəetmə panelləri və Lexus emblemi həkk olunmuş boyunaltılarla təchiz edilib. “Smart refresh” texnologiyalı arxa oturacaqlar oxuma lampaları və qatlanan masalarla təchiz edilib. Havalandırılan/qızdırılan oturacaqlar həmçinin birinci və ikinci sıralarda da mövcuddur, qapı və pəncərələrdəki günəş pərdələri isə sərnişinlərə özlərini avtomobildə rahat hiss etmələrini və təkliyə çəkilə bilmələrini asanlaşdırır. Yuxarıda yerləşən idarəetmə panelindən istifadə etməklə sürücünüz sürüşüb açılan qapıları və arxa qapını idarə edərək sizi zərif qonaqpərvərliklə qarşılaya bilər.

  • ÜSTÜN DƏRƏCƏLİ, TAM QATLANAN OTURACAQLAR

    Üstün dördyerli konfiqurasiya “biznes liderinin” ehtiyaclarını ideal qarşılayır. Arxada maksimal rahatlığı təmin edən, üstün dərəcəli xüsusiyyətlərə malik, yüksək söykənəcəkli, erqonomik formalı iki oturacaq yerləşir. Tam olaraq üfüqi açıla bilən oturacaqlar rahat yataq forması alır, daxili hava qatları olan yastıqlar və söykənəcəklər omba, bel və çiyinləri masaj edir, elektrikli ayaqaltılar isə baldırları dəstəkləyir. Oturacaqların havalandırma sistemi salonun havasını oturacaqların səthindən uzaqlaşdırdıqda istilik və rütubət azaldığına görə “Klimat-Konsyerj” sistemi bədəninizin temperaturunu ölçərək daxili havanı tənzimləyir. Arxa oturacaqların elektrikli ayaqaltıları baldırların əhatəli dəstəklənməsi təmin edir və sərnişinə soyuq havalarda içini isidən rahatlıqda istirahət etməsinə imkan verir.

  • YÜNGÜL QƏLYANALTILAR VƏ SƏRİNLƏŞDİRİCİ İÇKİLƏR, JURNALLAR, NETFLIX

    Əl baqajı üçün aşağı hissədə yerləşən bölmələr, oturacaqların dirsəkliklərində yerləşən qatlanan masalar və sevimli jurnalları və ya planşet kimi əşyaları saxlamaq üçün bölməsi olan LM bütün sərnişinlərin saxlama yerinə olan ehtiyacını ödəyə bilir. Arxa sıranın həm istirahət etmək, həm də yaradıcılıqla məşğul olmaq üçün uyğun olan əyləncə sistemi, yüksək rezolüsiyalı geniş ekranla təchiz edilib. 14-Litrlik soyuducu içkiləri soyuq və əl altında saxlamağa imkan yaradaraq sərinləşdirici içki içmək , istirahət etmək və hətta hər hansı bir hadisəni qeyd etmək istəyini nəzərə alır.

4-yerli modeldə ön və arxa hissələri ayıran arakəsmə sərnişinlərin məxfilik səviyyəsini daha da yüksəldir. Yuxarı hissədə yerləşən, geniş həcm hissini qorumağa mane olmayan tündləşmə funksiyasına malik şüşə panellər məxfiliyi iki səviyyədə təmin edir. Aşağı hissəsində arxa sərnişinlər üçün 48-düymlük geniş ekran yerləşir. Bu ekran onlayn görüşlər keçirmək, müasir audiosistemin köməyi ilə əylənmək və s. məqsədlər üçün uyğundur. İlk dəfə olaraq Lexus tərəfindən işlənib-hazırlanmış “Arxa Klimat-Konsyerj” sistemi kondisioner, oturacaqların vəziyyəti, günəş pərdələri və işıqlandırma kimi elementlərin inteqrasiya olunmuş idarəetməsini həyata keçirməyə, sərnişinlər üçün salonda optimal ab-havanı yaratmağa kömək edir.

XÜSUSİYYƏTLƏR

  • GÜCLÜ PLATFORMA

                                                                                          GA-K platformamız əsasında qurulmuş yeni LM 350h genişləndirilmiş təkər bazası ilə yanaşı dayanıqlılığı artırmaq üçün əlavə köndələn tirlərlə də təmin edilib. Bu əlavə möhkəmlik sayəsində Lexus mühəndisləri asqını daha dəqiq tənzimləyərək həm performansı həm də rahatlığı artırmağa nail olublar. Daha geniş koleya və daha böyük təkərlər avtomobilə özündən əmin duruş verir və yol ilə daha yaxşı ilişməni dəstəkləyir.

