1. New Cars
  2. RX
  3. Stay Ahead Film
ƏLAQƏ YARADIN
TAM YENİ LEXUS RX

“HƏR ZAMAN ÖNDƏ” FİLMİ

“Hər Zaman Öndə” filmində tam Yeni RX-in indiyədək görülməmiş sürmə səviyyəsini necə nümayiş etdirdiyini kəşf edin. Elektrikli RX-in əsas xüsusiyyət və texnologiyalarının sürücünün təqibdən qurtulmasındakı önəmini aşkar edin.

XÜSUSİ PERFORMANS

DRIVE MODE SELECT

RX-in sürmə rejimlərini seçmə düyməsi idarəetməni sürücünün əlinə verir.  “Normal” rejimi səssizlik, dinamika və yanacağa qənaəti ideal şəkildə uyğunlaşdırarkən, “Eco” rejimi daha effektiv sürmə üçün qaz pedalının həssaslığını və mühərrikin reaksiyasını azaldır, temperaturu idarə etməyə imkan verir.  Öz növbəsində, “Sport” rejimi isə güc qurğusunun imkanlarını artırır, manevretmə qabiliyyətini və sürətlənmə sayəsində daha məharətli idarəetməni təmin edir. 
ƏTRAFDA BAŞ VERƏNLƏRƏ FƏRQLİ BAXIŞ

RƏQƏMSAL ARXA GÖRÜNÜŞ GÜZGÜSÜ

Kor nöqtələri azaldan və arxada oturan sərnişinlər, baqaj və hava şəraitlərindən asılı olmayaraq, görmə sahəsini yaxşılaşdıran rəqəmsal arxa görünüş güzgüsü sayəsində sürücü əvvəllər çətinliklə gördüyü və ya görə bilmədiyi yerləri asanlıqla görə biləcək.  RX-in bu, həqiqətən, sürücüyönümlü xüsusiyyət daşıyan güzgüsü, daha incə haşiyəyə malikdir və avtomobilin arxasında yerləşən iki xarici kameranın görüntüsünü əks etdirir. 
YENİ KOMPLEKTASİYA

F SPORT PERFORMANSI

Valehedici dizayn və elektrifikasiyası sayəsində, “RX500h F SPORT Performance Hybrid” avtomobili RX-in təbii idman üslubuna yeni görünüş verir. Zərif qara qapı aynalarının arxasında cazibədar “F Alüminium” bəzəkli təbəqələr və oturacaqların yarış avtomobili üslublu yan dəstəklərinin zamşa örtüyü idman üslubunu daha parlaq nəzərə çarpdırır.  Elektrikləşdirilmiş unikal güc qurğusunun təmin etdiyi 371 at gücünün verdiyi keyfdən həzz alın.

Yüksək məhsuldarlığa və elektrik göstəricilərinə malik bu gözqamaşdırıcı yeni “RX 500h Performance Hybrid” Lexus-un ilk turboşarjlı hibrididir. 2,4 litrlik turbomühərrik ve 6-sürətli avtomatik transmissiyadan ibarət tam yeni hibrid arxitekturasının təmin etdiyi 371 DIN a.g. (273 kVt) ilə 6,2 saniyə ərzində 0- 62 m.a.g.-a (0-100 km/saat)  çataraq başgicəlləndirici performans nümayiş etdirir.

DİNAMİK 4X4

DIRECT4 TEXNOLOGİYASI

İdarəetmənin rahatlığını gücün verdiyi müqayisəolunmaz həyəcanla birləşdirən “DIRECT4” texnologiyası Lexus-un yeni eksklüziv həllidir. Bu sistem dörd təkəri də ayrıca idarə edə bildiyinə görə sürücünün hərəkətlərini yüksək həssaslıqla tanıyır və gücü sürmə şəraitlərinə uyğun ardıcıl olaraq paylayır. Avtomobil sürücünün sürmə tərzini müəyyən edərək onun istəklərini dəqiqliklə yerinə yetirir.
İLK SİZ HİSS EDİN

SINAQ YÜRÜŞÜNÜ PLANLAŞDIRIN

DAHA SIX ƏLAQƏ

LEXUS-un SÜRMƏ İMZASI

Lexus-un qüsursuz sürmə imzasını təcəssüm etdirən tam yeni RX avtomobil və sürücü arasındakı əlaqəni daha da gücləndirir. Təkmilləşdirilmiş reaksiya həssaslığı və optimallaşdırılmış ban möhkəmliyi tam yeni RX-in sürücüsünə hər zaman əminlik, rahatlıq və həzz bəxş etmək üçün daha dəqiq idarəetməni komfortlu səssizlik ilə eyni zamanda təmin edir.
NÖVBƏTİ NƏSİL TEXNOLOGİYASI

MULTİMEDİA VƏ QOŞULMA

Təkmilləşdirilmiş audio, naviqasiya və onlayn sistemlərin yaratdığı rahat və dəbdəbəli ab-havaya qərq olun. Rahatlığın timsalı olan 14 düymlük sensorlu ekran yolda baş verənlərə dair ən son məlumatları ekrandan izləməyə, premium sinif komplektasiyalarda təqdim olunan 21 dinamikli “Mark Levinson Premium Surround” audiosistemi isə üstün səs keyfiyyətini təmin edir. “Lexus Link” tətbiqindən istifadə etməklə  batareyanın vəziyyətini və onu nə vaxt şarj etməli olduğunuzu öyrənməyə zaman və diqqət ayırmanıza ehtiyac yoxdur.
SÜRÜCÜNÜ DÜŞÜNƏRƏK YARADILMIŞ İNTERYER

TAZUNA KOKPİTİ

Yapon dilində “at cilovu” mənasını daşıyan “Tazuna” sözü, RX-in interyerinin intuitiv və fərdiləşdirilmiş xarakter daşıdığını ifadə edir.  “Tazuna” kokpiti sürücünü düşünərək yaradılmış xüsusiyyətlərlə təchiz edilmişdir. Bu xüsusiyyətlərə sürücünün fikrini minimum dərəcədə yayındıran və diqqətini maksimum dərəcədə yolda saxlamağa imkan verən şəkildə mükəmməl yerləşdirilmiş 14 düym ölçülü sensorlu ekran daxildir.  Sürücünün istifadəsinə verilən 64 çalarlı salon işıqlandırması ən mürəkkəb zövqü qane edir.
ÖNCÜL ELEKTRİFİKASİYA HƏLLƏRİ

HİBRİD TEXNOLOGİYA

Yüksək rahatlığı təmin edən 2,4 litrlik özüşarj olan hibrid mühərrik hərəkət zamanı akkumulyator batareyasını şarj edir. “Plug-In Hybrid” güc qurğusu avtomobilin məhsuldarlığını bir addım önə daşıyaraq qarışıq dövrdə 65 km-ədək məsafəni şarjla qət edir.  Bundan əlavə, “Performance Hybrid” versiyası turbomühərrikli ilk hibrid olaraq gücün və dinamikliyin irəli səviyyəsidir.