
LF-FC
HİDROGEN YANACAĞI ELEMENTLİ SEDAN
LF-FC lüks konsept avtomobilinin növbəti nəsli 2015 Tokyo Avtomobil Şousunu coşdurdu; bu əsl xəyali lüks sedanın təqdimatı idi.
-
LF-FC KONSEPTİ
Bu, gələcəyə doğru həyəcanlı ani baxış idi. İlk yanacaq elementli konsept avtomobil. LF-FC avtomobili heyranedici, eləcə də yenilikçi dörd çarxlı idarəetmə sistemi ilə təchiz edilmiş eleqant 4-qapılı kupedir. LF-FC sadəcə dizayn işi deyil, o, həm də gözləntilərinizi yenidən formalaşdırmaq üçün hazırlanıb.
![]()
![]()
LF-FC MODELİ PROQRESSİV DƏBDƏBƏMİZ VƏ ELƏ DƏ UZAQ OLMAYAN GƏLƏCƏYİN YÜKSƏK TEXNOLOGİYA XƏYALINI İFADƏ EDİR
Tokuo Fukuiçi, Lexus Beynəlxalqın Prezidenti
L-FINESSE FƏLSƏFƏSİDİR
LF-FC avtomobilinin eksteryer üslubu qüsursuz sadəlik və eleqantlıq - "L-finesse" dizayn fəlsəfəsini təcəssüm etdirir. Yeni meş dizayn ilə fərqli özünəməxsus barmaqlıq avtomobilin əsasını təşkil edir, dəyişkən L-formalı gündüz yanan işıqlar (DRL) avtomobilin dalğalı əyrilərini müəyyənləşdirir.
-
HEYRANEDİCİ SADƏLİK
Siz yeni parlaq üç uclu quyruq işıqları ilə LF-FC avtomobilinin hər tərəfində eyni mənzərənin şahidi olacaqsınız. Bu nadir konsept avtomobilinin tam profilini gördüyünüz zaman onun radikal üslubunu qiymətləndirməyə başlayacaqsınız. Yalnız bu zaman LF-FC-nin əsas xarakteri üzə çıxacaq.
-
XƏYALİ DİZAYN
Öndən arxaya doğru davam edən dam xətti ilə LF-FC düz yolları qısa zamanda qət etmək, həmçinin daha çətin, küləkli marşrutlarda zövq vermək üçün hazırlanıb. Karbon lifli gücləndirilmiş plastik kənar çərçivəyə malik 21 düymlük alüminium çarxlar dinamik üslublu avtomobilə əlavə qabiliyyət elementi verir.
LF-LC AVTOMOBİLİNİN İÇƏRİSİNƏ ADDIMLAYIN
İntuitiv texnologiya və dəbdəbənin futuristik dünyasına daxil olun. Oturacağınıza əyləşən kimi sizi mərkəz konsolun üzərindəki gözə çarpmayan holoqrafik əksetdirmə salamlayır. Toxunuşsuz texnologiya LF-FC-nin özü-özünə idarə edilən funksiyaları, məlumat-əyləncə və salon klimatını idarə edən sadə əl hərəkətləri ilə canlanır.

-
İMMERSİV DƏBDƏBƏ
Salon iki bölmədə dizayn edilib: üst yarı hissə sürücüyə narahatlıq hissi yaşatmadan fikrini qarşıdakı yola yönəltməyə imkan verərək, genişlik duyğusu bəxş edir. Göz səviyyəsindən görünən anilin dəri ön oturacaqlar qapılar və alət paneli ilə qüsursuz formada dalğalı kimi görünür.
-
YANACAQ ELEMENTLİ GÜC AQREQATI
Hidrogen yanacaq elementli sistem ön və arxa çarxlarda fırlanma anının dəqiq paylaşılmasının idarəetməsinə icazə verərək, bütün çarxlı idarəetmə konseptini işə salır. LF-FC üçün optimal çəki paylanmasına yanacaq elementlərinin avtomobilin arxasında, idarəetmə qurğusunun öndə yerləşdirilməsi və hidrogen yanacağı çənlərinin T-formatında mövqeləndirilməsi ilə nail olunur.
-
YARADICI TEXNOLOGİYA
Yüksək yol hərəkəti mühitinin tanınması, xəbərdarlığı və mühakiməsi funksiyaları ilə avtomatik idarəetmə texnologiyaları təhlükəsiz və səmərəli idarəetmə təcrübəsi təmin edir - biz yol qəzalarının olmadığı bir dünya yaratmağa çalışırıq.
-













