LEXUS LX
NİYYƏT HAQQINDA BƏYANAT
Təsirli və geniş eksteryer unudulmaz təəssürat yaradır, standart komplektasiya səviyyəsi isə bu modeli indiyədək yaradılmış ən yaxşı LX edir.
-
LEXUS “NEXT CHAPTER” DİZAYNI
SUV-nin ikonik proporsiyaları LX-ə dinamik və zərif görünüş bəxş edir.
-
YENİ LX VIP VƏ YA OVERTRAIL KOMPLEKTASİYALARI
Eksklüziv VIP komplektasiyası və ya yeni Overtrail komplektasiyası ilə LX təcrübənizi yeni səviyyəyə yüksəldin.
-
GÜCLÜ BENZİN VƏ DİZEL MÜHƏRRİKLƏRİ
Artırılmış burucu moment və çevik sürətlənmə həm 3,5 litrlik iki turbolu V6 benzin, həm də 3,3 litrlik V6 dizel mühərriklərinin əsas üstünlükləridir.
-
TAKUMİ USTALARI TƏRƏFİNDƏN YARADILMIŞ TAZUNA SALONU
Rahatlıq və idarəetməni nəzərə alaraq hazırlanmış, sürücü yönümlü “Tazuna” salonu avtomobili idarə etmək üçün yalnız minimal əl və göz hərəkətlərini tələb edəcək şəkildə dizayn edilib.
-
25 DİNAMİKLİ FƏRDİLƏÇDİRİLMİŞ LÜKS AUDİO SİSTEMİ
Bütün LX modellərində standart olaraq 25 dinamikli üstün Mark Levinson® audio sistemi quraşdırılıb.
-
TƏHLÜKƏSİZ MACƏRA
Lexus Safety System + təhlükəsizlik sistemi sanki ikinci pilot kimidir. Toqquşma xəbərdarlığı sistemi gündüz motosiklləri, gecə isə piyadaları aşkar edə bilir.
Read timed out
POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/grade-selector/az/az?modelId=5f45b6c8-99ec-490a-9f7a-bad8b6fcb222
LÜKS FLAQMAN DİZAYNI
SEÇİLƏN EKSTERYER
Həm park edilmiş vəziyyətdə, həm də hərəkətdə, LX dərhal hörmət oyadır. Bunu, “L” motivli xarakterik arxa fənərlərlə tamamlanan əzələli kuzovunun parlaq və müasir üslubu, zərif LED faraları və Lexus-un vizit kartına çevrilmiş ifadəli ön hissəsi, həmçinin eksklüziv 22 düymlük döymə yüngül lehimli diskləri və ifadəli arxa Lexus emblemi sayəsində edir. Bir sözlə, heyrətamizdir.
İNANILMAZ DƏRƏCƏDƏ İKONİK
-
LEXUS DİZAYNINDA YENİ MƏRHƏLƏ
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
LEXUS-UN TƏSİRLİ RADİATOR BARMAQLIĞI
LX təsirli və qətiyyətli görünməklə yanaşı flaqman yolsuzluq avtomobilinin zərifliyini də özündə əks etdirir. Bunu onun möhtəşəm görünüşünü vurğulayan və güclü hərəkət xüsusiyyətləri ilə assosiasiya olunan firma imzası olan radiator barmaqlığı aydın şəkildə nümayiş etdirir. Həmçinin heykəltəraşlıq üslubunda işlənmiş mürəkkəb səthlər LX-in cazibədarlığını daha da önə çıxarır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
XARAKTERİK ARXA GÖRÜNÜŞ
Avtomobilin arxa hissəsində Lexus-un firma imzası olan “L” formalı arxa fənərləri ifadəli dizaynı ilə seçilir. İşıqların xətləri kuzovun çiyin hissəsinə hamar şəkildə keçir və arxa siluetlə birləşir. Görünüşü isə avtomobilə lakonik, müasir və tanınan üslub bəxş edən LEXUS arxa loqosu tamamlayır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
BLADESCAN® TEXNOLOGİYALI DÖRD PROYEKSİYALI LED FARALAR
LX modelinin faraları avtomobilə güclü və aqressiv görünüş bəxş edərək üç proyektorlu kompakt LED blokdan və BladeScan® adaptiv uzaq işıq sistemindən ibarətdir. Bundan əlavə, xarakterik “L” formalı gündüz işıqları baxış bucağını dəyişən 3D dərinlik effekti yaradır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
OVERTRAIL-İN LÜKS DİZAYNI
LX Overtrail modeli macəra həvəsindən ilhamlanaraq yaradılıb. Eksklüziv idman tədbirlərindən tutmuş həyəcanverici yolsuzluq səfərlərinə qədər bu xüsusi model saf lüksü və təbiətin möhtəşəmliyini birləşdirir. Altı möhtəşəm rəngdə təqdim olunan Overtrail modeli, həmçinin bütün mövsümlər üçün uyğun təkərlərlə təchiz olunmuş səciyyəvi mat boz rəngli 18 düymlük təkərlərlə seçilir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
