parking support features

İDARƏETMƏ KÖMƏKÇİSİ

TƏKMİL PARKİNQ DƏSTƏYİ XÜSUSİYYƏTLƏRİ

Aşağı parkinq etmə sürətlərində baş verən çoxsaylı toqquşmalarıyla parkinq öz spesifik təhlükəsizlik problemlərinə malikdir. Lexus Parkinq Dəstəyi Xüsusiyyətləri görünən anda təhlükələrə qarşı xəbərdar etməklə və reaksiya vermək bacarığınızı təkmilləşdirməklə hər bucaqdan avtomobilinizi və digər yol istifadəçilərini qorumaq üçün hazırlanıb.
Lexus-un parkinq xüsusiyyətləri diapazonu hərtərəfli parkinq dəstəyi təmin etmək üçün birlikdə işləyir. Parkinq Dəstəyi Xəbərdarlığı (PKSA) məsafə lokatorları avtomobil ətrafındakı maneələri aşkarlayır, siqnal səsi ilə sürücünü məlumatlandırır və multi-məlumat displeyi və mərkəz displeydə maneənin mövqeyini intuitiv şəkildə göstərir.
Arxadan yaxınlaşan avtomobillərdən sizi qorumaq üçün Arxadan Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığı avtomobillər hərəkətdə olanda siqnal ilə sürücüləri xəbərdar edir, bununla yanaşı, mərkəzi displeydə və müvafiq çöl güzgüdə yerləşən indikatorda potensial təhlükəni təsvir edir.
Parkinq Dəstəyi Əyləci (PKBS) toqquşma qaçılmaz olanda sürücülərin dayanmasına kömək etməklə, Parkinq Dəstəyi Xəbərdarlığı (PSKA) və Arxadan Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığının vizual və audio siqnallarını gücləndirir. Məsafə lokatorları vasitəsilə Parkinq Dəstəyi Əyləci bütün avtomobilin ətrafındakı maneələri aşkarlayır və aşağı sürətlərdə idarəetmə gücünə nəzarət və təkmilləşdirilmiş tormozlama gücü tətbiq edir.
Maneənin harada olmasından asılı olmayaraq, Parkinq Dəstəyi Əyləci tamamilə rahat olmaq üçün avtomobilin ətrafında geniş ərazi müəyyən edir. Əgər divarlar kimi statik obyektlər öndə və arxada aşkarlanarsa, sürücü siqnal ilə xəbərdar edilir, təhlükə göstərilir və əyləc gücünə nəzarətdən istifadə etməklə əyləclər tətbiq olunur. Əgər maneə Arxadan Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığı vasitəsilə arxadan aşkarlanıbsa, Parkinq Dəstəyi Əyləci sürücünü xəbərdar edəcək və toqquşmadan yayınmaq üçün avtomobili dayandırmağa cəhd edəcək.
Ən son modellərimiz arxadan aşkarlama üçün arxa kameradan istifadə edərək təkmilləşdirilmiş Parkinq Dəstəyi Əyləci xüsusiyyətini özündə birləşdirir. Piyada arxadan avtomobilinizə yaxınlaşanda, sistem intuitiv İntellektli Məsafə Lokatoru displeyi vasitəsilə sürücünü audio siqnallar və görüntü ilə xəbərdar edir, beləliklə, sürücü təhlükənin səviyyəsini müəyyən edə bilər. Əgər piyada qəzaya səbəb olacaq dərəcədə yaxındırsa, idarəetmə gücünə nəzarət və əyləc gücünə nəzarət avtomatik işə düşəcək.
Qeyd: Lexus təhlükəsizlik sistemini heç bir şərt altında normal idarəetmənin əvəzinə istifadə etməyin və sistemi istifadə etməzdən əvvəl təlimatları oxuyun. Sürücü təhlükəsiz idarəetmə üçün həmişə öhdəlik daşıyır.

BU TEXNOLOGİYAYA MALİK MODELLƏR