1. Lexus retailers reopening
ƏLAQƏ YARADIN

HEYRANEDİCİ ANLARI YENİDƏN YAŞAMAQDA SİZƏ KÖMƏK EDİRİK

Dövlətin tövsiyələrindən sonra mərkəzimizi açırıq və ilk prioritetimiz təhlükəsiz, təmiz və xoş mühit yaratmaqdır. COVİD-19 virusundan həmkarlarımızı və eləcədə avtomobillərimizə baxmaq, satın almaq və ya texniki qulluq etdirmək istəyən hər kəsi qoruyararaq sizə inanılmaz təcrübə təklif etməyə çalışırıq.

XOŞ, TƏHLÜKƏSİZ QARŞILAMA

Dilerimiz açıqdır. Təhlükəsiz, təmiz və xoş mühit yaratmaq bir nömrəli prioritetimizdir. Nəticədə, sizi və işçi heyətimizi qorumaq üçün çoxlu sayda mühüm tədbirlər həyata keçiririk.

Görüşlər elə planlaşdırılacaq ki, məşğul vaxtlar ilə üst-üstə düşməsin, çatdığınız zaman diler əməkdaşı sizi iki metr məsafə saxlayaraq girişdə qarşılayacaq. Hər kəsi ən az 2 metr aralıqda saxlamaq üçün işarələr ilə ciddi sosial məsafə qaydaları dəstəklənəcək. Qeyri-zəruri təmasın qarşısını almaq üçün qapıları açıq qoyacağıq və keçidləri təmiz saxlayacağıq.

Sınaq yürüşlərində Lexus satış təmsilçiləri iştirak etməyəcək, təmassız düşürmə/götürmə və açarın pulsuz dezinfeksiya xidməti mövcud olacaq. Mümkün olduğu qədər təmassız ödənişlərə üstünlük veriləcək.

Antibakterial əl geli salonlar və hər qapıda istifadə etməyiniz üçün mövcud olacaq. Hər bir toxunulan səthi müntəzəm olaraq dezinfeksiya edəcəyik. Birdəfəlik istifadə üçün oturacaq örtükləri xidmət göstərdiyimiz hər avtomobil üçün istifadə ediləcək və bütün sənədlər və qəbzlər elektron təchiz ediləcək.

İşçi heyətimiz əllərini mümkün olduğu qədər tez-tez, xüsusilə, yeməkdən əvvəl və sonra, yaxud əlcəklərini çıxardıqdan sonra sabun və su ilə yuyacaq. Onlar tək istifadəlik dəsmaldan istifadə edərək əllərini yaxşıca qurulayacaq və kranları açıb-bağlayacaq.

Bütün heyət hər müştəri ilə məşğul olmaq üçün təzə əlcəklər daxil olmaqla, müvafiq Fərdi Mühafizə Avadanlığı ilə təmin olunacaq. Pleksiqlas şüşələri əlavə mühafizə üçün müvafiq yerlərdə istifadə ediləcək. Ziyarət edən zaman rahatlığınızı təmin edərək işçi heyətimizin tez-tez qızdırmasını yoxlayacağıq.

ZİYARƏT EDƏN ZAMAN BİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRSİNİZ

  • Sosial məsafə

    Ox işarələrini izləyin və başqalarından ən az 2 m uzaqda dayanın.

  • Təhlükəsizlikdə qalın

    Gözlərinizə, burnunuza və ağzınıza toxunmamaq üçün səy göstərin. Əgər hər hansısa bir COVID-19 simptomlarınız varsa, salonumuza daxil olmayın.

  • Təhlükəsiz giriş

    Təhlükəsizliyi təmin etmək üçün avtomobillərimiz kilidlənəcək, ona görə də giriş üçün əməkdaşlarımızdan birinə müraciət edin.