TƏƏCCÜB HİSSİNİ YAŞAYIN

MİSİLSİZ PERFORMANS

Performans dedikdə, təkcə sürət nəzərdə tutulmur. Bu, avtomobilə, yola və hisslərə həqiqi bağlılığı hiss etməkdir. Lexus da bütün bunları təmin etmək üzərində işləyir.

ƏYLƏNCƏNİ ÖNDƏ TUTARAQ LAYİHƏLƏNDİRİLİB


Ehtiras bizi insan edir. Həm də bizi heyrətamiz avtomobillər yaratmağa sövq edir. Mühəndisliyimizin yüksək texnoloji xüsusiyyətlərə malik olduğunu və innovasiyalarla dəstəklənməsinə baxmayaraq modellərimizi layihələndirərkən, qurarkən və sınaqdan keçirərkən yaşanılan duyğuları və həzzi birinci yerə qoyuruq.

Hazırkı “F” modelimiz RC F-yə ilham olmuş fəlsəfəmizdəki "F” hərfi Yaponiyadakı “Fuji Speedway” trasının adından götürülüb. Bu tras, mahir sürücülərimiz tərəfindən RC F-i sınaqdan keçirmək üçün yüzlərlə saat sərf etdiyi yerdir. Sürücülük həvəsimizi nümayiş etdirən RC F-in sükanı arxasına keçin və həyəcanın yeni zirvələrinə daşının.

LEXUS-UN PERFORMANS DİAPAZONU

SUPERKAR İLHAMI

F SPORT

Sevimli Lexus modelinizi götürün və ona daha çox idman üslubu bəxş edin. Nəticə? Bizim F SPORT cərgəmiz. LFA superkarından ilhamlanan F SPORT avtomobillərinin dizaynı idman performansına uyğun xüsusiyyətlər verir. İnteryerin təkmilləşdirilmiş rahatlığından tutmuş premium xarici rəng seçimlərinə və eksklüziv nişanlara qədər F SPORT avtomobilləri başdan ayağa cəlbedicidir.
TƏBİƏTDƏN ƏYLƏNCƏLİ

YARIŞ YOLUNDA DOĞULMUŞDUR

Sizi həyəcanlandıran performans səviyyəsini təmin etmək üçün ən yaxşı modellərimiz arasında bir çoxu dünyanın ən məşhur yarış yollarında doğulub. İnnovativ sınaq, təkmilləşdirmə və mükəmməlləşdirmə “F” fəlsəfəsindəki "F" hərfinin yarandığı Yaponiyanın əfsanəvi “Fuji Speedway” trasında baş verir. Dəbdəbəli Lexus LC kupesinin illik “Nürburqrinq 24 Saat” yarışında debüt etdiyi Almaniyadakı məşhur Nürburqrinqdə də sınaq keçirik.