Əsas məzmuna keç (Enter düyməsini basın)
ƏLAQƏ YARADIN
MİLAN DİZAYN HƏFTƏSİ 2026

“SPACE” İMMERSİV İNSTALYASİYASININ DÜNYA PREMYERAS

Lexus Milan Dizayn Həftəsində “SPACE” immersiv instalyasiyasının dünya premyerasını təqdim edəcək.

  • “SPACE” yeni Lexus LS Concept modelindən ilhamlanan və lüks həyat tərzi kontekstində brendin “məkan” vizyonunu ifadə edən yeni immersiv instalyasiyadır.
  • Milan Dizayn Həftəsində həmçinin Discover Together 2026 layihəsi çərçivəsində  yeni yaradıcılar və Lexus-un daxili dizaynerləri arasında əməkdaşlıq nəticəsində hazırlanmış dörd yeni iş də nümayiş olunacaq.
  • Bu ilin mövzusu olan “Discover Your Space” Lexus LS Concept modelini əsas motiv kimi istifadə edən immersiv əsərlər vasitəsilə şəxsi və fərdi məkan anlayışını indiyə qədər görünməmiş şəkildə araşdırır.
  • 21–26 aprel tarixlərində Milan şəhərində yerləşən Superstudio Più məkanında ictimaiyyət qarşısında nümayiş etdiriləcək.



Lexus 2026 Milan Dizayn Həftəsində flaqman modeli Lexus LS Concept -dən ilhamlanan “SPACE” immersiv instalyasiyasının dünya premyerasını təqdim edəcək.

“SPACE”  21–26 aprel tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək beynəlxalq dizaynın aparıcı sərgisində nümayiş etdiriləcək. O, şəhərin Tortona kreativ rayonunun mərkəzində yerləşən Superstudio Più məkanında, Discover Together 2026 layihəsi çərçivəsində yeni yaradıcılar və Lexus-un daxili dizaynerləri arasında əməkdaşlıq çərçivəsində hazırlanmış dörd yeni əsərlə birlikdə təqdim olunacaq.

“SPACE” və mobilliyin yeni dövrü

Yaradıldığı gündən etibarən Lexus brendi öz yolunu seçərək ənənələrə meydan oxumuş və lüks mobilliyin prinsiplərini yenidən müəyyən etmişdir. İnnovativ yanaşmanı rəhbər tutaraq şirkət daha yaxşı məhsul və xidmətlər yaratmaq, müştəriləri üçün yeni təcrübələr formalaşdırmaq məqsədilə daim sərhədləri genişləndirməyə davam edir. 

“SPACE” Lexus-un gözləntiləri aşmaq istiqamətindəki davamlı axtarışından formalaşmış layihədir və müasir lüks həyat tərzi kontekstində “məkan” anlayışını araşdırmaq üçün Lexus LS Concept modelini əsas kimi götürür.

Bu gün avtomobil sənayesi avtomobilin ənənəvi anlayışından mobilliyin yeni dövrünə doğru transformasiya olunur. Bu gələcək daha sərbəst hərəkətliliyi və daha zəngin həyat tərzini vəd edir. İş, şəxsi həyat və hərəkət  bir-biri ilə getdikcə daha sıx və fasiləsiz şəkildə bağlanır və insanlara daha autentik və daha dolğun həyat tərzini seçmək imkanı yaradır.

Belə bir gələcəkdə mobillik sadəcə bir yerdən digər yerə daşınma anlayışından çıxaraq, məkan anlayışını yenidən ifadə edən yeni bir təcrübəyə çevrilir. “SPACE” hələ tam formalaşmamış yeni mobillik vizyonunu kəşf etmək üçün bir fürsətdir.

 

Discover Together

2025-ci ildə başladılmış Discover Together təşəbbüsü Lexus-un dəyərləri ilə səsləşən yeni yaradıcıları bir araya gətirir. Bu yaradıcılar brendin vizyonunu və fəlsəfəsini öz baxış bucaqlarından interpretasiya edərək yeni dəyərləri ifadə edən əsərlərə çevirirlər.

