LEXUS LC ÜSTÜ AÇILAN KONSEPTİ İLƏ TANIŞ OLUN

2019-cu ilin Şimali Amerika Beynəlxalq Avtomobil Şousunda Lexus LC Üstü Açılan Konseptinin təqdimatı LC Kupesinin üç il əvvəl Detroitdə avtomobil dünyasını təəccübləndirdiyi vaxtdan bəri brendin ən son təkamülünü göstərir.

İNCƏSƏNƏTİN ƏKS ETDİRİLMƏSİ

Açıq hava üçün nəzərdə tutulan avtomobil LC kupesinin incəsənətin əks etdirildiyi versiyasıdır, Üstü Açıq Konseptin dizayn məqsədi "mükəmməl gözəllik" təcəssümüdür. Ön şüşənin əyriliyindən açıla bilən üstün yerləşdiyi arxa kapotun qapağının yastı konturlarına qədər LC Üstü Açılan konseptindəki hər bir cizgi emosional reaksiya oyatmaq üçün hazırlanıb. Hər bucaqdan heyranedici dizayna malik LC Üstü Açılan Konsept bütün Lexus seriyası üçün ilhamlandırıcı avtomobil kimi fərqlənir.

İNCƏ ELEQANTLIQ

Eksteryerin metal lövhəsinin heyranedici görünüşünə əlavə olaraq, LC Üstü Açılan konsepti hər ehtiyacı qarşılayan salonun cazibəsi ilə sürücüləri və sərnişinləri valeh edir. Xüsusi hazırlanmış oturacaqların komfortundan tutmuş hər açar və düymənin bəxş etdiyi hissə qədər LC avtomobili haqqında hər şey hətta ən adi səyahəti belə xüsusi hadisəyə çevirmək üçün nəzərdə tutulub. Zərif ağ dəri üzlük üstünlük təşkil etsə də, sarı aksentli tikiş ümumi dizaynın incə eleqantlığını pozmadan rəng dəyişikliyi əlavə edir.

İRSİ PERFORMANS

LC Üstü Açılan konseptinin güclü eksteryer cizgiləri onu mükəmməl yol səyahətçisi etməkdən əlavə, həm də onun performans irsini yenidən canlandırır. Avtomobilin qısa ön və arxa korpus çıxıntıları, 22 düymlük təkərləri və enli görünüşü onun performans potensialından xəbər verir.