1. Discover Lexus
  2. Concept cars
  3. If sa
ƏLAQƏ YARADIN
CONCEPT CARS

ULTRA-KOMPAKT KONSEPT

LF-SA KONSEPTİ

Avropa dizayn studiyamızı ultra-kompakt, 2+2 şəhər formatlı konsept yaratmağa səslədik. Nəticə isə həm həftəsonu üçün macəra əyləncəsi, həm də gündəlik şəhər idarəetməsini əhatə edən sürücü-yönümlü konsept avtomobildir - SA Kiçik Macəraçı deməkdir.

LF-SA Konsepti brendin "L-finesse" dizayn fəlsəfəsinin cəsarətli şərhidir, bununla yanaşı, heç vaxt tam idarəetmə məmnunluğunu itirmir.

LF-SA Konsepti Lexus srürücülərinin sükanın arxasına keçməyin "dəbdəbə"-sindən zövq ala biləcəyi və özləri idarə etdiyi, eyni zamanda salonda yerləşən bağlantı imkanı, məlumat-əyləncə və təhlükəsizlikdən faydalanacağı gələcəyin axtarışındadır.

CƏLBEDİCİ, KOMPAKT ÜSLUB

Hətta möhkəm, yonulmuş və inamlı üslubu ilə Lexus dizaynerləri istənilən şəhər avtomobilinə mühüm olan manevretmə qabiliyyəti və çevikliyi vermək üçün LF-SA avtomobilini açıq-aydın şəkildə kompakt hazırlayıb.

İRƏLİNİ DÜŞÜNMƏ İMKANLI DİZAYN

Batıq və qabarıq korpus işinin səthləri arasındakı ziddiyyət çarx qövslərinin yuxarısındakı canlı altdan kəsim ilə vurğulanır. Bu, dizayna unikal nisbət, güclü dinamiklik və irəli hərəkətlilik sensoru verir.

RƏNGLƏRİN BƏXŞ ETDİYİ MACƏRALAR

Macəra abu-havası həmçinin konseptin rəng sxemində öz əksini tapır; ulduzlar kimi gümüşü rəngli eksteryer kosmosa səyahəti xatırladır, interyer isə günəş tutulmasının füsunkar əzəmətini əks etdirir.

LF-SA AVTOMOBİLİNİN İÇƏRİSİNƏ ADDIMLAYIN

 
Kompakt ölçülərinə baxmayaraq, LF-SA avtomobili geniş interyerə malikdir. Hərtərəfli alətlər paneli və sükanın və ayaq pedallarının unikal hərəkəti ilə vurğulanan salonda əsl işıq və havanı hiss etmək mümkündür.

 

SÜRÜCÜYƏ UYĞUN DİZAYN

Əksər vaxtlarda şəhər avtomobillərində yalnız bir nəfərin oturduğu nəzərə alınaraq, 2+2 kabin dizaynında sürücüyə daha çox üstünlük verilmişdir. Sürücünün oturacağı sabitdir, sükan çarxı və pedallar isə tənzimlənir və avtomobili sürücüyə uyğun vəziyyətə gətirir.

KƏŞF ETMƏK ÜÇÜN YER

Ön sərnişin oturacağı sürüşə biləndir və arxa oturacaqlara yer verir. Bu interyer dizaynı salonun daxilində iki aydın görünən, üst-üstə düşən elliptik sahə yaratmaq üçün yer, materiallar və cilddən istifadə edir.

QÜSURSUZ VƏ İNTUİTİV

Bihuşedici LF-SA avtomobilindəki məlumat-əyləncə sisteminə geniş bucaqlı HUD və mərkəzi konsolda yerləşən təmas səthi ilə yanaşı, kristal alət panelinə qüsursuz birləşdirilmiş holoqram üslublu displey daxildir.