  • 4-CÜ NƏSİL ÖZ-ÖZÜNÜ DOLDURAN HİBRİD SİSTEMİ

    İstənilən sürmə situasiyasında rahatlıq və əminlik verən LM 350h modeli 2,5 litrlik benzin mühərrikindən və elektrik motordan güc alan, öz-özünü dolduran, 250 DIN at gücünü (184 kVt) qüsursuz şəkildə təmin edən hibdriddir. Nəticədə cəmi 8.7 saniyə ərzində saatda 0-dan 100 km-ədək sürətlənmə, eləcə də üstün effektlivlik əldə olunub. Hərəkət zamanı, yerindən tərpənmə və ya tormozlama zamanı sistem şarj olunduğu üçün, hər zaman müstəsna məsafə ehtiyatınız olacaq.

  • 2.5-LİTRLİK BEZİN MÜHƏRRİKİ / HİBRİD TRANSMİSSİYA

    LM 350h modelininin tam yeni 2,5 litrlik benzin mühərriki özündən əvvəlki modeldən daha çox üstünlüklərə malikdir və istilik effektivliyi dünyada ən yüksək göstərici olan 41% səviyyəsindədir. Son dərəcə hamar gedişi və sürücünün hərəkətlərinə çevik reaksiyanı təmin etmək üçün ön elektrik mühərriki, generator və gücü paylayan mexanizm bir mürəkkəb hibrid transmissiyada yerləşdirilib. Mühərrikin /generatorun çoxoxlu yerləşməsi sayəsində son dərəcə kompakt transmissiya sinfində ən yüksək effektivliyə, sakitliyə və iş göstəricilərinə malikdir.

Xüsusilə LM 350h üçün uyğun işlənib hazırlanmış 4-cü nəsil nikel metal-hibrid akkumulyator həm interyerin genişliyini, həm də üstün istismar xüsusiyyətlərini təmin etməyə kömək edir. Soyutma sistemi də optimallaşdırılmışdır. Birbaşa olaraq transmissiya qutusundan üstdə quraşdırılmış yeni kompakt idarəetmə bloku alçaq kapotdan istifadə etməyə kömək edərək aerodinamikanı yaxşılaşdırır və yanacaq sərfini azaldır.

Yeni LM 350h modelinin E-FOUR elektrikli tam intiqal sistemi hər zaman işçi vəziyyətdədir, daha yaxşı burucu momenti və dartı qüvvəsini təmin edir. Performansında əhəmiyyətli yüksəlişə nail olan LM-in çoxlingli arxa asqısı üstün yan sabitliyi təmin edir və şaquli yellənmənin qarşısını alır. Daha yüksək burucu moment səviyyələrinə qarşı davamlı olan bu sistem eyni zamanda səs-küy, vibrasiya və sərtlik səviyyəsini də əhəmiyyətli dərəcədə azaldır. Sürətli döngələrdə sürmə xüsusiyyətlərini və idarəetməni yaxşılaşdırmaq üçün xüsusilə tənzimlənmiş Adaptiv Dəyişən Asqı (AVS) dörd təkərin dördündə də dempferləmə qüvvəsini idarə edir.

TƏHLÜKƏSİZLİK

  • ÜÇÜNCÜ NƏSİL LEXUS SAFETY SYSTEM+

    Yeni LM-də yüksək təhlükəsizlik səviyyəsi üçün yenilənmiş və əlavə funksiyaların da daxil olduğu üçüncü nəsil “Lexus Safety System+” sistemində birləşmiş qabaqcıl aktiv təhlükəsizlik və sürücüyə yardım texnologiyalarından istifadə olunur. Bunlar arasında sükan dəstəkli “Proactive Driving Assist” sistemi və sürücünün yorğunluq və ya diqqətinin yayınma əlamətlərini yoxlayan yeni Sürücü Monitoru yer alır.

  • TƏKMİLLƏŞDİRİLMİŞ “ÖN TOQQUŞMA XƏBƏRDALIĞI” SİSTEMİ

    Təkmilləşdirilmiş “Ön Toqquşma Xəbərdarlığı” sistemi gündüz vaxtı motosikletləri tanıya bilir və sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir. Yol kəsişmələrində dönmə zamanı da qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riskini müəyyən edə bilir. Zərbələri önləmə qabiliyyəti qəza situasiyaları üçün nəzərdə tutulmuş sükan idarəetməsinin yardımı ilə gücləndirilir.

  • DİNAMİK RADARLI KRUİZ-KONTROL                                                                                                      Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni sazlamaq üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, LM də dayanacaq. Öndəki avtomobil yenidən tərpəndikdə, siz də hərəkətinizi davam edəcəksiniz. Sistem öndəki nəqliyyat vasitələrini çox çevik müəyyən edir və “Lane Trace Assist”* (hərəkət zolağını keçmə haqqında xəbərdarlıq) sistemi ilə birlikdə döngələrdə hərəkət zamanı avtomobili daha təbii trayektoriya ilə istiqamətləndirir. Dinamik radarlı kruiz-kontrol həmçinin yanaşı zolaqla daha yavaş hərəkət edən avtomobil ilə toqquşmanın qarşısını alır.