MÖHTƏŞƏM 20 VƏ 22 düymlük YÜNGÜL LEHİMLİ DİSKLƏR
20 düymlük disklər zərif, mexaniki işlənmiş V formalı iki-millidir. VIP komplektasiyasına məxsus eksklüziv 22 düymlük döymə disklər mexaniki emalı ilə yüksək keyfiyyətli metal örtüyə sahibdir. F SPORT komplektasiyası isə altı ədəd iki-milli və Premium Black örtüklü 22 düymlük disklərlə təqdim edilir ki, bu da üslub və yüksək performansı özündə birləşdirir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
-
-
TAKUMİ USTALIĞI İLƏ YARADILMIŞ SALON
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
15 İLLİK İNKİŞAF TƏCRÜBƏSİ
Sizi hər tərəfdən əhatə edən lüks yalnız insan əli ilə yaradıla bilən xüsusi keyfiyyətə malikdir. Siz özünüzü əsl ustaların əhatəsində hiss edirsiniz. Bu, “Takumi”dir, Lexus-un məşhur ustalarıdır; onların hər biri ən azı 15 illik təcrübəyə malikdir və işinə xüsusi həvəs və sədaqətlə yanaşır.USTALIĞI KƏŞF EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
YÜKSƏK KEYFİYYƏTLİ “TAZUNA” SALONU
İlk növbədə, bu, mükəmməl işlənmiş üzlükləri ilə sürücü yönümlü salondur. Əl işi dəri ilə təbii teksturalı ağacın birləşdirildiyi sükan çarxı. Və ya qırğı quşlarının lələklərindən ilhamlanaraq və mürəkkəb marketri texnikası ilə hazırlanmış Takanohа ağac naxışları.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
ƏL ANATOMİK FORMASINA UYĞUN HAZIRLANMIŞ SÜKAN ÇARXI
Lexus-un sükan çarxı sürücülük təcrübənizi yeni səviyyəyə yüksəldir. LX modelinin dizaynerləri bu idarəetmə elementini təkmilləşdirmək üçün “Takumi” ustaları ilə sıx əməkdaşlıq ediblər. Üstün hissiyyat və stabil idarəetməni təmin etmək üçün sükan çarxının forması və kəsiyi üzərində xüsusi diqqətlə işlənib.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
TAKUMİ USTALIĞI
Lexus-un Takumi ustaları konsolların yuxarı hissəsinin və oturacaqların işlənməsində yüksək səviyyəli tikmə bacarıqlarını tətbiq ediblər. Lüks görünüş yaratmaq üçün xaçvari tikişlər əvəzinə əyri tikişlərdən istifadə olunub, ön oturacaqların arxa hissəsinə isə ağac üslubunda naxışlar əlavə edilib.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
-
-
ÖZ LX MODELİNİZİ SEÇİN
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
ACTIVE
Xrom örtüklü firma imzası olan radiator barmaqlığı; BladeScan® (AHS) adaptiv uzaq işıq sistemli dörd bölməli LED faralar; Lexus loqolu qara ön əyləc supportları; 20 düymlük yüngül lehimli disklər; Lexus Link Pro naviqasiya sistemi; 25 dinamikli və 3D həcmli səs effektli Mark Levinson® Reference audio sistemi; dəri üzlük.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
URBAN
Mexaniki emal edilmiş 22 düymlük döymə yüngül lehimli disklər, bütün mövsümlər üçün 265/50 R22 ölçülü şinlər; inteqrasiya olunmuş naviqasiya ilə Lexus Link Pro multimedia sistemi; yarı anilin dəri üzlük; sürücü və ön sərnişin üçün masaj funksiyalı oturacaqlar.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
F SPORT
F-mesh üslublu firma imzası olan radiator barmaqlığı; F SPORT üslubunda 22 düymlük döymə yüngül lehimli disklər, bütün mövsümlər üçün 265/50 R22 ölçülü şinlər; yarı anilin dəri üzlük; sürücü və ön sərnişin üçün masaj funksiyalı ön oturacaqlar.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
