USTALIĞI KƏŞF ET

TAKUMİ FƏLSƏFƏSİ

Qədim yapon Takumi konsepsiyası etdiyimiz hər işdə xüsusi önəm daşıyır və hər avtomobili insan toxunuşunun zərifliyi və peşəkar yanaşma ilə təmin edir. Sadiq Takumi ustalarımız Lexus-un hər bir aspektinə incə insan toxunuşu ilə yanaşırlar.

TAKUMİ USTASI OLMAQ


İşinə sədaqəti, incəlik və peşəkarlığı özündə birləşdirən Takumi ustaları bu, əsl sənətkar fəlsəfəsinin həqiqi keşikçiləridirlər. Bu peşəni öyrənmək üçün ümumilikdə 10 000 saatdan çox vaxt sərf etdikdən sonra, Takumi ustası olmaq üçün əlavə 60 000 saat da vaxt sərf etmək lazımdır. 

Təlim zamanı Takumi ustaları “üstün insan hissləri” kimi də adlandırmaq olan bacarıqlarını inkişaf etdirirlər. Adi gözlə baxdıqda görünməyən izləri görmək, mühərriki dinləyib cərrahi dəqiqliklə tənzimləmək, çatışmazlığı millimetr payı ilə aşkar edə bilmək kimi bacarıqlara sahib olmaq üçün ustalaşmaq ucu-bucağı görünməyən bir prosesdir. 

TAKUMİ CƏHƏTLƏRİ

ZAMANLA YOXLANILMIŞ TƏCRÜBƏ

Hər Takumi ustasının öz sahəsində ən azı 25 il təcrübəsi var. Malik olduqları incə intuisiya qədər valehedici dərin bilgiyə sahib olmaları uzun illər ərzində fədakarlıqla özlərini təhsilə sərf etmələrinin nəticəsidir. Kyuşudakı Miyata Lexus Zavodunun 7700 işçisindən cəmi 19-u Takumi ustasıdır. Bu, mühəndislərimiz arasında ən böyük üstünlükdür.

MİSİLSİZ BACARIQLAR

Bacarığın ruhla birləşməsinin təcəssümü olan Takumi fəlsəfəsi yüksək ixtisas və hər bir incə detala diqqət tələb edir. Mükəmməlliyə ürəkdən inanan hər bir usta avtomobilin yaradılma prosesinin ayrıca, konkret bir elementinə diqqət ayırır və həmin element onun eşq və ehtirasına çevrilir.

TOXUNUŞUN ZƏRİFLİYİ

Takumi əfsanəvi yüksək toxunuş hissi deməkdir, yəni onların ustalığı rəqəmsal dövrdən daha əvvəl formalaşıb. Fərdi dəbdəbənin və üstün keyfiyyətin yaradılması üçün istifadə etdikdən əlləri, onların ən dəyərli alətləridir. Ən xırda çatışmazlıq və qüsuru aşkar etmək üçün ağ əlcək geyinərək kəskin hisslərindən istifadə edirlər.

SÜRƏT VƏ DƏQİQLİK

Takumi olmaq üçün namizədlər ciddi qiymətləndirmədən keçirlər. Burada əsas olan diqqət, temp və insan toxunuşunun gücüdür. İmtahanlardan biri isə mütləq yapon dilinə həsr olunur. Məqsəd? Takumi qarşısında gözlə baxdıqda sadə görünən pişik oriqamisini 30 saniyədən az vaxt ərzində zəif olan əl ilə yığmaq vəzifəsi durur.
ƏN YÜKSƏK STANDARTLAR

ƏN XIRDA DETALLARA DİQQƏT

Lexus-a verilən əmək heç bir işdə yoxdur dediyimizdə bizə inanın. Biz qısa yollara əl atmırıq, yalnız üstün işə gedən yol ilə irəliləyirik. Hər bir detala müstəsna diqqət ayıran Takumi ustalarımız və ekspert sürücülərimiz avtomobili sınaqdan keçirərək və yüksək standartları təmin edirlər.
KEYFİYYƏTƏ ZƏMANƏT

ƏNƏNƏ İLƏ GƏLƏCƏYİN QARŞILAŞMASI

Biz əminik ki, misilsiz sənətkarlıq insan toxunuşunun ənənəsini gələcəyin texnologiyası ilə birləşdirməkdən yaranır. Məhz bu səbəbdən bir çox robot funksiyalarımız Takumi bacarıqlarının nəzərə alınması ilə proqramlaşdırılmışdır ki, onlar ən yaxşı ustalardan öyrənə bilsinlər. Nəticə? Avtomatlaşdırılmış həqiqi sənətkar.

TAKUMİ SƏNƏTİ İLƏ TANIŞ OLUN

Takumi ustamız Kojima ilə tanış olun və üzərində işlədiyi hər bir Lexus-u yaratmaq və mükəmməlləşdirmək üçün aldığı dərin bilik və bacarıqlardan necə istifadə etdiyini kəşf edin.