TAM YENİ LEXUS ES

İNTUİTİV İDARƏETMƏ

İnsan ilə maşın əl-ələ verdikdə ağlasığmaz hadisələr baş verir. Məhz buna görə də, sürücünün nə edəcəyini əvvəlcədən proqnozlaşdıran yeni Lexus ES avtomobili üçün TV reklamının mətni süni intellekt (AI) tərəfindən yazılıb və reklam bir çox mükafatlara layiq görülmüş rejissor tərəfindən ekranlaşdırılıb.

İNSAN VƏ MAŞIN

Film yeni Lexus ES avtomobilini bu günə qədərki ən intuitiv modelə çevirən güclü konstruksiya və dizaynı təsiredici tərzdə nümayiş etdirir.

  • İNTUİTİV İDARƏETMƏ

    HEYRƏTLƏNDİRMƏK ÜÇÜN HAZIRLANIB

    Yeni Lexus ES avtomobilinin innovativ şassisi avtomobilin idarəedilməsini ağlasığmaz dərəcədə intuitiv edir. Texnoloji baxımdan təkmilləşdirilmiş xüsusiyyətlər hər hərəkətinizə dərhal reaksiya verməklə sizə rahatlıq bəxş edir və qərarlarınızı dəstəkləyir. Bundan başqa, Hərəkət zolağına Nəzarət Köməkçisi sıx nəqliyyat axınında və aşağı sürətlərdə hərəkət edərkən avtomobili hərəkət zolağında saxlamaqla intuitiv idarəetmənizə kömək edir.

  • 
  

  
    2019 lexus es driven by intuition cinemagraph designed to protect

    İNTUİTİV İDARƏETMƏ

    QORUMAQ ÜÇÜN HAZIRLANIB

    Yeni ES avtomobili Lexus Safety System+ ilə təchiz edilib. Sistem fərqli sürət və vəziyyət diapazonlarında sürücünü məlumatlandırmaq, qərar qəbul edilməsinə kömək etmək və avtomobilin idarəedilməsini dəstəkləmək üçün hazırlanıb. ES avtomobilindəki texnologiya toqquşmaların baş verməsindən öncə qarşısının alınmasına kömək edərək reaksiyanızı gücləndirir və impulslarınızı tamamlayır.

    Lexus Təhlükəsizlik Bölməsinə nəzər salın


  

  
    2019 lexus es background desktop 1920

SÜNİ İNTELLEKT VƏ İNSANIN İLK YARADICILIQ ƏSƏRİ

Geniş məlumat və araşdırmaların süni intellektə daxil edilməsi TV reklamı üçün mətnin hazırlanması ilə nəticələndi. Daha sonra, mətn hekayənin ekrana daşınması üçün bir çox mükafatlara layiq görülmüş rejissor Kevin Makdonalda verildi. Süni intellekt tərəfindən yazılmış bu mətn üzərində iş prosesdə iştirak edən hər kəsi imkanlarının hüdudlarını aşmağa vadar etdi.


  

  
    2019 lexus es background desktop 1920