VIP
Kuzov rəngində örtüklər və təkər tağları; Lexus loqolu qara ön əyləc supportları; “premium metallic” rəngli 22 düymlük döymə yüngül lehimli disklər, bütün mövsümlər üçün 265/50 R22 ölçülü şinlər; inteqrasiya olunmuş naviqasiya ilə Lexus Link Pro Multimedia sistemi; yarı anilin dəri üzlük; arxa kənar oturacaqlar üçün masaj funksiyası.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
OVERTRAIL
“Jet Black” rəngli örtüyə malik firma imzası olan radiator barmaqlığı; “Astral Black” rəngli moldinqlər və təkər tağları; Lexus loqolu qara ön əyləc supportları; 6-milli dizayna malik “Matt Grey” (mat boz) rəngli 18 düymlük yüngül lehimli disklər; bütün mövsümlər üçün 265/70 R18 ölçülü şinlər; yarı anilin dəri üzlük; sürücü və ön sərnişin üçün masaj funksiyalı ön oturacaqlar.LX-in TEST SÜRÜŞÜNÜ EDİN
-
ZƏRİF LÜKS
YAPON QONAQPƏRVƏRLİYİNİN GƏLƏCƏYİ
“Omotenaşi” Lexus-da tez-tez eşidilən bir anlayışdır. Bu qədim yapon qonaqpərvərlik fəlsəfəsi qonağın ehtiyaclarını hələ yaranmamışdan əvvəl hiss edib qarşılamaq üzərində qurulub. Sizin lüks təcrübəniz yalnız “Takumi” ustalarımız tərəfindən deyil, həm də misilsiz lüks hissi yaradan qabaqcıl texnologiyalar vasitəsilə təmin olunur.
ZƏRİF LÜKS
-
YÜKSƏK TEXNOLOGİYALAR DÜNYASINA XOŞ GƏLMİSİNİZ
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
LEXUS QARŞILAMASINDAN HƏZZ ALIN
LX ehtiyaclarınızı siz onları dərk etmədən əvvəl hiss edir. O, sizi yerə işıq salaraq gölməçələrdən yayınmağa kömək edən yan güzgülər və virusların qarşısını almağa, həmçinin saç və dərini nəmləndirməyə kömək edən xırda hissəciklər ayıran 4 zonalı klimat-kontrol sistemi kimi innovativ həllərlə əhatə edir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
BARMAQ İZİ İLƏ İŞƏ SALMA VƏ AĞILLI QAPILAR
Barmaq izi tanıyan start düyməsi yalnız rahat deyil, həm də avtomobilin oğurlanma riskini azaldır. “Easy Closer” mexanizmi qapılar yarıaçıq qaldıqda belə onları dəqiq və hamar şəkildə bağlayır, ayaq hərəkəti sensoru ilə aktivləşdirilən elektrikli arxa baqaj qapısı isə geniş baqaj bölməsinə yükləməni asanlaşdırır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
ÇOX GENİŞ PROYEKSİYA DİSPLEYİ
Çox geniş proyeksiya displeyi yenilənmişdir və əsas məlumatları, eləcə də xəbərdarlıqları ön şüşənin aşağı hissəsində, sürücünün görmə sahəsində əks etdirir. Displeyin arxa işıqlandırmalı TFT-si (nazik plyonkalı tranzistor) daha parlaq görüntünü və hətta qarlı yolda hərəkət zamanı belə əla oxunaqlılığı təmin edir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
SALONUN ATMOSFER İŞIQLANDIRMASI
LX salonunun atmosfer işıqlandırmasını 64 rəngdən ibarət palitradan seçərək fərdiləşdirin, bunlardan 14-ü təbiət hadisələrini müşahidə edərkən yaranan emosiyaları əks etdirir. Sistem həmçinin "Healing" (Sağalma), "Relaxing" (Rahatlama) və "Focusing" (Fokuslanma) kimi temaları təklif edir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
LEXUS VOICE ASSISTANT (səsli köməkçi)
Lexus Voice Assistant (səsli köməkçi) diqqətinizi yolda saxlayarkən fikrinizi düymələrlə yayındırmaq ehtiyacını aradan qaldırır. O, təbii dili və “mənə soyuqdur” kimi ifadələrin kontekstini anlayır, hətta hansı ön sərnişinin danışdığını müəyyən edə və pəncərənin açılması kimi funksiyaları yerinə yetirə bilir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
-
-
Lexus LX oturacağının yaxından görüntüsü
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
