1. New Cars
  2. LM World Premiere
ƏLAQƏ YARADIN
FƏRDİLƏŞDİRİLMİŞ LÜKS

TAM YENİ "LEXUS LM"

“Luxury Mover” (LM) - "Lexus"un “yeni dövrünün” tam yeni NX, RX və tam elektrikli RZ SUV-lərindən sonra dördüncü modelidir. LM, yeni platformalar, yeni güc qurğuları və innovativ texnologiyaların bir-biri ilə birləşdiyi tam yenilənmiş qabaqcıl məhsul cərgəsinin ən sonuncusudur.

TAM YENİ "LEXUS LM"

FƏRDİLƏŞDİRİLMİŞ LÜKS

"Lexus"un məqsədi bazarda heç bir avtomobilin sahib olmadığı qonaq otağı rahatlığını və mobil ofis imkanlarını özündə birləşdirən birinci sinif interyerin yaradılmasıdır.  Bu avtomobilin salonunda sərnişinlər özlərini evdəki kimi hiss edəcək və əldə etdikləri rahatlıqdan keyf ala biləcəklər. 

UNİKAL FƏRQLİLİK

HƏR ANLAMDA QÜSURSUZ ÜSTÜNLÜK

LM konsepsiyasını yaradan zaman "Lexus" tərəfindən özəl təyyarə  istehsalçıları və son dərəcə imkanlı müştərilərin iştirakı ilə geniş araşdırma keçirmişdir.  Əldə edilmiş nəticələr müştərilərin ən yüksək dəbdəbə standartının həm fiziki, həm də mənəvi istirahət edə biləcəkləri mühitin  olduğunu göstərdi. Bu xüsusiyyət hətta qabaqcıl texnologiyalar və funksiyalardan daha üstün tutulur. 

"Lexus" şirkəti əldə etdiyi bu bilgini sərnişinlərin özlərini tamamilə rahatlamış hiss etdikləri, onları yoracaq amillərin olmadığı , fərdiləşdirilmiş komfortdan həzz ala biləcəkləri avtomobilin yaradılması üçün istifadə etmişdir.  Bu, "Lexus"un “Omotenaşi” adlanan və sərnişinlərin sanki sizin evinizə gəldikləri zaman onlara göstərdiyiniz diqqət və qayğını hiss etdirə bildiyiniz qonaqpərvərlik fəlsəfəsidir. 

QÜSURSUZ QONAQPƏRVƏRLİK

HƏR BİR DETALI DÜŞÜNÜLMÜŞDÜR

"Lexus"un bütün yeni modellərində olduğu kimi, LM modelinin də yaradılması zamanı insan ehtiyacları diqqət mərkəzində saxlanılmışdır.  

Burada sərnişinlərin rahatlığı və özlərini yaxşı hiss etmələrinə verilmiş önəm "Lexus"un “Omotenaşi” qonaqpərvərlik fəlsəfəsini ən yüksək səviyyədə nümayiş etdirmişdir.  Avtomobilin hər bir detalı həm istirahət edərkən, həm də işləyərkən sərnişinlərə ev rahatlığını hiss etməyə imkan verir.  Oturacaqlar mükəmməl dəstək və rahatlıq üçün nəzərdə tutulub; salondakı temperatur, havanın keyfiyyəti və işıqlandırma səviyyəsi son dərəcə dəqiqliklə idarə olunur; 48 düymlük geniş HD ekranın və xüsusilə yaradılmış "Mark Levinson 3D Surround" audiosistemin də daxil olduğu qoşulma texnologiyaları və əyləncə sistemi sadə və intuitiv istifadəni təmin edir. 

YENİ HİSSLƏR

"LEXUS"A XAS OLAN RAHAT VƏ SAKİT SÜRÜŞ

"Lexus" balanslaşdırılması çətin olan sürmə həzzini və gediş rahatlığını LM modelində birləşdirməyə çalışmışdır.  Bunun üçün GA-K platformasının keyfiyyət üstünlüklərindən, yüksək kuzov möhkəmliyindən, eləcə də intiqal, əyləc və asqı texnologiyalarından istifadə edərək gediş rahatlığının qorunması ilə eyni zamanda, yaxşı dinamika təmin edilmişdir.
TAM YENİ LM

7 YERLİ

Yeddiyerli modeldə orta sırada VIP oturacaqlarda geniş yer və funksiyalara  çıxış ön plandadır, əlavə üçüncü sırada isə açılıb-bağlanan, daha geniş yük yerinə ehtiyac olduqda isə tamamilə qatlanıb yığılan  üç yer var. 
TAM YENİ LM

4 YERLİ

Çoxfunksiyalı iki arxa oturacaq və hər səfəri son dərəcə rahat və əyləncəli edən zəngin funksiyalara malik bu dördyerli model dəbdəbənin zirvəsidir.  Salonun ön və arxa hissələri arasındakı arakəsmə, 48 düymlük geniş ekran və məxfiliyi qorumaq üçün tündləşdirilə bilən şüşə panel bu dəbdəbənin bir parçasıdır.  Sifariş əsasında xüsusilə yaradılmış "Mark Levinson 3D Surround Sound"  səs sisteminə 23 dinamik daxildir, salonun rahatlığı isə isitmə və ventilyasiyanı dəqiq idarə etmək və istiqamətləndirmək üçün termosensorlardan istifadə edən təkmilləşdirilmiş "Lexus Climate Concierge"  sistemi ilə daha da gücləndirilir. 
İNTERYER

ÇOXFUNKSİYALI SMARTFON TİPLİ PANEL

Salonda mövcud olan çoxsaylı xüsusiyyətlər və funksiyaların sürətli və intuitiv tənzimlənməsi smartfonaoxşar kontroller vasitəsilə idarə olunur.  Kontroller audiosistemi, “klimat kontrol” parametrlərini, oturacağın funksiyalarını, daxili işıqlandırmanı və pəncərələrdəki pərdələri idarə etməyə imkan verir. 

