1. Discover Lexus
  2. Concept cars
  3. UX concept
ƏLAQƏ YARADIN
CONCEPT CARS

KOMPAKT KROSSOVER KONSEPTİ

KONSEPT

UX konsepti Lexus dizayn tarixində yeni addımı vurğulayır; aşağı səviyyəli aralıq məsafəsi və kupe kimi idarəetmə mövqeyinə malik ərazi avtomobilinin sərt görünüşü və 4x4 ölçüsünün mövcudluğu ilə ziddiyyət təşkil edən dörd oturacaqlı şəhər krossoverinin yeni növüdür.

AXICI YONULMUŞ DİZAYN

Futuristik "içəridən çölə doğru" konsepti eksteryer və interyer üslubunun arasında güclü qarşılıqlı təsir yaradaraq, dizaynın mərkəzində yerləşir. Arxada korpus arxa oturacaq baş altlıqlarının əsas quruluşunu formalaşdıraraq, salona doğru yönəlir.

AYDIN ÜSLUB

İnnovativ detallar “daxildən xaricə” konsepsiyasını davam etdirir. L-formalı gündüz hərəkət işıqları ön fənərlərin əsas konstruksiyasını vurğulamaq üçün xüsusi şəkildə yerləşdirilib. Arxa işığın dizaynı sərt üçölçülü formaya malikdir və arxa spoylerə inteqrasiya edilib.

İNQİLABİ DÜŞÜNCƏ

UX konseptinin şinləri çaşqınlıq yaradır; rezin lazer ilə elə formada kəsilib ki, çarx və şinlərin bir vahid element olduğunun qüsursuz illüziyasını yaradaraq, çarx barmaqlıqları yan divara doğru davam etmiş olsun.

ƏZƏMƏTLİ, EYNİ ZAMANDA ELEQANT

Eksteryeri ərsəyə gətirən elementlər klassik idman avtomobillərinin xatırladıcısı olan yüksək yonma, həssas səth ilə bir araya gətirilib. Bu arxitektura Lexus üçün təkraredilməzdir və bu möhkəm üfüqi dizayn sadəcə xarakterik xətlərdən fərqli olaraq, cildləmə vasitəsilə əldə edilmişdir. Kapotun uzunluğu salonun uc hissəsini bir qədər arxaya doğru sabitləməklə, daha çox vurğulanır.

UX AVTOMOBİLİNİN İÇƏRİSİNƏ ADDIMLAYIN

Salonun ön bölməsi sürücünün məşğulluğu kimi çevik çox-yönlülük ilə əlaqədardır. Arxa hissə isə arxadan dəstəkli arxa qapıların içərisinə daxil olan divan üslubunda hazırlanıb; lüks krossoverin atmosferi və genişliyini təmin edən ziddiyyətli rəng sxemi.

CƏSARƏTLİ VƏ GÖZLƏNİLMƏZ

Ənənəvi alət panelinin əvəzinə, kölgələrin və təzadların qarşılıqlı əlaqəsini yaratmaq üçün iti, bucaq formaları üst-üstə yerləşir və bir-birinin yanından keçir. Panelin hər küncündə qapıların kənarına yerləşdirilmiş yan görünüş güzgülərindən videolar göstərən displey ekranı mövcuddur.

HƏMİŞƏ ƏLAQƏDƏ OLUN

Avtomobildə yerləşdirilmiş HMI (insan-maşın interfeysi) texnologiyası həmişə internetə qoşulu mühitə öyrəşmiş və həmin mühiti gözləyən sürücülər və sərnişinlər üçün intuitiv, üçölçülü displeylər təmin etmək üçün hazırlanıb.

QABAQCIL TEXNOLOGİYA

Sürücünün alət paneli holoqram kimi üzən şəffaf qlobusa malikdir və analoq və rəqəmsal məlumatın birləşməsini ehtiva edir. Mərkəzi konsoldan yuxarıda kristal struktur sürücü və ön sərnişinin əli çatan holoqram üslublu havalandırma və məlumat-əyləncə displeyinə malikdir.

Lexus UX Konsepti həmçinin elektroxromatik pəncərələr və ənənəvi qapı güzgülərinin əvəzinə nazik e-güzgü kamera dayaqları kimi təkmil elektrik texnologiyasını özündə birləşdirir. E-güzgü təsvirləri sadəcə dizayn detalı olmayan üsulla inteqrasiya edilmiş daxili ekranlarda göstərilir, lakin alət panelinin bütün "tərsinə" dekonstruktiv arxitekturasını məlumatlandırır.

A-sütununun üzgəc motivi daha gənc sərnişinlər üçün yeni audio təcrübəsində təkrarlanır - alət panelinin yan hissəsində yerləşdirilmiş sökülə bilən səs paneli.

UX-Consept QALEREYASI