ERQONOMİK OTURACAQ DİZAYNI
“Tazuna” adlanan innovativ salon dizaynı sayəsində siz hətta nahamar yollarda demək olar ki, mövqeyinizi dəyişmədən avtomobili rahatlıqla idarə edə bilərsiniz. Yaxşı dəstəyi təmin edən erqonomik ön oturacaqlar həmçinin ventilyasiya sistemi ilə təchiz olunub.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
AĞILLI MƏKAN
Birinci və ikinci sıra oturacaqlarda baş və ayaq üçün olduqca geniş yer var. 7-yerlik modellərdə “avtomatik oturacaq tənzimlənməsi” funksiyası bir düymə ilə ikinci və üçüncü sıranın oturacaqlarını qatlamağa imkan verir və bununla baqaj bölməsi üçün daha geniş yer saxlayır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
MARK LEVINSON® SƏS SİSTEMİ
25 dinamikli Mark Levinson® Reference 3D surround səs sistemi artıq bütün LX modellərində standart komplektasiyaya daxildir. Konsert zalı effektini yaradan dünya səviyyəli səsi əldə etmək üçün Mark Levinson® PurePlay sistemində kombinə edilmiş yüksək və orta tezlikli dinamiklərə malik doqquz ədəd 10 sm-lik inteqrasiya olunmuş Unity™ dinamikindən istifadə olunur.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
4 ZONALI CLIMATE CONCIERGE / NANOE™ X* SİSTEMİ
Lexus Climate Concierge sistemi oturacaqların isitmə, sükan çarxının isitmə və oturacaq ventilyasiyası funksiyalarını koordinasiya edərək salonda ideal mühit yaradır. S-Flow sistemi salon daxilində mikroiqlimi daim tənzimləyir, Climate Concierge isə dəri və saç sağlamlığını dəstəkləyən nanoe™ hissəcikləri buraxır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
HƏR TƏRƏFDƏ RƏQƏMSAL EKRANLAR
12,3 düymlük mərkəzi sensorlu ekrandan əlavə, salonda 12,3 düymlük sürücü displeyi, yeni nəsil proyeksiya displeyi, həmçinin yolsuzluq rejimləri və idarəetmə elementlərini göstərən monitor quraşdırılıb.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
-
-
VIP KOMPLEKTASİYASI
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
VIP KOMPLEKTASİYASI
Misilsiz zəriflik, ayaqlar üçün geniş yer və yüksək komfort təqdim edən VIP komplektasiyalı LX, dörd ədəd lüks dəri oturacaq, tikmə işləməli üzlük və eksklüziv əyri formalı başlıqlar, arxa dayaqlar və oturacaq yastıqları ilə seçilir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
VIP USTALIQ
Lexus-un Takumi ustaları konsolların yuxarı hissəsində və oturacaqlarda tikişlərin icrasında öz misilsiz ustalıqlarını nümayiş etdiriblər. Lüks görünüş yaratmaq üçün xaçvari tikişlər əvəzinə əyri tikişlərdən istifadə olunub, ön oturacaqların arxa hissəsinə isə ağac üslubunda naxışlar əlavə edilib.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
VIP ƏYLƏNCƏ
Lüks VIP komplektasiyamız ikinci sıra sərnişinlərinin hər biri üçün arxa oturacaqlarda əyləncə sistemi ilə təchiz olunub və bu, qonaqlara filmlər və oyunlardan yüksək komfort şəraitində zövq almağa imkan verir. 11,6 düymlük Full HD təsvirə və parıltını əks etdirən örtüyə malik böyük ekran olduqca aydın və yüksək keyfiyyətli görüntü təqdim edir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
VIP OTTOMAN
VIP komplektasiyasında arxa sağ sərnişin üçün ayaqaltı ilə təchiz olunmuş arxaya əyilən oturacaq mövcuddur. Tam dəstək verən mərkəzi arxa hissə yüksək dayanıqlığı təmin edir. Bundan əlavə, yeddi masaj funksiyası əzələlərin rahatlamasına kömək edir.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
VIP KLİMAT
