LEXUS XƏBƏRLƏRİ

LF-30 ELECTRIFIED KONSEPT MODELİNİN DÜNYA PREMYERASI İLƏ LEXUS GƏLƏCƏK ELEKTROMOBİL KONSEPSİYASINI TƏQDİM EDİR

TOKİO, YAPONİYA (23 oktyabr 2019-cu il)
İnnovativ və valehedici təcrübələr bəxş etmək üçün davamlı səylər göstərən Lexus, gələcəkdəki elektrik avtomobillər nəsli üzrə “Lexus Electrified” konsepsiyasını təqdim edir. Buradakı ən vacib məqam 2019-cu il 46-cı Tokio avtomobil sərgisində dünya premyerası baş tutmuş Lexus LF-30 Electrified konsept avtomobilinin debütü oldu.

1989-cu ildə yaradıldığı gündən etibarən Lexus brendi öz müştərilərinə beş hissi stimullaşdıran innovativ və valehedici məhsul və brend təcrübələri bəxş etmək üçün səy göstərmişdir. 2005-ci ildə RX 400h modeli buraxıldıqdan sonra Lexus Hibrid avtomobillərinin mükəmməl məhsuldarlığını və birbaşa idarəetmə hissiyyatını təmin edən texnologiyalardan istifadə edən iki mərhələli reduktor və çoxmərhələli hibrid sistemi kimi elektrikləşdirmə texnologiyaları sahəsində pioner kimi çıxış edən Lexus dünya lideri olmuşdur.

Cəmiyyətimizin hərəkət seçimlərinin avtonom sürücülük və avtomobillərin elektrikləşdirilməsi sayəsində dəyişməsinə baxmayaraq, bu gün təqdim olunmuş “Lexus Electrified” konsepsiyası avtomobilin məhsuldarlığı, istismarı, idarə edilməsi və sürücünün zövq alması istiqamətlərində əsaslı bir sıçrayış hədəfləyir.

Avtomobilin idarə edilməsi zamanı əsl zövqün alınması üçün şərait yaradan Lexus, idarəetmə təcrübəsini daha da inkişaf etdirmək və gələcəyin lüks avtomobillərinin mahiyyətini kökündən dəyişdirmək üçün yeni "Advanced posture control" qabaqcıl sistemini və digər elektrikləşdirmə texnologiyalarını işləyib hazırlayır. Bu məqsədlə Lexus, populyar benzin-elektrik hibridləri seriyasında istifadə olunan akkumulyatorun idarə edilməsi, gücə nəzarət modulları və elektrik mühərrikləri kimi əsas texnologiyaları işləyib hazırlayarkən öyrəndiyi dərslərdən faydalanır. Belə ki, "Lexus Electrified" texnologiyası güc ötürməsi, sükan, asqı və əyləcin inteqrasiya olunmuş idarə edilməsi üçün imkan yaradaraq hibridlərdə inkişaf etdirilən mühərrikə nəzarət texnologiyasının potensialından maksimal faydalanır. Bu texnologiya sayəsində sürücünün qarşısına çıxacaq hər şəraitə uyğun olaraq avtomobilin ideal vəziyyətini təmin etmək üçün hərəkətverici qüvvəyə nəzarət etmək mümkündür. Lexus, xoş və daha etibarlı idarəetməyə malik avtomobillərin təqdim edilməsinə davam etmək üçün əlindən gələni edir.

Bu məqsədə nail olmaq üçün Lexus, hibrid elektrik avtomobilləri, elektrik şəbəkəsindən yüklənən hibrid elektrik avtomobilləri, akkumulyatorlu elektrik avtomobillər və yanacaq elementlərinə malik elektrik avtomobillərinin işlənib hazırlanması da daxil olmaqla, dünyanın müxtəlif bölgələrindəki ehtiyacları nəzərə alaraq 2019-cu ilin noyabr ayında ilk akkumulyatorlu elektrik avtomobilini təqdim etmək niyyətindədir. Bundan sonra Lexus öz elektrik avtomobillər xəttini genişləndirməyi planlaşdırır – gələcək onilliyin əvvəllərində elektrik şəbəkəsindən yüklənən ilk hibrid elektrik Lexus avtomobilini və akkumulyatorlu elektrik avtomobilləri üçün yeni xüsusi platformanı təqdim edəcəyik. 2025-ci ilə qədər Lexus bütün avtomobil modellərinin elektrikli versiyasına malik olacaq və elektrikli avtomobil modellərinin satışının daxili yanma mühərriki ilə işləyən ənənəvi modellərə nisbətən daha yüksək olmasını hədəfləyirik.

LF-30 Electrified modelinin nümayişi ilə yanaşı, Tokio Avtomobil Sərgisində Lexus stendində ziyarətçilərin "beş hissiyyatın stimulyasiyanı" yaşaya biləcəyi "Lexus Senses” teatrı olacaq. O, iki təcrübə sahəsindən - səs və vizual sahələrdən ibarətdir. 1-ci Teatrda Lexus LFA-nın həssas mühərrik səsi 360 dərəcəlik 3-ölçülü səs ilə eşitməni stimullaşdırır.
2-ci Teatr proyeksiya xəritəçəkməsi sayəsində günün vaxtına və baxış bucağına əsasən görünüşü dəyişən Lexus LC modelinin vizual stimulyasiyası təcrübəsini təqdim edir. Bu cür tərtibata malik stenddə “həqiqi təcrübə” vasitəsilə hissiyyat stimulyasiyasını sınayaraq Lexus fəlsəfəsini dəyərləndirə bilərsiniz.

* 2019-cu ilin 46-cı Tokio Avtomobil Sərgisi 23 Oktyabr - 4 Noyabr tarixləri arasında Tokionun sahil ərazisində yerləşən Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəkdir; mətbuat günləri 23 və 24 oktyabr, xüsusi dəvət günü 24 oktyabr, ilkin baxış günü 25 oktyabr, ictimai ziyarət günləri isə 25 oktyabr – 4 noyabr tarixlərində olacaqdır.