ƏLAQƏ YARADIN
TƏƏCCÜB HİSSİNİ YAŞAYIN

F SPORT

Müəyyən Lexus modelləri “F” modelimiz RC F-dən ilhamlanan F SPORT komplektasiyasında ilə mövcuddur.Lexus modellərinin heyranedici görünüşünü daha da vurğulamaq üçün hər bir F SPORT-da idman üslubu daha da önə çıxarılmışdır. Həm görünüşü, həm də yaşatdığı hiss ilə həyəcanlandıran avtomobildə sükan arxasında olma həzzini yeni səviyyədə yaşayın.

İDMAN ÜSLUBLU AVTOMOBİLLƏR

“F” FƏLSƏFƏSİ

Lexus F fəlsəfəsi hər bir F SPORT-da təcəssüm olunur. Əzələli eksteryer dizaynı, idmanyönümlü kokpit və müstəsna tənzimlənmiş idarəetmə ilə canlandırılmış avtomobildə heç vaxt olmadığı kimi emosional və həyəcanverici bir sürücülük təcrübəsi yaşayın.

F SPORT-UN XARİCİ DİZAYNI


Baxışları cəlb etmək və üzərində saxlamaq üçün nəzərdə tutulmuş F SPORT-un dizaynı fərqli gözəlliyə malikdir.

Böyük əyləc soyutma kanalları və aşağı ön spoylerdəki aerodinamik qabırğalar məqsədyönlü və aqressiv görünüşü vurğulayır və eyni zamanda, sıxma qüvvəsini artırır. Və təmkinli F SPORT nişanı məşhur “Fuji Speedway” trasından gələn yarış mənşəyini xatırladır. Aşağıdakı eksklüziv xarici xüsusiyyətləri daha ətraflı kəşf edin.

DƏQİQ TƏNZİMLƏNMİŞ XÜSUSİYYƏTLƏR

TƏKMİLLƏŞDİRİLMİŞ TƏKƏRLƏR VƏ ASQI

Əsl idman üslubunda, hər bir F SPORT modeli unikal yüngül lehimli disk dizaynına və döngələrdə üstün ilişmə üçün aşağı profilli şinlərə malikdir. Ön və arxa asqılar da hər bir sürücü üçün idarəetmə və sürmə keyfiyyətini yaxşılaşdırmaq üçün tənzimlənib.
UNİKAL DETALLAR

İFADƏLİ BAMPER VƏ RADİATOR BARMAQLIĞI

Fərqli şanalı miləoxşar barmaqlığı və unikal ön bamperi istənilən yolda F SPORT-un cəsarətli və özündən əmin dizaynını vurğulayır. Daha dərin alt hissəyə inteqrasiya olunmuş spoyler daxildir və iki ayrı xarici ön barmaqlıqlar ilə tamamlanır.

F SPORT-UN DAXİLİ XÜSUSİYYƏTLƏRİ


F SPORT komplektasiyasının yarışlardan ilham alaraq yaradılmış daxili xüsusiyyətlərinə eksklüziv gücləndirilmiş oturacaqlar, cilalanmış alüminium pedallar və F SPORT sükanı daxildir. Hərtərəfli düşünülmüş kokpitdə yerinizi alın və hər bir detalın sizi avtomobil və onun idman ruhu ilə intuitiv şəkildə əlaqələndirmək üçün necə qurulduğunu görəcəksiniz.

MÜSTƏSNA GÖRÜNÜŞ VƏ HİSS

YÜKSƏK PERFORMANSLI OTURACAQLAR

Döngələrdə sizi çanaqdan çiyninizə qədər dəstəkləyən F SPORT oturacaqları daha detallı profilə və təkmilləşdirilmiş oturma mövqeyinə malikdir. Son toxunuş Takumi sənətkarlarımız tərəfindən hazırlanmış gözəl əl işi tikiş detallarıdır.
DAHA SIX ƏLAQƏ

YOLDAN İLHAM ALAN DİSPLEY

F SPORT-un alət panelinin dinamik dizaynı hərəkət zamanı bütün əsas məlumatları ötürür. Beləliklə, iş göstəriciləri haqqında məlumatları istədiyiniz yerdə bir baxışda görə bilərsiniz. “Drive Mode Select” sisteminə qoşulduqda, çox qatlı alət paneli seçdiyiniz sürmə rejimindən asılı olaraq dəyişir.

Qeyd: Lexus-un bu  seriyasının seçilmiş modellərində mövcuddur.

MÜSTƏSNA KEYFİYYƏT

AVTOMOBİL İDMANINA XAS SÜKAN VƏ PEDALLAR

F SPORT nişanını daşıyan, perforasiyalı dəri ilə örtülü erqonomik formalı idman sükanı ötürmə mexanizmini tamamlayır. Ayaqlarınızın altındakı cilalanmış alüminium pedallar RC F-in avtomobil idmanı dizaynının irsini əks etdirərək, üstün ilişməni və avtomobili daha yaxşı hiss etmə imkanını təmin edir.

Qeyd: Lexus-un bu  seriyasının seçilmiş modellərində mövcuddur.

F SPORT KOMPLEKTASİYASI MÖVCUD OLAN MODELLƏR