Lexus LS Concept modelindən ümumi motiv kimi istifadə edərək iştirakçılar Lexus ilə əməkdaşlıq çərçivəsində məkanın imkanlarını araşdıran immersiv və təcrübəyə əsaslanan əsərlər yaradıblar. Bu işlər Milan Dizayn Həftəsi 2026 çərçivəsində təqdim olunacaq.

Bu il layihənin iştirakçıları arasında Kyotaro Hayashi və Yumi Kurotani (Yaponiya), Guardini Ciuffreda Studio (İtaliya), Random Studio (Niderland)  və Lexus-un daxili dizaynerləri və Yapon sənətkarlığının ustalarını birləşdirən yaradıcı komanda (Yaponiya) olacaq. 

Rəsmi veb-sayt https://discoverlexus.com/stories/discover-together


Sərgi haqqında məlumat

 

 Tarixlər

 KİV günü: Bazar ertəsi günü, 20 aprel

 Açılış mərasimi: Çərşənbə axşamı, 21 aprel -  Bazar günü, 26 aprel

 Məkanlar

 Superstudio Più Daylight (Superstudio Più), Via Tortona 27, 20144 Milan, İtaliya  

 Eksponatlar  

 “SPACE” instalyasiyası

 Discover Together 2026 çərçivəsində dörd əsəri təqdim edənlər:

    1. Kyotaro Hayashi & Yumi Kurotani (Yaponiya)

    2. Guardini Ciuffreda Studio (İtaliya)

    3. Random Studio (Niderland)

    4 Lexus-un daxili dizaynerləri (Yaponiya)

 Təşkilatçı

  Lexus International

Discover Together layihəsinin yaradıcılarının profilləri

Kyotaro Hayashi və Yumi Kurotani

Kinorejissor Kyotaro Hayashi və bədii rəhbər Yumi Kurotani işıq və səs, məkan və təsvir, həmçinin fiziki materiallara xas olan fərqli teksturaları araşdıran yaradıcı cütlükdür. Müxtəlif elementləri incə şəkildə birləşdirərək, onlar gözəllik və insan duyarlılığı üzərində qurulan təcrübələr yaratmağa çalışırlar.

Kyotaro Hayashi Tama İncəsənət Universitetini bitirmiş kinorejissor və fotoqrafdır və karyerasını DRAWING AND MANUAL şirkətində qurmuşdur. Onun işi Venesiya Biennalesində Xüsusi Mükafat və iF DESIGN AWARD Gold mükafatı daxil olmaqla həm Yaponiyada, həm də beynəlxalq səviyyədə çoxsaylı mükafatlara layiq görülüb. Hazırda o, Tama İncəsənət Universitetində yarımştat işləyən mühazirəçi kimi fəaliyyət göstərir. Yumi Kurotani bədii rəhbər, fotoqraf və keramika rəssamı kimi çalışır. O, Tama İncəsənət Universitetinin Ətraf Mühitin Dizaynı fakültəsini bitirib və Finlandiyanın Aalto Universitetində təhsil alaraq Nordic dizayn fəlsəfəsi ilə tanış olub. Universiteti bitirdikdən sonra Shiseido şirkətinin Kreativ bölməsində fəaliyyətə başlayıb və 2023-cü ildə müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb. O, Japan Spatial Design Awards-da Qızıl mükafat, FRAME Awards 2020 Window Display of the Year Grand Prix müsabiqəsində finalist və ACC Gold Award mükafatı da daxil olmaqla bir sıra mükafatlara layiq görülüb.

Onların birgə işi işığı emosiyaları oyadan bir dilə çevirir, məkan qatlarını isə insan yaddaşına müraciət edən hekayələrə yüksəldir. Onların əsərləri yalnız sakit müşahidə üçün nəzərdə tutulmuş obyektlər deyil; əksinə, hissləri daha da kəskinləşdirərək ziyarətçiləri təcrübənin dərinliyinə qərq olmağa dəvət edən immersiv instalyasiyalar kimi yaradılır. Düşünülmüş dizaynı intuitiv estetika ilə birləşdirərək, onlar tamaşaçılarda dərin heyranlıq hissi və unudulmaz təəssürat yaradan təcrübələr yaratmağa davam edirlər.

https://www.kyotaro.org

https://www.yumikurotani.com

Gaurdini Ciuffreda Studio

Guardini Ciuffreda Studio yeni yaranan dizaynerlərlə əməkdaşlıq əsasında formalaşmış bir komandadır. Studiyanın əsasını dizayner Tiziano Guardini və memar Luigi Ciuffreda təşkil edir; komandanın üzvləri arasında həmçinin Ananya Jain (memarlıq), Giulia Giavatto (interyer dizaynı) və Riccardo Stufano (vizual dizayn) var.

