1. Discover Lexus
ƏLAQƏ YARADIN
LEXUS-U KƏŞF EDİN

USTALIQ

Dəqiqlik. Fədakarlıq. Bacarıq. Bütün bunların hamısı hər bir Lexus avtomobilində bəlli olan nadir ustalığın ayrılmaz hissəsidir.

ÜSTÜN KEYFİYYƏT

 

Lexus model sırasında hər bir detal ən yüksək standartlara uyğun hazırlanıb. Sürücülər və sərnişinlərin ideal səyahət təcrübəsi yaşaması üçün bütün məqamlar bir araya gəlib.

ƏL İLƏ TİKİLMİŞ DƏQİQLİK

Növbəti dəfə avtomillərimizdən birində olduğunuz zaman interyerə rəng qatan və ecazkar şəkildə tikilmiş tikiş yerlərinə heyran olmaq üçün bir dəqiqənizi ayırın. Onların sadəliyi və eleqantlığı necə çətinliklə yaradılmaqlarına dair heç nəyi bəlli etmir.

Tikiş işi hər dəfə dəqiqliklə icra edilməlidir. Əllə hazırlanmış xətlər avtomobilin ölçü alətləri və məlumat paneli alətlərinin müasir texnologiyası ilə gözəl şəkildə kontrast yaratdığından effekt hiss olunandır.

FLAQMAN QÜSURSUZLUQ

İkonik LS avtomobilinin hər aspekti ən zərif avtomobilin hazırlanmasına sadiqliyimizi əks etdirir. Dəbdəbəli işlənmələr, bəzəklər və materiallar həyəcanverici performansı mükəmməl şəkildə tamamlayaraq, idarəetmə təcrübəsini artırır.

DƏQİQ SAZLANMIŞ MÜHƏNDİSLİK

Mühərrik testlərimiz sadəcə avtomatlaşdırılmayıb. Yüksək standartları təmin etmək üçün ən son texnologiyadan istifadə etməklə yanaşı, kapotun altında yerləşən hər şey həm də sənətkarın gözü ilə müşahidə edilir.

İnsan əlləri, tibbi elmdən götürülmüş CAT skanlaması kimi müasir sistemlər ilə ahəngdarlıq şəklində işləyir. Ənənəvi skanerlərdən fərqli olaraq, bunlar hər mühərrikin içinə baxır və hər birinin Lexus-un yüksək dəqiqlik keyfiyyət tələblərinə cavab verdiyini təmin edir.

Takumi həmçinin dəqiqlik və keyfiyyətin həmişə saxlandığından əmin olmaq üçün ənənəvi steteskop kimi alətlərdən istifadə edir.

 

 

 

TAKUMİ USTALARI

Hər Lexus Takumi usta sənətkarı ən az əsrin dörddə biri qədər təcrübəyə malikdir. Birlikdə onlar avtomobil hazırlama prosesinin hər mərhələsinə bənzərsiz bacarıq, bilik və intuisiyalarını bəxş edir.

İNSANLAR VƏ TEXNOLOGİYA

Rəqabətsiz ustalıq yalnız bir harmoniyada işləyən robotlar və insanlardan irəli gəlir. Yüksək bacarıqlı ustaların bənzərsiz zəkalarının robot texnologiyamızın davamlı və effektiv hərəkətlərinə proqramlaşdırılması misilsiz Lexus ustalığı ilə nəticələnib.

 

SUPER İNSAN

Saatlarla təcrübə və təlimdən sonra Lexus Takumi Usta Sənətkarları demək olar ki, super insan zəkası formalaşdırır. Təlim keçməmiş göz üçün görünməz olan işarələri görən baxış, mühərriki cərrahi dəqiqlik ilə sazlaya bilən eşitmə və millimetr fraksiyasında qüsurları aşkarlaya bilən toxunuş duyğusu.