1. New Cars
  2. NG NX
ƏLAQƏ YARADIN
Gözoxşayan yeni görünüş inqilabi elektrikləşmiş performansla bir araya gələrək tam yeni NX 350h özü enerji yığan hibrid və NX 450h+ enerji mənbəyinə qoşula bilən hibrid modellərini digər orta ölçülü lüks yolsuzluq avtomobillərindən daha fərqli edir. Avtomobilin interyerində Takumi sənətkarlığı hisslərinizi oxşayır, qabaqcıl Lexus Link bağlantısı və Lexus Təhlükəsizlik Sistemi+ isə sizə güc və müdafiə bəxş edir.

XÜSUSİYYƏTLƏR

  • SİNFİNİN LİDERİ OLAN HİBRİD VƏ ENERJİ MƏNBƏYİNƏ QOŞULA BİLƏN HİBRİD GÜC AQREQATLARI

    Yeni NX tamamilə benzin və ya dizellə işləyən orta ölçülü yolsuzluq avtomobilləri ilə müqayisədə daha qənaətli və ekoloji təmizdir. 15 ildən çox davam edən elektrikləşmə təcrübəsinin məhsulu olan Lexus özü enerji yığan hibrid mühərriki NX 350h modelinə daha böyük güc və sürət yığma verir, həmçinin sinfinin ən yüksək səviyyəli qənaətinə nail olmağa və emissiyaları azaltmağa imkan verir.

    NX 450h+ Lexus Elektrikləşmiş güc aqreqatını təkmilləşdirərək enerji mənbəyinə qoşula bilən hibrid mühərriklərinin yeni standartını təyin edir. Elektrik avtomobilinin emissiyaların sıfır həddində olduğu hərəkət rejimində şəhərdə 80km məsafə qət etməsi, 306 DIN a.g. gücə sahib olması və ani sürət yığma özünə heyran edir.

  • TAZUNA KOKPİT                                                                                           

    İlk dəfə LF-30 dizayn araşdırmasında nümayiş etdirilmiş gözoxşayan Tazuna konsepsiyası yeni NX modelində təqdim edilib. Qarşınızdakı yolla və əllərinizdəki sükan çarxı ilə təmasın ən yüksək səviyyəyə çatdırılması ilə zövqverici idarəetmə təcrübəsi yaşadan NX kabinəsi atlıların cilovla öz atlarını idarə etmə tərzindən ilham alaraq yaradılıb (Tazuna).

  • İDARƏETMƏ REJİMİ SEÇİMİ                                                                                     

    Sükanın yanında yerləşən İdarəetmə rejimi seçimi avtomobilin effektivliyini, dinamikliyini və ya istismar keyfiyyətini artırmaq üçün sürücülərə Eco, Normal və Sport rejimləri arasında seçim etməyə imkan verir. Yeni NX F SPORT modeli Eco və Normal rejimləri ilə yanaşı, əlavə Custom, Sport S və Sport S+ rejimlərini də təqdim edir.

Tanınmış GA-K platformamız üzərində qurulmuş NX modeli daha yaxşı yolla ilişmə və həssas reaksiya kimi bir çox dinamik təkmilləşdirmələr təqdim edir. Daha geniş protektor and daha aşağı ağırlıq mərkəzi üstün idarəetmə və stabilliklə nəticələnib. Daha yaxşı xarakteristikalar əldə etmək və dönmə qabiliyyətinin qeyri-qənaətbəxşliyini azaltmaq istiqamətində çalışan Lexus mühəndisləri lazer qaynaq, yapışqanlı birləşmə, dam möhkəmləndiriciləri, ikili kapot kilidləri and yüksək möhkəmlikli poladdan istifadə ediblər. Çəkini yüngülləşdirmək üçün qanadlar və kapotun hazırlanmasında alüminiumdan istifadə olunub.

