1. Discover Lexus
  2. Concept cars
  3. If 30
ƏLAQƏ YARADIN
CONCEPT CARS

LF-30 ELECTRIFIED

LF-30 Electrified konsept modelinin dünya premyerası ilə Lexus gələcək elektromobil konsepsiyasını təqdim edir.

LEXUS LF-30 ELECTRIFIED MODELİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

 
İnnovativ və valehedici təcrübələr bəxş etmək üçün davamlı səylər göstərən Lexus, gələcək elektromobil nəsli üzrə “Lexus Electrified” konsepsiyasını təqdim edir

Yeni “LF-30 Electrified” konsept avtomobili Lexus elektromobil konsepsiyasını təcəssüm etdirir

LF-30 Electrified konsept avtomobili Lexus Electrified konsepsiyasını təcəssüm etdirir. Xarici dizayn yaradılarkən elektrik avtomobildən gözlənilən qabaqcıl görünüş dizayn keyfiyyətlərinə istiqamətləndirilmiş və nəticədə futuristik forma meydana çıxmışdır. Avtonom idarəetmə və digər yeni texnologiyalar ilə səsləşən interyer isə Lexusun səciyyəvi dünyagörüşünü nümayiş etdirmək istəyir. Məhsuldarlıq, akkumulyatorlu avtomobillərinin işlənib hazırlanması sahəsindəki lider mövqeyimizə son texnologiyaları əlavə edən Lexus Electrified konsepsiyasının komponentlərinə əsaslanır. Elektrik mühərrikinə dəqiq nəzarət ənənəvi avtomobillərdə mümkün olmayan avtomobil vəziyyətini dərhal tənzimləmə imkanı verir. Bundan əlavə, LF-30 Electrified modeli, 2030-cu ilə qədər inkişaf etdirilməsi nəzərdə tutulan insan yönümlü dizayn fəlsəfəsinə əsaslanan yeni konsepsiyalı sürücü kabinası və "steer-by-wire" sistemi kimi bir sıra qabaqcıl texnologiyalardan istifadə edir.

 

Futuristik xarici görünüş 2030-cu ildə gözlənilən Lexus elektromobillərindən xəbər verir

Yalnız təkərlərdəki elektrik mühərriklər ilə hərəkətə gətirilən akkumulyatorlu elektrik avtomobildə ola biləcək yeni dizaynı ifadə etmək tapşırığını yerinə yetirmək üçün Lexus LF-30 Electrified modelinin bənzərsiz enerji axınını vizual olaraq ifadə etmişdir. Avtomobilin forması, kuzovun künclərində yerləşən təkərlər tərəfindən yaradılaraq avtomobilin kabinası istiqamətində axıb sürücünün yanından keçərək birbaşa yol səthinə axan enerjini vizual şəkildə ifadə etmək üçün nəzərdə tutulmuşdur.

Akkumulyatorlu elektrik avtomobili olduğu üçün mümkün olan kapotsuz forma sayəsində Lexusun səciyyəvi "ox" forması avtomobilin bütöv arxitekturasını əhatə edəcək şəkildə daha da inkişaf etdirilmişdir. Öndən arxaya qədər maneəsiz şəkildə uzanan pəncərə şüşəsi, iri qanadlar və qanad şəkilli ön işıqlar Lexusun məşhur ox konturunu təşkil edir. Korpusun forması xətti və kəskin arxa hissəyə keçən zərif axışlı ön hissədən ibarətdir. Qanad şəkilli işıqlardan başqa, arxa işıqların və yan hava dəliklərinin iti forması birləşərək həm əla aerodinamika, həm də məhsuldar soyutmanın əldə edilməsini təmin edir və nəticədə zövq ilə funksionallığın ahəngi ortaya çıxır.

Yan pəncərələrin qeyri-şəffaflıq dərəcəsi rahatlıqla tənzimlənə və sərnişinləri ətrafdakı mənzərələrə geniş baxış imkanı, eləcə də gecə şərtlərində və digər hallarda yüksək gizlilik səviyyəsi ilə təmin edə bilər. Avtomobilin ön hissəsinin rəngi və lüminessensiya naxışları onun normal, yaxud avtonom idarəetmə rejimində işləməsini müəyyənləşdirməyə kömək edir və Lexusun həm yüksək səviyyəli üslub, həm də funksionallıq əldə etməyə çalışdığını əks etdirir. Korpusun “qalvanik səma” rəngi göy və yaşılın çalarları ilə boyanmış unikal keyfiyyəti əldə etmək üçün qabaqcıl metal örtükdən istifadə edir.

