
TEXNOLOGİYA
LEXUS TƏHLÜKƏSİZLİYİ
Təhlükəsizliyiniz bizim birinci prioritetimizdir. Lexus Təhlükəsizlik Sistemi + sizi, sərnişinlərinizi və digər nəqliyyat vasitələrində olan insanları və piyadaları zərərdən qorumaq üçün qəzanın qarşısının alınmasında yeni eranın əsasını qoyur. İdarəetmə imkanlarınızı tamamlamaq və gücləndirməklə, Lexus Təhlükəsizlik Sistemi + qarşıdakı səyahətinizdə həmişə güvənli hiss etməyinizi təmin etmək üçün duyğularınızı gücləndirir.
TƏHLÜKƏSİZLİYİN MAHİYYƏTİ
Yol hətta ən bacarıqlı sürücülər üçün belə gözlənilməz ola bilər. Hər idarəetmə vəziyyətində təhlükəsizliyinizi təmin edə bilməyimiz üçün qəzaların ən ümumi səbəblərinə qarşı əks-tədbir görmək məqsədilə nəzərdə tutulmuş ağıllı həlləri kəşf etmək üçün Aktiv Təhlükəsizliyi araşdırın.
LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ +
Lexus Təhlükəsizlik Sistemi + avtomobil təhlükəsizliyində ən son yenilikləri təqdim edir. On illərlə davam edən innovasiya və qəzaların səbəblərinin davamlı şəkildə araşdırılması sayəsində, Lexus Təhlükəsizlik Sistemi + qəzanın qarşısının alınmasının üç əsas sahəsinə yönəlmişdir: ön toqquşmalar, planlaşdırılmamış zolaqdan çıxma halları və gecə vaxtı qəzaları.

-
Piyadanın Aşkarlanması ilə Toqquşma Öncəsi Sistem (PCS)
PCS irəlidə olan digər nəqliyyat vasitələri və piyadaları aşkarlayır və qarşıda potensial başvermə ehtimalı olan toqquşma barədə sizə xəbərdarlıq edir ki, siz ehtiyat tədbiri görə biləsiniz. Əgər sürücü vaxtında reaksiya verə bilmirsə, sistem zədənin effektini azaltmaq üçün əyləclər və sükan nəzarətləri tətbiq edəcək.
-
Zolaqdan Çıxma Xəbərdarlığı (LDA) və Zolaqda Qalma Köməkçisi
LDA avtomobil istiqamətini dəyişəndə yüngülcə titrəməklə və sizi yolunuza qaytarmaq üçün xəbərdarlıq yönümlü səs və işıq bildirişləri göndərməklə sizi zolaqda saxlamağa kömək edir.
-
Zolağın İzlənməsinə Nəzarət Köməkçisi ilə Zolaqdan Çıxma Xəbərdarlığı
Magistral yollarda, həmçinin güclü tıxaclarda daha rahat idarəetməni təmin etmək üçün dinamik radar kruiz kontroluna keçin və Zolağın İzlənməsinə Nəzarət Köməkçisi avtomobili hətta dar döngələrdə minimal əyilmə ilə zolağın mərkəzində saxlamaq üçün fasiləsiz sükan dəstəyi təmin edəcək.
-
Avtomatik Uzaq İşıqları (AHB)
AHB sistemi başqa avtomobil yaxınlaşanda uzaq işıqları söndürən avtomatik sensorlara malikdir. Bu, digər sürücülərin gözünə işıq salmadan gecə vaxtı idarəetməsindən zövq almağınıza imkan yaradır.
-
Dinamik Radar Kruiz Kontrol (DRCC)
DRCC sizi qarşıdakı avtomobildən təhlükəsiz məsafədə saxlayır, eyni zamanda sabit sürət ilə sakit səyahət etməyinizə şərait yaradır. Əgər avtomobiliniz yaxınlaşmaq üzrədirsə, toqquşmanın qarşısını almaq üçün sürəti azaldacaq.
-
Yol Nişanları Köməkçisi (RSA)
RSA hər yol nişanını müşahidə edir və onları birbaşa avtomobilinizin displey ekranına ötürür. Bu, öz marşrutunuzda magistral haqqında lazımi məlumatı əldə etməyinizi təmin edir.
SÜRÜCÜYƏ KÖMƏK EDƏN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Park etməyinizdən və ya zolaqları dəyişdirməyə hazırlaşmağınızdan asılı olmayaraq, bacarıqlı sürücü həmişə vəziyyətə uyğunlaşır. Lexus idarəetmə məharətinizi yeni yüksəkliklərə aparmaq üçün intuitiv xüsusiyyətlər ilə hisslərinizi gücləndirmək məqsədilə bu prinsipi təkmilləşdirib.