500 litrlik yük yeri və aşağı ağırlıq mərkəzi malik geniş kabinəyə nail olmaq üçün NX 450h+ modelinin güclü 18.1 kV litium-ion batareyası kabinənin döşəməsinin altında yerləşdirilib. Yeni batareya bloku 96 yüksək tutumlu litium-ion batareya elementlərindən istifadə edir, sinfinin aparıcı xarakteristikasını - EV rejimdə 65 km (80 km şəhərdə) əldə edir. Yeni NX 350h modeli üçün hazırlanmış və arxa oturacaqların altına quraşdırılmış bu litium-ion batareyası həm geniş salona, həm mükəmməl idarəetmə performansına səbəb olur. Yüngülçəkili litium-ion elementləri enerji yığma performansını artırmaqla yanaşı, onun yığcamlığını və soyutma sistemini də optimallaşdırır.

Bütün tam ötürücülü modellərdə E-FOUR sistemi mükəmməl performans və nahamar ərazidə etibarlı yolla ilişmə sərgiləyir. İnnovativ E-FOUR sistemi lazım gəldikdə əlavə fırlatma anı təmin edən arxa oxa quraşdırılmış 54 DIN at gücü elektrik motoru ilə təchiz edilib.

TƏHLÜKƏSİZLİK

  • LEXUS SAFETY SYSTEM + TƏHLÜKƏSIZLIK SISTEMI

    Ən yeni Lexus Safety System + təhlükəsizlik sistemi şəhərdə və ya magistral yolda, gündüz və ya gecə vaxtı, yol kəsişmələrində, döngələrdə və ya hərəkət zolağını dəyişərkən istənilən vəziyyətdə təhlükəsizlikdə olmanızı təmin edən ikinci sürücü kimidir. Misal üçün, qəzaların qarşısının alınmasının yeni erasını gətirən texnologiyalardan istifadə edən yenilənmiş Toqquşma öncəsi təhlükəsizlik sistemi indi gündüz motosiklləri, gecə isə piyadaları aşkar edə bilir.

  • TƏHLÜKƏSİZ ÇIXIŞ KÖMƏKÇİSİ

    Təhlükəsiz çıxış köməkçisi arxadan yaxınlaşan avtomobil və velosipedçiləri izləmək üçün Görünməyən zona monitorundan və  lazım gəldikdə qapıları bağlı saxlamaq üçün e-Latch sistemindən istifadə edir, belə ki  bu da öz növbəsində açıq qalmış qapılarla bağlı hadisələrin 95%-dək azalmasına səbəb olur.

  • MULTİ MƏLUMAT DİSPLEYİ

    7 düymlük TFT (nazik plyonkalı tranzistor) displey əsas idarəetmə alətlərinə inteqrasiya edilib və təhlükəsizlik xəbərdarlıqları və naviqasiya istiqamətləri kimi əsas məlumatları görməyinizə imkan verir. Daha dinamik idarəetmə təcrübəsi üçün Normal, Eco və Sport rejimdə olmağınızdan asılı olaraq displey görünüşünü və məzmununu nizamlayacaq.

Son dərəcə möhkəm sərnişinin təhlükəsizliyi hücrəsinə əlavə olaraq, istifadəçilərin qorunması üçün səkkiz hava yastığı quraşdırılıb: sürücü üçün ikipilləli yastıq və dizi yastığı; ön sərnişin üçün isə birpilləli yastıq; sürücü və sərnişin arasında təması azaltmaq üçün isə mərkəzi yastıq; ön oturacaqlarda yan yastıqlar və salonun hər iki tərəfi boyu tam uzanan pərdə tipli yastıqlar.

CƏSARƏTLI DIZAYN

  • YENİ RADİATOR BARMAQLIĞI

    Dizaynerlərimiz yeni NX modeli üçün daha güclü yeni görünüş yaratmağa qərar verdilər. Uyğun çərçivəli daha dinamik barmaqlıq işlənib hazırlandı. Yeni dizayn çəkinin azaldılmasına imkan verməklə yanaşı, həm də avtomobilin dinamik görünüşünü vurğulayır. Diqqətçəkən tor şəkilli dizayn üçün nazik U formalı komponentlər hazırlanmışdır. Nəticədə barmaqlığın şaquli dizaynı aşağıda üçlü bölgü ilə birgə radiatorun daha yaxşı soyudulmasını təmin edir.

