1. Legal
  2. Privacy policy
ƏLAQƏ YARADIN

LEGAL

“COOKİE” TEXNOLOGİYASINDAN İSTİFADƏ

TME sizin Lexus saytında keçdiyiniz yolu izləmək, istifadəçilərin fəaliyyətini qeydə almaq və saytı təkmilləşdirərək, daha da faydalı etmək üçün “cookie” texnologiyasından istifadə edir. TME bu texnologiya vasitəsilə ayrı-ayrı istifadəçilərə dair məlumatları qeydiyyata almır, odur ki, sizin haqqınızda heç bir məlumat saxlanılmır, yaxud istifadə olunmur. Qeyd edək ki, brauzerinizin parametrlərini dəyişməklə kukiləri və ya onlarla bağlı göndərilən xəbərdarlıqları qəbul etməyə bilərsiniz. Kukilərin istifadəsi haqqında əlavə məlumat üçün kuki səhifəmizi ziyarət edin.

ŞƏXSİ MƏLUMAT/İSTİFADƏÇİNİN DAXİL ETDİYİ MƏLUMATLAR

TME şirkətinə Lexus saytı vasitəsilə təqdim etdiyiniz hər bir şəxsi məlumat TME tərəfindən sizə təqdim edilən xidmətləri təkmilləşdirmək üçün istifadə ediləcək. TME şəxsi məlumatların təhlükəsiz şəkildə toplanması, ötürülməsi və saxlanması prosesini məlumatların xüsusiyyətinə uyğun olaraq həyata keçirəcək. TME sizin şəxsi məlumatlarınızdan arzuedilməz mesaj, ya da məlumat məqsədi ilə istifadə etməyəcək və ya sizin razılığınız olmadan həmin məlumatları üçüncü tərəfə ötürməyəcək.

TME Lexus saytına istifadəçilər tərəfindən daxil edilən məlumata nəzarət etmək və/yaxud onları nəzərdən keçirmək öhdəliyini və məsuliyyətini daşımır. Lakin TME-in vaxtaşırı olaraq belə istifadəçi məlumatını nəzərdən keçirmək və heç bir əsaslandırma vermədən onları saytdan silmək hüququ var.