Günəşliklər və xüsusi oxu lampaları kimi komfort funksiyalarından əlavə olaraq, VIP komplektasiyası ikinci sıra sərnişinləri üçün duş effektinə bənzər hava axını ilə rahat soyutmanı təmin edən eksklüziv tavan kondisioner çıxışları ilə təchiz olunub.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
-
-
LEXUS SAFETY SYSTEM +
-
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
SON NƏSİL LEXUS SAFETY SYSTEM +
LX, Lexus Safety System + sisteminin ən son versiyasında təqdim olunan qabaqcıl təhlükəsizlik və sürücüyə yardım sistemlərindən istifadə edir. Yenilənmiş və əlavə edilmiş funksiyalar arasında qəza riskinin daha dəqiq aşkar edilməsi yer alır.LEXUS SAFETY HAQQINDA DAHA ƏTRAFLI -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
TƏKMİLLƏŞDİRİLMİŞ TOQQUŞMALARI ÖNLƏMƏ SİSTEMİ
Yenilənmiş Toqquşmaları Önləmə Sistemi potensial təhlükələri aşkar etmək üçün kameralar, sensorlar və radardan istifadə edir. Funksiya qarşıdan gələn nəqliyyat vasitələri və piyadalarla toqquşma riskləri barədə sürücünü xəbərdar edir və zəruri hallarda əyləci işə salır.LEXUS SAFETY HAQQINDA DAHA ƏTRAFLI -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
DİNAMİK RADARLI KRUİZ-KONTROL (DRCC)
DRCC xüsusilə sıx tıxaclarda və ya uzun magistral yollarında stresi və yorğunluğu azaldır. Sistem öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni qorumaq və sürəti uyğunlaşdırmaqla yanaşı, qəza hallarında əyləci avtomatik olaraq işə salaraq təhlükəsizliyi artırır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
TƏCİLİ SÜKAN YARDIMI
İntuitiv Emergency Steering Assist sistemi qəzanın qarşısını almaq üçün manevr edən zaman avtomatik sükan və əyləc dəstəyini təmin edir. Bu funksiya avtomobilin stabilliyini artırır və təsadüfi zolaqdan çıxmanın qarşısını alır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN -
NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
BLADESCAN® ADAPTİV UZAQ İŞIQ SİSTEMİ
Qabaqcıl BladeScan® Adaptiv uzaq işıqları sistemi (AHS) adi LED faralarla müqayisədə daha geniş görmə sahəsi təqdim edir. Sistem 12 LED-dən gələn işığı dəqiqədə 6000 dövr fırlanan bıçaq formalı güzgüyə yönəldir və linza vasitəsilə geniş işıq yaradır.LX-in TEST SÜRÜŞÜNÜ EDİN
-
Daha çox bax
NÖVBƏTİ ADDIMINIZ NƏ OLACAQ?
TEZ-TEZ VERİLƏN SUALLAR
- Tam
- LX-izin sifarişi
- Güc qurğuları
- LX haqqında
- Texnologiya
- Komplektasiyalar
LX 600 İKİ-TURBOLU V6 BENZİN
Hər səfərdə maksimum zövq və incəlik üçün LX 600 aşağı sürətlərdə güclü burucu momenti və əla sürətlənmə dinamikasını təmin edən 3,5 litrlik V6 iki turbolu benzin mühərriki ilə təchiz olunub. Maksimal güc 305 kVt (415 DIN a.g.), burucu moment isə 650 Nm təşkil edir. Mühərrik geniş burucu moment diapazonundan istifadə edərək yüksək dövrlərə qədər həyəcanverici sürətlənmə təqdim edir. Çevik 10 pilləli transmissiya flaqman lüks SUV-yə xas hamar sürüş, yolsuzluqda əlavə performans və yüksək sürətdə səmərəlilik təmin edir.
LX 500d İKİ-TURBOLU V6 DİZEL
LX 500d ilk dəfə təqdim olunan 3,3 litrlik iki turbolu V6 dizel mühərriki ilə təchiz olunub və optimallaşdırılmış komponentləri sayəsində 220 kVt-dək (299 DIN a.g.) maksimal gücü, 700 Nm-ədək maksimal burucu momenti və yanacağa yüksək qənaəti təmin edir. İlk iki-turbolu dizel mühərrikimiz aşağı sürətlərdə tək turbo rejimindən yüksək sürətlərdə iki turbo rejiminə avtomatik keçid edərək güclü sürətlənmə və çevik burucu momenti təmin edir.