  • DÖRDLÜ LED İŞIQLAR

    Bu heyranedici 4 proyektorlu LED ön fənərlər qara haşiyə ilə çox fərqli təəssürat bəxş edir. Fənər L-formalı Lexus brend gündüz hərəkət işıqları (DRL) ilə vurğulanıb.

  • YENİ LEXUS ARXA İŞIĞI

    Fərqli L- formalı işıqlanma dizaynı ilə yeni Lexus arxa işığı son NX modelinin bütün enini əhatə edir. Modern görünüş yaradan yeni dizaynlı LEXUS yazısı isə mərkəzdə yerləşir.

Yeni NX modelində ön oturacaqlar yüksək səviyyəli rahatlıq və idarəetmə, mükəmməl dəstək, isitmə və havalandırma kimi funksiyaları təmin etmək üçün yenidən dizayn edilib. Bel ətrafı üçün düzgün erqonomik dəstək təmin etmək, sükan çarxı və ötürmə lingindən və ya konsolun qapağından istifadə edərkən dirsək toxunuşunu azaltmaq üçün oturacaqların kənarı içəri əyilmiş formada düzəldilib. Sonda isə rahat giriş və çıxışı təmin etmək üçün oturacaq kənarlarının hündürlüyü aşağı salınıb.

Sükan çarxı və ötürmələri dəyişən ling sürmə tərzinizə əhəmiyyətli dərəcədə təsir edə bilər, dizaynerlər bu təmas hissələrini dəqiqliklə hazırlamaq üçün Lexus Takumi komandası ilə birlikdə çalışıblar. Sükanın stabilliyini artırmaq və mükəmməl idarəetmə hissi bəxş etmək üçün sükan çarxının formasına və çarpaz bölgülərinə xüsusi diqqət verilib. Barmaq yerləri və sensor düymələr də yenidən dizayn edilib.

Bütün yeni NX modellərində velosiped və sörfinq lövhələri kimi iri əşyaları saxlamağa imkan verən 60:40 nisbətində qatlanan praktik arxa oturacaq standart komplektasiyaya daxildir. Arxa oturacaqlar tam qatlandıqda isə daha iri əşyaların daşınması üçün geniş yer yaranır.

İNNOVATİV TEXNOLOGİYA

  • PANORAM DAM

    Dam reylinqləri ilə birgə təqdim olunan panoram şüşə dam indi həm də açılır. Kabinəni həm əlavə genişlik, həm də bol gün işığı təmin etməklə yanaşı, o, parlaq günəş işığından qorunmaq üçün elektriklə işləyən günlük ilə də təchiz olunub. Elektrik, əyilən və sürüşən versiyalarda təqdim olunan şüşə lyuk yeni NX modelinə azadlıq hissi, genişlik və bol işıq bəxş edir.

  • ELEKTRİK YÜK QAPISI

    Əlləriniz alış-veriş paketləri ilə dolu olduqda müstəsna çevikliyə və həssaslığa malik məsafədən idarə olunan yük qapısı sizə rahatlıq bəxş edəcək. Cibinizdə və ya çantanızdakı açarla sadəcə ayağınızı arxa bamperin altına tutaraq yük qapısını aça və ya bağlaya bilərsiniz.

  • DƏYİŞƏN CƏRƏYANLI ENERJİ YÜKLƏMƏ ÇIXIŞI

    NX 450h+ modeli arxa sağ tərəfdə dəyişən cərəyanlı enerji yükləmə çıxışı və maksimum gücü 6.6 kV malik bort enerji yükləmə cihazı ilə təchiz edilib.

Avtomobilin məlumatları birbaşa rəngli formatda ön şüşəyə proyeksiya olunur. Bu geniş 10 düymlük proyeksiya displeyi naviqasiya, təhlükəsizlik funksiyaları, avtomobil haqqında məlumat və ya audio parametrlər kimi məlumatları gözünüzü yoldan çəkmədən görməyinizə imkan verir. Sükan çarxındakı sensor düymələr sayəsində onun idarəsi rahatdır.