-
Görünməyən Zonalara Nəzarət Sistemi
Periferik baxışınızın limitlərini aşın. Görünməyən Zonalara Nəzarət Sistemi avtomobilinizi əhatə edən yer haqqında tam məlumat vermək və mütləq güvən ilə manevr etməyinizə icazə vermək üçün arxa görünüş güzgülərində görünməyən istənilən maneə barədə sürücüləri xəbərdar edir.
-
Təkmil Parkinq Dəstəyi Xüsusiyyətləri
İnamla hər məkana doğru gedin. Parkinq xüsusiyyətlərimiz sizi real vaxtda istənilən maneədən xəbərdar etməklə və lazım olanda əyləcin gücünü artırmaqla idarəetmə qabiliyyətinizi təkmilləşdirərək avtomobilinizi qoruyur.
-
Adaptiv və İki Mərhələli Adaptiv Uzaq İşıqları Sistemləri (AHS)
Avtomatik Uzaq İşıqlarının, Adaptiv Uzaq İşıqları Sisteminin təkmilləşdirilməsi irəlidəki avtomobilləri aşkarlamaq üçün avtomobilin yuxarısında yerləşdirilmiş kameradan istifadə edir və ön fənərin işığının paylanmasını avtomatik optimallaşdırır, bu isə o deməkdir ki, siz yaxınlaşan və ya qarşıdan gələn avtomobilləri kor nöqtəyə salmamaqla yolu işıqlandıra bilərsiniz. İki Mərhələli Adaptiv Uzaq İşıqları Sistemi daha mükəmməl uzaq işığı nəzarətinə icazə verərək Adaptiv Uzaq İşığı Sisteminin daha təkmilləşdirilmiş formasıdır.
LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ +A
Nəqliyyat hadisələrinin olmadığı azad bir dünya üçün ən yaxın variantımızı təqdim edirik. Lexus Təhlükəsizlik Sistemi +A eksklüziv olaraq Lexus LS avtomobilində mövcuddur və idarəetmə köməyinin yeni kalibrini nümayiş etdirir. Lexus Təhlükəsizlik Sistemi Plyusun beş sütununu formalaşdıran ən təkmil təhlükəsizlik sistemimiz idarəetmədən zövq almağınızı təkmilləşdirən və təhlükələri azaldan dünya üzrə ilk texnologiyanı özündə birləşdirir.

-
Piyada xəbərdarlığı, aktiv sükan yardımı və ön yan tərəfin qəza öncəsi sistemi ilə Toqquşma Öncəsi Sistem
Lexus LS üçün PCS Piyada Xəbərdarlığı, Aktiv Sükan Yardımı və Ön Yan Tərəfin Qəza Öncəsi Sistemi ilə birləşərək, toqquşmaların qarşısını almaq üçün dünyada ilk texnologiya ilə gücləndirilib.
-
Lexus CoDrive
Lexus CoDrive fərdi idarəetmə üslubunuzu dəstəkləyir. Dinamik Radar Kruiz Kontrol, Yol Nişanları Köməkçisi və Öndən Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığını özündə birləşdirən Lexus LS həmçinin hər yolda sizi zolaqda saxlayan yeni Zolağın İzlənməsinə Nəzarət Köməkçisi texnologiyasına malikdir.
-
İki Mərhələli Adaptiv Uzaq İşıqları Sistemi
İki Mərhələli Adaptiv Uzaq İşıqları Sistemi daha mükəmməl uzaq işığı nəzarətinə icazə verərək Adaptiv Uzaq İşığı Sisteminin daha təkmilləşdirilmiş formasıdır. Ayrı-ayrılıqda hərəkət edən iyirmi dörd LED-in iki sırasından istifadə etmək avtomobilin önündəki yol nişanını işıqlandırmaqla yanaşı, həm də işığın avtomobilin ətrafında azalmasına icazə verir.
-
Öndən Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığı
Hər yol kəsişməsinə əminliklə yaxınlaşın. Kəsişmə nöqtəsinə yaxınlaşdığınız zaman Öndən Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığı nəqliyyat vasitələrinin axınını qiymətləndirəcək və sizi qarşıdan keçən istənilən nəqliyyat vasitəsi barədə məlumatlandıracaq.