TAZUNA

Lexusun təməl insan yönümlü fəlsəfəsini daha qabarıq şəkildə göstərmək üçün sürücü kabinası Lexusun yeni "Tazuna” konsepsiyası əsasında hazırlanmışdır. At və atlı arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün bircə cilovun necə istifadə edildiyindən ilhamlanaraq, sükana quraşdırılmış keçiricilər və ön şüşədəki displey yüksək dərəcədə əlaqələndirilərək sürücünün naviqasiya, səs sistemi və idarəetmə rejiminin seçilməsi kimi müxtəlif funksiyaları seçərkən gözlərini yoldan ayırmadan və ya keçiriciləri əl ilə idarə etmədən diqqətini avtomobilin idarə edilməsinə yönləndirməsinə imkan yaratmışdır. Tazuna kabinasının gələcək görünüşünün bir əlaməti kimi LF-30 Electrified modeli jestlərin idarə edilməsi və artırılmış reallıq vasitəsi ilə avtomobil haqqında geniş məlumatın təqdim edilməsi kimi yeni nəsil interfeyslərdən istifadə edir. Ərsəyə gəlmiş interyer həm sürücü, həm də sərnişinlər üçün komfort və rahatlıq hissini təmin edir.

Təyyarələrin birinci sinif oturacaqlarını təkrarlayan ön sərnişin oturacağının tərtibatı sayəsində salon həm açıqlıq hissi, həm də əhatəlilik hissi verir. Bütün keçiricilər və digər idarəetmə vasitələri kifayət qədər əlçatandır və sərnişin oturacağı üçün jestlər ilə idarə olunan geniş displey salonda komfort və rahatlığın əldə edilməsinə töhfə verir.

Arxa oturacaqlar süni əzələ texnologiyasından istifadə edərək sərnişinə uyğun şəkildə tənzimlənir və əyilmə, istirahət və xəbərdarlıq funksiyaları kimi müxtəlif rejimləri dəstəkləməyə qadirdir. Mark Levinson® səs sistemi yeni nəsil dinləmə mühiti formalaşdırır, dinamiklərin dəqiqəlik idarə edilməsi sayəsində sürücünün və hər bir sərnişinin zövqlə musiqi dinləməsi üçün ideal akustik sahələr yaradır və başaltılara quraşdırılmış dinamiklər optimal səs mühiti təmin etməklə yanaşı, eyni zamanda yüksək dərəcəli səssizliyə nail olmağa kömək edən kənar səsləri aradan qaldırma funksiyasına malikdir.

Arxa oturacaqların üzərindəki şüşə tavanda səs ilə idarəetmə funksiyası, habelə jestlərlə idarə olunan və artırılmış reallıq vasitəsilə realistik ulduzlu səma, istifadəçinin bəyəndiyi videolar və hətta naviqasiya kimi müxtəlif məlumatları göstərən "SkyGate" displey pəncərəsi mövcuddur.

Unikal dizayndan başqa, salon ətraf mühitə mənfi təsiri azaltmaq üçün ekoloji cəhətdən təmiz materiallardan istifadə edərək yeni nəsil lüksün istiqamətini də təyin edir. Döşəmə və sükanda ənənəvi yapon materialı olan Yakisuqi (kömürə çevrilmiş sidr) istifadə olunur, qapıların büzməli işləməsində istifadə üçün emal edilmiş metal isə liflərə çevrilmişdir. Bu yanaşma Lexusun fərqli və yenilikçi ruhunu ifadə edir.

Avtomobilin məhsuldarlığı, istismarı, idarə edilməsi və sürücünün zövq alması istiqamətlərində əsaslı bir sıçrayışa nail olmaq üçün LF-30 modeli Lexus Advanced Posture Control qabaqcıl sistemindən belə daha müasir olan bir sıra texnologiyalardan istifadə edir. Avtomobilin dörd təkərinin hər birində bir ədəd olan elektrik mühərrikləri və akkumulyatorun aşağı mövqedə yerləşdirilməsi inersiyanın öhdəsindən daha yaxşı gəlmək imkanını və yüksək səviyyəli idarəetmə məhsuldarlığını təmin edir. Avtonom idarəetmə texnologiyaları və dronlarla dəstəklənən avtomobil texnologiyaları 2030-cu ili və avtomobillərin təklif edə biləcəyi daha geniş dəyəri səbirsizliklə gözləyir.

