lexus codrive

LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ + A

LEXUS CODRIVE

Lexus CoDrive ən innovativ idarəetmə təkmilləşdirmələrimizi bir araya gətirir və sürücünü nəzarətdə saxlayır. Dinamik Radar Kruiz Kontrol, Yol Nişanları Köməkçisi və Öndən Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığını özündə birləşdirən Lexus CoDrive hər bir idarəetməni daha təhlükəsiz və zövqlü etmək, o cümlədən, multi-məlumat displeyləri vasitəsilə idarəetmə dəstəyinin vəziyyəti haqqında aydın məlumat təmin etmək üçün nəzərdə tutulub. Lexus LS avtomobilində Lexus CoDrive indi Zolağın İzlənməsinə Nəzarət Köməkçisi vasitəsilə yol işarələri görünməz olan vaxtlarda belə sizi nəzarətdə saxlayır.
Hər idarəetmə vəziyyətində Lexus CoDrive fərdi idarəetmə üslubunuzu dəstəkləmək qabiliyyətinə malikdir. İlk dəfə olaraq Lexus-da Öndən Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığı ön tərəflərdən yaxınlaşan istənilən nəqliyyat vasitəsi və ya maneələri aşkarlayır, Zolağın İzlənməsinə Nəzarət Köməkçisi isə təhlükəsiz və rahat gediş üçün sizi mümkün olan ən hamar xətdə saxlamağa imkan verir.

BU TEXNOLOGİYAYA MALİK MODELLƏR