S-Flow sistemi ətraf mühitin şərtlərinə uyğun olaraq interyerin havasını ağıllı şəkildə tənzimləyir, mükəmməl yanacaq qənaətini və hər bir sərnişin üçün optimal rahatlığı  təmin edir.

DAHA ÇOX QOŞULMA İMKANI

  • LEXUS LINK MULTIMEDIA

    Much faster and easier to use, with improved resolution on both the 9.8-inch (Lexus Link Connect with cloud navigation) and large 14-inch touchscreens (Lexus Link Pro with embedded hybrid navigation), Lexus Link Multimedia is the first system of its kind to use cloud navigation to regularly update your maps and traffic data.

  • 17 DİNAMİKLİ MARK LEVINSON® SƏS SİSTEMİ

    NX 350h modelinin Luxury və F SPORT komplektasiyalarına daxil olan yeni 17 dinamikli Mark Levinson® Premium Surround səs sistemi NX avtomobilinin akustik xüsusiyyətlərinə uyğun hazırlanıb. O, MP3  formatındakı səs itkisini aradan qaldıran Clari-Fi™ sistemi sayəsində misilsiz 7.1-kanallı rəqəmsal ev teatrı təcrübəsi təmin edir. Daha yaxşı səs üçün ev hi-fi systeminin dinamiki bənzər geniş 25 sm-lik arxa sabvufer,  baqaj sahəsinə xələl gətirmədən yük yerinin aşağısındakı 20 litrlik bölmədə gizlədilmişdir.

    10 dinamikli premium audio sistem bütün komplektasiyalarda standard təchizata daxildir. Sistem FM RDS tüneri, Rəqəmsal səs yayımlanması və blutuz bağlantısı kimi özəllikləri və ön qapılarda böyük dinamiklər sayəsində möhtəşəm səs dəqiqliyi təklif edir.

  • SMARTFONLA İNTEQRASİYA

    Android Auto® və ya Apple CarPlay® vasitəsilə yeni NX modeli smartfonunuzdakı bəzi proqramları asanlıqla 9.8 düym və ya 14 düym ekranda əks etdirməyə və idarə etməyə imkan verir.

Diqqətinizi qarşınızdakı yola cəmləyərkən sizi düymələrdən istifadə zərurətindən azad edən ağıllı Lexus səs köməkçisində süni intellekt və bulud texnologiyası bir araya gəlib. Yeni işlənib hazırlanmış “Hey Lexus” səs köməkçisi danışıq dilini başa düşür, "Mən acam" və ya "Mənə soyuqdur" kimi ifadələrin məzmununu, hətta sərnişinin nə danışdığını anlaya bilir. Siz əlinizi sükandan çəkmədən ümumi işıqlandırma və ya İnternetdə axtarış kimi funksiyaları aktivləşdirə bilərsiniz.

Siz smartfon və ya digər elektron cihazlarınızı induktiv simsiz enerji yükləyici ilə şarj edə bilərsiniz. Əvvəlkindən 50% daha tezdir, əlverişli şəkildə yerləşdirilib, altında isə rahat saxlama bölməsi var. Cihazlarınızı dolu və qoşulu şəkildə saxlamaq üçün  NX modeli dörd USB çıxışına malikdir (Öndə: 1xA-tip + 1xC-tip, Arxada: 2xC-tip).

TAM YENİ NX MODELİNİ İDARƏ ETMƏYİN NECƏ BİR HİSS OLDUĞUNU DUYUN

Lexus sınaq yürüşü ilə qeyri-adi hisslər yaşayın. Siz avtomobil, yer və vaxtı seçin. Qalanını biz edəcəyik.

 

NX QALEREYASI

Tamamilə yeni NX-in dəbdəbəsini, mükəmməlliyini və heyrətamiz görünüşünü kəşf edin.

DİGƏR SUV MODELLƏR

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/model-filter-results/az/az?model=ue%2Cnx%2Crx%2Crxl