    * Qabaqcıl “Lane Trace Assist” sistemi LM-i zolağın ortasında saxlamağa kömək edir, “təbii zolaq izləmə” funksiyasından istifadə edir və döngələrdə dəstəyini təmin edir.

Ən son “Maneə tanıma” sistemi ilə təchiz edilmiş bu avtomobilin aparıcı “Aktiv sükan idarəetməsi” yardımı ilə təmin edilmiş yeni “Proactive Driving Assist” texnologiyası piyadalar və öndəki obyektləri izləyir, təhlükəsiz məsafəni qorumaq üçün sükan və əyləclərə proaktiv nəzarəti həyata keçirir. Bundan əlavə “Yavaşlama Köməkçisi” zəruri hallarda daha yumşaq və təhlükəsiz yavaşlamaya imkan verir. Sistem həmçinin öndəki döngələri müəyyən edir və təhlükəsiz və dəqiq sükan idarəetməsini təmin etmək üçün sükanı tənzimləyir.

LED aktivasiyalı AHS (Uzaq İşıqların Adaptiv İdarəetmə Sistemi) öndəki avtomobillərin işığını aşkar etmək üçün monokulyar kamera sensorundan istifadə edir və faraların işığının paylanmasını avtomatik olaraq optimallaşdırır ki, öndəki və qarşıdan gələn avtomobillər uzaq işıqlarının təsirinə məruz qalmasın. AHS sistemi sürücünü uzaq işıqları yandırıb-söndürmək işindən azad edir və avtomobili gecə vaxtı sürərkən mükəmməl görmə sahəsini təmin edir.

CƏSARƏTLİ DİZAYN

  • QÜVVƏTLİ LEXUS SİMASI

    Öndə Lexus-un cəsarətli firma imzalı radiator barmaqlığı ilə yanbayan LM 350h-in cəlbediciliyini vurğulayan daha iti üçqat ön LED faralar yerləşir. Yandan tündləşdirilmiş dayaqlar pəncərələri, sahəni və axıcı xətləri vurğulayır. LM-in uzun təkər bazası və 19 düymlük yüngül lehimli döymə disklər əlavə dinamizm qatır. Arxada Lexus-un səciyyəvi “L” formalı LED faraları və yeni “LEXUS” nişanı yollarda avtomobilin futuristik mövcudluğunu önə çəkir. “Sonic White”, “Sonic Titanium”, “Graphite Black” və “Sonic Agate” kimi dörd eksteryer rəngi bu avtomobilin əzəmətini zövqlü bir şəkildə ifadə edir. Solda və sağda arxa oturacaq sırasında havalı görünüş hissini daha da gücləndirən şüşə damlar təklif olunur.

  • YENİ MİLƏOXŞAR BAN / LEXUS-un FİRMA İMZALI RADİATOR BARMAQLIĞI

    Eksteryerinin dizaynının tərtibatında əsas məqam yeni nəsil Lexus-un dizaynını miniven seqmentinə daxil etmək olmuşdur. Burada dizaynerlər yeni “miləşoxşar ban” dizaynını yeni LM modelində tətbiq etmək vəzifəsinin öhdəsindən uğurla gəlmişlər. Nəticədə sabit və özündən əmin görünüşü əldə etmək üçün elektrikli güc və aşağı ağırlıq mərkəzi hissini ötürən barmaqlığın dizayn konsepsiyasının inteqrasiyası daha da yaxşılaşdırılmışdır.

  • ÜÇ ŞÜALI LED İŞIQLAR / LEXUS-a MƏXUS “L” FORMALI ARXA İŞIQLAR

    Daha zərif, daha iti və daha üfüqi olan bu heyranedici 3-şüalı LED ön faralar sadə dizaynı sayəsində güclü təəssürat yaradır. Firma imzalı oxvari yuxarı/aşağı işıqlar Lexus-un firma üslubunu vurğulayır, gündüz işıqlarının gücünün rəvan tənzimlənməsi isə gözəl işıq keçidlərini yaradır. Arxa kombinə işığın unikal komponovkasına “L” formalı işığın üstündən əlavə işıq əlavə edilib ki, bu da yaxşı görmə sahəsini təmin edir və avtomobilin sinfinə mənsubiyyətini gücləndirir.