Lexus Advanced Posture Control texnologiyası avtomobilin vəziyyətini insanın hissiyyatlarına uyğunlaşdırmaq üçün yüksək fırlanma anına malik elektrik mühərriklərindən əldə olunan gücü tənzimləyir. Ön və arxa təkərlərin tamamilə müstəqil idarə olunması, şəraitdən asılı olaraq ön təkərlərin, arxa təkərlərin və bütün təkərlərin aparıcı olma seçimlərindən müvafiq istifadə imkanı verir. Yığcam və yüngül güc aqreqatları avtomobilin layihləndirilməsi baxımından sərbəstliyi artırır və yol səthindən və şəraitdən asılı olmayaraq sürücünün ideal idarəetmədən zövq alması üçün istifadə olunur.

Lexus Advanced Posture Control texnologiyasını “Lexus Electrified” konsepsiyasının əsas elementi kimi görərək Lexus bu texnologiyanı elektrik avtomobil seriyasında geniş tətbiq etmək niyyətindədir.

"Steer-by-wire" sistemi mexaniki birləşməni aradan qaldırmaqla şəraitdən asılı olaraq dönmə zamanı daha çevik idarəetmə imkanı verir və sürücünün istəyinə uyğun daha dəqiq idarəetməni təmin edir. Avtonom idarəetmə rejimində sükanın irəli və kənara sürüşdürülməsi sayəsində o, daha açıq məkan hissi bəxş edir.

Yeni nəsil akkumulyatorlu elektrik avtomobili olaraq LF-30 modeli gündəlik yükləməni asanlaşdırmaq üçün naqilsiz yükləmə texnologiyasından, eləcə də elektrik enerjisinin həm avtomobilə, həm də evə optimal paylanmasını təmin etmək üçün süni intellekt tərəfindən enerjinin idarə edilməsi və istifadəçinin gündəlik qrafiki ilə əlaqələndirilən yükləməyə nəzarət funksiyalarından istifadə edir.

Bortdakı süni intellekt avtomobildəki sərnişinlərin səslərini ayırd edir və köməkçi kimi xidmət göstərmək üçün sürücünün idarəetmə açarında saxlanılan fərdi məlumatlardan istifadə edir. O, həm hava temperaturu və səs kimi daxili mühit elementlərinin, eləcə də naviqasiya marşrutları və istiqamətlərin tənzimlənməsini asanlaşdırır, həm də təyinat nöqtəsinə gəldikdən sonra müxtəlif məşğuliyyət təklifləri verir. O, sürücünün seçimlərini də başa düşür və asqı və güc ötürməsi parametrlərini şəraitdən asılı olaraq real vaxt rejimində həmin seçimlərə uyğun şəkildə idarə etməyə kömək edir.
LF-30 Electrified modeli “Lexus Airporter” avtomobili dronla dəstəkləmə texnologiyasına da malikdir. Avtonom idarəetmədən istifadə edərək “Lexus Airporter” müstəqil şəkildə yükləri evin qapısından avtomobilin baqaj yerinə daşımaq kimi vəzifələri yerinə yetirir.

Ən son avtonom idarəetmə texnologiyası konsepsiyası “Lexus Teammate” texnologiyasına əsaslanan LF-30 Electrified modeli Chauffeur və Guardian rejimi şəklində qabaqcıl dəstək funksiyalarına malikdir. Advanced Posture Control qabaqcıl texnologiyasi sayəsində avtonom idarəetmə zamanı sərnişinlər həm komfortla, həm də narahat olmadan səyahət edə bilərlər. Bundan əlavə, LF-30 Electrified modelinin hərəkət hissəsindən avtonom şəkildə mənzilə hərəkət edərkən istifadə etdiyi özünü parklama və sərnişini qapıdan götürmə funksiyaları xüsusilə rahatlıq səviyyəsini təmin edir.

 

 

LEXUS LF-30 ELECTRIFIED MODELİNİN ƏSAS TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Uzunluq (mm) 5,090
En (mm) 1,995
Hündürlük (mm) 1,600
Təkər bazası (mm) 3,200
Çəki (kq) 2,400
Kruiz məsafəsi [WLTP] (km) 500
Akkumulyatorun tutumu (kVt/s)) 110
Yükləmə sürəti (Kvt) 150
0–100 km/s sürətlənmə (saniyə) 3.8
Maksimal sürət (km/s) 200
Maks. güc (kVt) / maks. fırlanma anı (Nm) 400/700