LEXUS SİNFİ
Təhlükəsizlik xüsusiyyətləri bütün Lexus sinfinin əsas nöqtəsidir. Hər bir model avtomobilin rahat performansı və fərdiliyini tamamlamaq üçün təhlükəsizlik təkmilləşdirmələrinin dəqiqliklə birləşdirilməsi sayəsində hazırlanıb. İdarəetmə üslubunuzu təkmilləşdirəcək ən yaxşı avtomobili tapmaq üçün hər model üçün spesifik təhlükəsizlik xüsusiyyətlərini araşdırın.
-
ES MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyadanın aşkarlanması ilə Toqquşma Öncəsi Sistem* Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolağın İzlənməsinə Nəzarət Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı Adaptiv Uzaq İşıqları / İki Mərhələli Adaptiv Uzaq İşıqları Yol nişanları köməkçisi ilə Tam Sürətli Dinamik Radar Kruiz Kontrol Yol Nişanları Köməkçisi Görünməyən Zonalara Nəzarət Sistemi Parkinq Dəstəyi Xəbərdarlığı (PKSA) Parkinq Dəstəyi Əyləci (PKSB) NX MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyadanın aşkarlanması ilə Toqquşma Öncəsi Sistem* Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolaqda Qalma Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı Avtomatik Uzaq İşıqları Tam Sürətli Dinamik Radar Kruiz Kontrol Yol Nişanları Köməkçisi Görünməyən Zonalara Nəzarət Sistemi RX L MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyadanın aşkarlanması ilə Toqquşma Öncəsi Sistem* Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolaqda Qalma Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı Avtomatik Uzaq İşıqları / Adaptiv Uzaq İşıqları Tam Sürətli Dinamik Radar Kruiz Kontrol Yol Nişanları Köməkçisi Görünməyən Zonalara Nəzarət Sistemi RX MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyadanın aşkarlanması ilə Toqquşma Öncəsi Sistem* Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolaqda Qalma Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı Avtomatik Uzaq İşıqları / Adaptiv Uzaq İşıqları Tam Sürətli Dinamik Radar Kruiz Kontrol Yol Nişanları Köməkçisi Görünməyən Zonalara Nəzarət Sistemi LC MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyadanın aşkarlanması ilə Toqquşma Öncəsi Sistem* Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolaqda Qalma Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı Avtomatik Uzaq İşıqları Tam Sürətli Dinamik Radar Kruiz Kontrol Yol Nişanları Köməkçisi Görünməyən Zonalara Nəzarət Sistemi LS MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyada xəbərdarlığı, aktiv sükan yardımı və ön yan tərəfin qəza öncəsi sistemi ilə Toqquşma Öncəsi Sistem Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolağın İzlənməsinə Nəzarət Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı İki mərhələli Adaptiv Uzaq İşıqları Yol nişanları köməkçisi ilə Dinamik Radar Kruiz Kontrol Görünməyən Zonalara Nəzarət Sistemi Öndən Keçən Nəqliyyat Vasitəsi Xəbərdarlığı Parkinq Dəstəyi Xəbərdarlığı (PKSA) Parkinq Dəstəyi Əyləci (PKSB) UX MODELİNİN TƏHLÜKƏSİZLİK XÜSUSİYYƏTLƏRİ
Piyadanın aşkarlanması ilə Toqquşma Öncəsi Sistem* Sükan Yardımı ilə Zolaqdan Çıxma Xəbərdarlığı Zolağın İzlənməsinə Nəzarət Köməkçisi Avtomobilin Yellənmə Xəbərdarlığı Avtomatik Uzaq İşığı / Adaptiv Uzaq İşığı Yol nişanları köməkçisi ilə Tam Sürətli Dinamik Radar Kruiz Kontrol Yol Nişanları Köməkçisi Görünməyən Zonalara Nəzarət Sistemi Parkinq Dəstəyi Xəbərdarlığı (PKSA) Parkinq Dəstəyi Əyləci (PKSB)* *Piyada aşkarlanması olmadan -
* Lütfən nəzərə alın ki, Toqquşmə Öncəsi Xəbərdarlıq Sistemi yol şəraitlərinin müxtəlifliyinə, avtomobilin vəziyyətləri, hava şəraitləri, sürücü tərəfindən idarəetmə və ya piyada/velosiped sürənin vəziyyətlərinə görə müvafiq şəkildə işləməyə bilər. Sürücü təhlükəsiz idarəetmə üçün birbaşa öhdəlik daşıyır. Xüsusiyyətlərin mövcudluğu barədə təfərrüatlar üçün yerli dilerinizdən məlumat alın. ** Monitorda göstərilən insanlar və maneələr faktiki vəziyyət və məsafədən fərqli ola bilər. Monitora tamamilə etibar etməyin və idarəetmə zamanı avtomobilin ətrafındakı təhlükəsizliyi öz gözləriniz ilə yoxlayın.