VEB SAYTIN ƏLÇATANLIĞI HAQDA BƏYANAT
Bu bəyanat Lexus Azərbaycan veb-saytına aiddir.
Əlçatanlıq haqda bu bəyanat aşağıdakılara şamil olunur:
• Veb sayt: https://www.lexus.az
Bu veb sayt Avropa Əlçatanlıq Aktına (Direktiv (Aİ) 2019/882) uyğun olaraq hazırlanmışdır.
Nəzərə alın ki, bu bəyanat üçüncü tərəf satıcılarının hər hansı subdomenlərində və ya xidmətlərində dərc edilmiş digər kontenti və ya veb saytları əhatə etmir. Bu veb-saytlar və onların məzmunu və ya xidmətlər üçün xüsusi əlçatanlıq bəyanatları müəyyən edilmişdir.
XİDMƏTİN ÜMUMİ TƏSVİRİ
Bu veb saytda Lexus məhsulları, xidmətləri və şirkət barədə məlumatlar yer alır. Burada bütün ziyarətçilər, o cümlədən əlilliyi olan insanlar üçün qüsursuz istifadəçi təcrübəsi təklif edilir. Veb saytda məhdudiyyətsiz olaraq avtomobil modelləri, pərakəndə satış nöqtələri, müştəri dəstəyi və şirkət xəbərləri kimi bölmələr var.
UYĞUNLUQ
Bu veb sayt Veb Kontentin Əlçatanlıq Təlimatları (WCAG) 2.1, AA Səviyyəsi ilə qismən uyğundur. Lexus veb saytlarında istifadə olunan əsas komponentlər və şablonlar avtomatlaşdırılmış və manual yoxlamalar daxil olmaqla, xarici əlçatanlıq auditindən keçmişdir.
Nəzərə alın ki, indiyə qədər Lexus Azərbaycan əlçatanlıqla bağlı fərdi qaydada sınaqdan keçirilməyib. Saytın yerli tətbiqinin bizim əlçatanlıq standartlarımıza cavab verməsi üçün biz bu sınaqları planlaşdırırıq və həyata keçiririk.
ƏLÇATANLIQ XÜSUSİYYƏTLƏRİ
Veb saytın strukturu asan naviqasiya və əlçatanlığı təmin edir. Veb saytın cavab verdiyi 12 WCAG meyarı arasında bilməli olduğunuz ən vacib xüsusiyyətlər bunlardır:
- WCAG meyarı “2.4.5 – Müxtəlif üsullar”: Veb sayt Qlobal naviqasiya (əsas naviqasiya), Alt kolontitul naviqasiyası, Kontekstual naviqasiya və Axtarış funksiyası daxil olmaqla müxtəlif naviqasiya üsullarını təklif edir.
- WCAG meyarı “3.1.1 – Səhifənin dili”: Standart səhifə dili müəyyən edilir
- WCAG meyarı “3.2.2 – Giriş məlumatları”: Giriş göstəriciləri dəyişdirildikdə gözlənilməz dəyişikliklər baş vermir
- WCAG meyarı “3.2.3 – Ardıcıl Naviqasiya”: Bütün səhifələrdə ardıcıl naviqasiya təmin edilir
- WCAG meyarı “2.1.2 – Klaviatura maneəsinin olmaması”: İstifadəçilər klaviaturadan istifadə edərək bütün elementlərə daxil ola və çıxa bilərlər.
GİRİŞ OLMAYAN KONTENT (MƏZMUN)
Veb saytımızın əlçatanlığını təmin etmək üçün bütün səylərimizə baxmayaraq, biz bir sıra məhdudiyyətlərin olduğunu bilirik və onları aradan qaldırmağa çalışırıq. Veb sayt 30 WCAG meyarı üzrə təkmilləşdirilməlidir. Bunlardan 7 meyar mövcud deyil və 1 müvəffəqiyyət meyarının sınaqdan keçirilməsi mümkün deyil. Bilinən ən mühüm məhdudiyyətlər aşağıda verilmişdir:
- WCAG meyarı “1.1.1 – Qeyri-mətn tipli kontent (mətn alternativi)”: Bəzi mətn alternativləri və yarlıklatr səhvdir və ya tamamilə yoxdur
- WCAG meyarı “1.4.4 – Mətnin ölçüsünün dəyişdirilməsi”: Mətnin ölçüsü dəyişdirildikdə məzmunun oxunmasının və funksionallığının itirilməsi
- WCAG meyarı “2.1.1 – Klaviatura”: Bütün funksiyalara klaviatura vasitəsilə giriş yoxdur
- WCAG meyarı “2.4.7 – Fokusun görünməsi”: Fokus vəziyyəti görünmür
- WCAG meyarı “4.1.2– Ad, rol, göstərici”: Rolların çatışmaması və ya səhv istifadəsi
RƏYLƏRİN BİLDİRİLMƏSİ VƏ ƏLAQƏ MƏLUMATLARI
Veb saytımızın əlçatanlığı ilə bağlı rəyləriniz bizim üçün mühümdür. Əlçatanlıqla bağlı maneələrlə qarşılaşsanız, bizə bildirməyinizi xahiş edirik:
• Telefon: +995322720046 ( 107 )
• E-poçt: cr@toyota-caucasus.com
Sorğunun alındığı tarixdən etibarən 15 gün ərzində rəyinizi cavablandırmağa çalışırıq.
BRAUZER VƏ YARDIMCI TEXNOLOGİYA İLƏ UYĞUNLUQ
Əsas komponentlər və şablonlar aşağıdakı köməkçi texnologiyalarla uyğun şəkildə hazırlanmışdır:
Əməliyyat sistemləri və brauzerlər:
- Chrome versiya: 122.0.6261.69
- Edge versiya: 122.0.2365.66
- Firefox versiya: 123.0
- Safari versiya: 17.3
- Windows versiya: Windows 10 Pro
- MacOS versiya: Sanoma 14.3
- Android versiya: Android 13
- iOS versiya: iOS 17.3.1
Ekran oxuyucular:
- NVDA versiya 2023.10
- VoiceOver
- Talkback
TEXNİKİ SPESİFİKASİYA
Veb-saytımızın əlçatanlığı veb-brauzerin və kompüterinizdə quraşdırılmış hər hansı köməkçi texnologiyaların və ya plaginlərin xüsusi kombinasiyası ilə işləmək üçün aşağıdakı texnologiyalardan asılıdır:
- HTML
- WAI-ARIA
- CSS
- JavaScript
TƏKMİLLƏŞDİRMƏ PLANI
Lexus Azərbaycan yaxın gələcəkdə veb saytın əlçatanlığını artırmaq niyyətindədir. Əlçatanlıq auditi vasitəsilə veb sayt sistematik olaraq təkmilləşdirilir.
Yaxın vaxtlarda Lexus Azərbaycan veb saytın geniş auditini həyata keçirməyi planlaşdırır. Əsas komponentlərin və şablonların təhlili ilə yanaşı, bu, bütün veb saytın əlçatanlıq vəziyyətinə dair tam məlumat təqdim edəcək.
BƏYANATIN HAZIRLANMASI
Bu saytın komponentləri və şablonları sonuncu dəfə 2024-cü il mart tarixində sınaqdan keçirilib.
Bu bəyanat 09.06.2025-ci il tarixində hazırlanıb.