Studiyanın fəlsəfəsi dayanıqlılıq, materialdan ağıllı istifadə və təbii sistemlər üzərində qurulub. Bu yanaşma üzvi formalar, toxunula bilən səthlər və təbiətdən ilhamlanan estetika ilə xarakterizə olunan dizayn dili vasitəsilə ifadə olunur. Studiya özündə moda, memarlıq, interyer və vizual dizaynı birləşdirir,  moda və məkanı araşdırmaya əsaslanan yaradıcılıq fəaliyyətinin mərkəzinə yerləşdirir və bununla məkan və material arasındakı sərhədləri aradan qaldırmağa çalışır. Burada material dilə çevrilir, forma isə hekayəyə. Studiyanın işi təəccüb və maraq oyadan, yalnız müşahidə edilmək üçün deyil, həm də fiziki və emosional olaraq hiss olunmaq üçün nəzərdə tutulmuş təcrübi instalyasiyalar kimi təqdim edilir.

 

https://guardiniciuffredastudio.it/

Random Studio

Random Studio Amsterdam və Paris şəhərlərində yerləşən  məkan həllərini dizayn edən müstəqil studiyadır. Studiyanın fəaliyyəti insanlarda təəccüb oyadan və qarşılıqlı əlaqəni təşviq edən innovativ məkanlar yaratmaq üzərində qurulub. 

Yaradıcı strategiya, təcrübə dizaynı, məkan dizaynı və interaktiv texnologiyalar üzrə ixtisaslaşan studiya layihələri multidissiplinar komanda vasitəsilə həyata keçirir. Onlar sərgi məkanları, pərakəndə satış təcrübələri və tətbiqi innovasiya proqramları daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıqlar həyata keçirirlər. 

Fərqli sahələri birləşdirməyin və innovasiyanı dəstəkləməyin yeni yollarını daim araşdıran studiya ideyaları insanların daxil olub yaşaya biləcəyi və yadda saxlayacağı mühitlərə çevirən layihələr yaradır.

 

www.random.studio

Lexus-un daxili dizaynerləri

Bu əməkdaşlıq komandasında Lexus-un daxili dizaynerləri Yapon sənətkarlığının ustaları ilə birləşərək orijinal yapon incəsənəti yaratmaq çağırışını qəbul edirlər.

Onların təcrübəsi zəngin və müxtəlif bacarıq və yaradıcılıq sahələrini əhatə edir: Shikan Tategu Kogei şirkətinin Kumiko sənətkarlığı Mie-də Suzuka dağlarının ətəklərində üç nəsil ərzində qorunaraq daim təkmilləşdirilən ənənədir; Inagaki Sekizai-ten tərəfindən işlənən daş sənətkarlığı  bir əsrdən artıq müddətdə daşın gözəlliyi və potensialını araşdıran ənənədir; Tendo Mokko şirkətinin bükülmüş ağac (bentwood) ənənəsi və innovasiyası qəliblənmiş faner vasitəsilə ağacın yeni imkanlarını ortaya çıxaran yanaşmadır; və yüksək səviyyəli sənətkarlıq bacarıqları uzun illərdir Toyota-nın avtomobil istehsalını dəstəkləyən  WorldSkills olimpiadasının çempionunu olan taxta model ustasının əl işi. Lexus-un yaradıcı baxışı sayəsində bu elementlər bir araya gətirilərək zamana tabe  olmayan bir incəsənət forması kimi təqdim olunur.

 

Shingo Yamashita, LEXUS taxta model istehsalçısı: https://toyotatimes.jp/series/masters/049.html

Yuji Kuroda, Shikan Tategu Kogei Co. Ltd.: https://www.sashikan.com/ 

Ryota Inagaki, Inagaki Sekizai-ten Co. Ltd.: https://inase-utsuwa.com/ 

Kazuhiro Nakata, Tendo Mokko Co. Ltd.: https://www.tendo-mokko.co.jp/