1. Discover Lexus
  2. Design
  3. Lda 2020 virtual grand prix
ƏLAQƏ YARADIN

LÜKS BREND BU PLATFORMADA GƏLƏCƏK NƏSİL YARADICILARINI DƏSTƏKLƏYƏCƏK

TOKYO, Yaponiya (30 iyun, 2020) – Bu gün Lexus elan etdi ki, lüks brend Lexus Dizayn Mükafatı 2020 üçün Qran-Pri mükafatlandırmasını avqustda virtual mühitə uyğunlaşdıracaq və Qran-Pri qalibi 1 sentyabrda elan ediləcək. "Biz bu il heç vaxt qarşılaşmadığımız çətinliklərlə üz-üzəyik, lakin Lexus diqqətini karyeraları üçün yeni balanğıc platforma ilə gələcəyin yaradıcılarını dəstəkləmək ilə bağlı Mükafatın əsl missiyasına yönəldib" deyə Lexus International-da Qlobal Marketinq və PR üzrə Baş Menecer Brayn Boleyn bildirib.

Lexus Dizayn Mükafatı üçün rekord olan 79 ölkədən 2042 müraciət arasından yalnız bir Qran-Pri qalibi seçiləcək. Virtual Qran-Pri Seçimi altı finalçını Paola Antonelli, Janna Qanq, Con Maeda və Simon Humfraysdan ibarət dəyərli münsiflər paneli ilə əlaqələndirəcək. Qran-Pri qalibi üzrə münsiflərin qərarı daha yaxşı gələcək vəd edən dizaynı vurğulayaraq, Lexus brendinin "Proqnozlaşdır, İnnovasiya Et və Valeh Et" kimi üç əsas prinsipinə əsaslanacaq.

"Mükəmməl dizaynerlər çətin vəziyyətlərdə inkişaf edir və ayrı-ayrı şəxslərə və cəmiyyətə gözlənilməz dəyişikliyin öhdəsindən gəlməkdə kömək edir" deyə Paola Antonelli bildirib. "Bu ilin finalçıları çətin şərtlərə baxmayaraq öz işlərinə davam etməklə artıq birinci mühüm sınaqdan keçib. Onlarla şəxsən görüşə bilməsək də, onların eksperimentləri və virtual Qran-Pri Seçiminə gətirəcəyi yeni fikirləri səbrsizliklə gözləyəcəyik."

Yanvarda altı finalçı Nyu-Yorkda mühüm seminar təcrübəsində iştirak etdi. Seminar finalçıları dörd məşhur mentor ilə görüşdürdü: Cou Douset, Betan Qrey, Flip Malouin və Şohey Şiqematsu, onların hər biri öz fərqli müdrikliyi və təcrübəsini paylaşdı. Brendin unikal həyat tərzi məkanı INTERSECT BY LEXUS-NYC seminarın görüş məkanı kimi xidmət göstərdi. İrəlidəki aylarda finalçılar son dəyərləndirmə prosesi üçün işlərini hazırlamaqda kreativ təkamüllərinə stimul verməyə davam etmək üçün birbaşa onlayn mentorluq sessiyaları vasitəsilə mentorlarının yönləndirmə və dəstəyindən faydalanıb. Dörd Mentor, həmçinin Qran-Pri seçiminə qoşulacaq.

LEXUS DİZAYN MÜKAFATI 2020 FİNALÇILARI

  • Suzerlin Santo tərəfindən "Biocraft" (ABŞ)
  • Teofil Peju və Salvator Sisero tərəfindən "Feltscape" (Fransa, İtaliya, Birləşmiş Krallıqda yerləşir)
  • Yakun Vu tərəfindən "Flash Pak" (Çin/ABŞ-da yerləşir)
  • İrina Samoylova tərəfindən "L.I.C.K" (Rusiya)
  • Bell Tauer tərəfindən "Açıq Mənbəli İcmalar" (Kenya)
  • Aqsa Acmal tərəfindən "Pursewit" (Pakistan)

Hideki Yoşimoto tərəfindən dizayn edilmiş Qran-Pri mükafatı sentyabrda bu ilin Qran-Pri qalibi elan edilən zaman açıqlanacaq. Yoşimoto 2013-cü ildə ilk Lexus Dizayn Mükafatının qalibi olub və çoxlu sayda qlobal brendlər ilə işləyərək Londonda uğurlu dizaynerə çevrilib. Mükafat dizaynı onun mühəndislik tarixçəsinə əlavə ediləcək və Yapon takumi ustalığına sadiqliyi kimi qiymətləndiriləcək və bütün gələcək Lexus Dizayn Mükafatı tədbirlərində istifadə ediləcək.

Lexus Dizayn Mükafatı 2021 üçün Müraciətlərin Qəbulu bu gün başlayır və oktyabrın 11-də bağlanacaq. Münsiflər və Mentorlar bu payız elan ediləcək.