Elektrik intiqallı sürüşən qapılar üçün yuxarı konsola quraşdırılmış idarəetmə düymələri sürücüyə sürüşən qapıları və arxa qapını açıb-bağlamağa və sərnişinləri VİP şəxslər kimi qarşılamağa imkan verir. Elektron açarınız olduqda avtomobilə yaxınlaşdığınız tərəfdə yerləşən elektrik intiqallı sürüşən qapını açmaq və bağlamaq üçün açara və ya qapı dəstəyinə bir toxunuş etməyiniz kifayətdir. İlişmələrə qarşı mühafizə sistemi maneələrin qapılarda ilişməsinin qarşısını almağa kömək edir. Yapon “Shoji” qapılarından ilham alaraq yaradılmış “E-latch” qapını bir zərif hərəkətlə açmağa imkan verən açarlı və elektrik intiqallı qapı sistemidir.

Kokpiti daha da sürücü mərkəzli etmək üçün, Lexus tərəfindən “Tazuna” kokpit dizaynını işlənib hazırlanmışdır. “Tazuna” yapon dilində “cilov” mənasını daşıyır. Bu dizayn birbaşa və eyni zamanda intutitiv idarəetməni nəzərdə tutur. Muldimedia ekranı, çoxfunksiyalı displey, birsiferblatlı sayğac, mərkəzi ölçü cihazları və proyeksiyalı displey birlikdə elə qruplaşdırılmışdır ki, təqdim olunan məlumatı göz və başın minimal hərəkəti ilə oxumaq mümkündür. Eyni qaydada “Drive Mode Select” kimi əsas açarlar və idarəetmə düymələri də əl altında yerləşir.

İNNOVATİV TEXNOLOGİYA

  • 10 DÜYM DİAQONALLI SON DƏRƏCƏ GENİŞ PROYEKSİYA DİSPLEYİ

    LM 350h (7-yerli) ilə əlaqəli idarəetmə məlumatları ön şüşəyə rəngli proyeksiya ilə əks olunur. Bu 10 düym diaqonallı proyeksiya displeyi sürücüyə naviqasiya məlumatlarını, təhlükəsizlik sisteminin məlumatlarını, avtomobilin iş parametrləri və audiosistemin parametrləri kimi müxtəlif məlumatları gözünü yoldan ayırmadan əldə etməyə imkan verir. Sükan üzərindəki sensorlu düymələr sayəsində istifadəsi çox asandır.

  • 23 DİNAMİKLİ MARK LEVINSON® AUDİO SİSTEM (4-YERLİ VERSİYA)

    4-yerli LM 350h modelinin demək olar ki, səssiz salonu, yeni 23 dinamikli “Mark Levinson® Premium Surround” audio sistemi üçün mükəmməl bir atmosferi təmin edir. Audio sistem sahəsindəki eksklüziv tərəfdaşımız olan “Mark Levinson” ilə birgə işlənib-hazırlanmış sistem avtomobilin daxili arxitekturasına uyğun optimallaşdırılıb. Yeni “3D Mark Levinson® Surround” audio sistemi və “Quantum Logic Immersion”-dan istifadə edərək tayı-bərabəri olmayan 7.1-kanallı ev kinoteatrı təcrübəsini təqdim edən “ClariFi”, müstəsna səs keyfiyyəti üçün səs mənbəyini analiz edir və itmiş məlumatları tamamlayır. Konsert zalı təəssüratını daha da gücləndirmək üçün dinamiklər MPV-nin geniş tavanına yerləşdirilərək üçölçülü səs səhnəsi yaradır. Qulaqlarımızla eyni səviyyədə olması üçün 48 düymlük ekranın üstündə yerləşdirilmiş arakəsmə dinamikləri həqiqi musiqi ab-havasını aydın şəkildə ifadə edən zəngin və güclü səsə malikdir. Arakəsmənin aşağı sol hissəsinə quraşdırılmış “Blu-ray” pleyer isə Blu-ray diskləri, DVD və CD-lər üçün uyğundur.

  • SİMSİZ DOLDURMA CİHAZI

                                                                                Akkumulyatoru doldurmaq üçün induktiv simsiz doldurma cihazından istifadə etməklə uyğun smartfonları və ya digər elektron cihazları doldura bilərsiniz. 50% daha sürətli olan bu cihaz mərkəzi konsol cibində rahat yerləşir. Cihazlarınızı dolu və qoşulmuş saxlamaq üçün LM-də səkkizə qədər USB portu var. Android Auto® və ya simsiz Apple CarPlay® ilə təchiz edilmiş yeni LM smartfonunuzun bir çox proqramlarını 14" sensorlu ekranda və ya 14"/48" arxa displeylərdə göstərməyi və onlara daxil olmağı asanlaşdırır.

TEST-DRAYVLARIMIZ HAQQINDA ƏTRAFLI MƏLUMAT

TEST-DRAYV VƏDİMİZ

Lexus-un unudulmaz test-drayvını təcrübə edin. Avtomobili, yeri və müddəti seçin.