Yeni LM, həmçinin dünyada ilk modeldir ki, arxa sıradakı sərnişinlərin komandalarına reaksiya verən səstanıma funksiyası ilə təchiz edilib. 

İNTERYER

"MARK LEVINSON® 3D SURROUND SOUND" ETALON SƏS SİSTEMİ

Salonun arxa hissəsində qapı düymələrinin, kiçik əşyalar üçün saxlama yerinin və temperatura nəzarət sensorlarının yerləşdiyi zərif üst konsol yerləşir.  Ortada yerləşdiyinə görə daxili hündürlüyü maksimum qorumağa imkan verir. 
İNTERYER

48 DÜYMLÜK GENİŞ EKRANLI MONİTOR

Dördyerli modeldə salon arakəsmənin aşağı hissəsində görünməni təmin etmək üçün optimal bucaq altında yerləşdirilmiş 48 düymlük geniş ekranlı HD monitor var.  Üç ekran rejimi mövcuddur: tam, kinoteatr, eləcə də fərqli kontenti göstərmək üçün sağ və sol olmaqla iki hissəyə bölünmüş ekran (ayrıca sol/sağ kulaqlılarla).

İstifadəçilər baxdıqları kontenti smartfon və ya da birbaşa olaraq ekrana ötürə bilər və ya iki HDMİ portu vasitəsilə ekrana qoşula bilərlər.  Bu sistemdən əyləncə və ya onlayn biznes görüşlər üçün istifadə oluna bilər. 

Yeddiyerli modeldə on konsoldam müstəqil olaraq işləyə bilən 14 düymlük arxa multimediya displeyi mövcuddur. 

İNTERYER

ƏLAVƏ FUNKSİYALARA MALİK "LEXUS CLIMATE CONCIERGE"

"Lexus", yeni LM modeli üçün “Climate Concierge” sistemini hazırlamışdır. Bu sistemin xüsusiyyətləri və funksiyaları kondisionerin imkanlarından kənara çıxaraq salonun digər aspektlərini əhatə edir.  Təqdim olunan xüsusiyyətləri istifadəçinin məmnuniyyətini əldə etmək üçün çalışan şəxsi “köməkçi” ilə müqayisə etmək olar. 

Kondisioner, salonun arxa hissəsinin işıqlandırılması, pərdələrin vəziyyəti və oturacaq söykənəcəklərinin maillik dərəcəsi kimi fərdi istəklər hər bir sərnişin üçün xüsusilə hazırlanmış paneldən, sadəcə bir toxunuşla idarə olunur. 

İNTERYER

ÜSTÜN DƏRƏCƏLİ “OMOTENAŞİ” TƏRCÜBƏSİ

Yeni LM modelində hər detalında fərdiləşdirilmiş lüksu, rahatlı və xoş təəssüratı hiss etdirən “Omotenaşi” fəlsəfəsinin ən yüksək səviyyəsinə nail olunub. 

Dördyerli modeldə orta arakəsmənin yuxarı hissəsi arxa sırada oturan sərnişinlərə yolu görmək imkanı verən şəffaf şüşədən hazırlanıb.  Məxfilik məqsədləri üçün bu hissə bir toxunuşla tündləşdirilə, açıla və bağlana bilər. 

Salonda tavanda və yan tərəflərdə dolayı işıqlandırma, eləcə də əlavə tavan işıqlandırıcıları mövcuddur; dördyerli modeldə bunlardan əlavə döşəmə səviyyəsində də kölgə işıqlandırması var.  Salonun daxili atmosferi beş əsas rejimi özündə əks etdirən 14 çalardan ibarət geniş rəng diapazonunun tənzimlənməsi ilə daha da gücləndirilə bilər.   Bu rejimlər: sağalma, rahatlama, oyanma, fokuslanma və canlanmadır. 

İNTERYER

XARİCİ GÖRÜNÜŞ YAXSI HİSS ETMƏNİN AÇARIDIR

Qapalı məkanda olma hissi, xüsusilə də ekrana baxarkən və ya oxuyarkən  özünüzü pis hiss etmənizə səbəb ola bilər. Bunu aradan qaldırmaq üçün "Lexus LM" modelinin pəncərələrini mümkün qədər geniş edib ki, sərnişinlər avtomobilin hər zaman necə və haraya hərəkət etdiyini hiss edə bilsinlər.  Geniş yan pəncərələrdən əlavə damda nəzərdə tutulmuş açılmayan pəncərələr və ön pəncərədən aydın görüntü  təmin edilir. 
İNTERYER

TAZUNA TİPLİ KOKPİT

“Omotenaşi” fəlsəfəsinə sadiq qalaraq LM modelinin də kokpiti "Lexus"un bütün digər yeni modellərində olduğu kimi, hər detalı nəzərə alınaraq hazırlanmışdır.  Məhz bu səbəbdən əsas idarəetmə elementlərinin, ölçü cihazlarının və məlumat mənbələrinin yerləşməsi Tazuna konsepsiyasına uyğundur və onlardan istifadə zamanı sürücünün minimal əl və ya göz hərəkətini tələb edir. Beləliklə, sürücü diqqətini yoldan ayırmalı olmur.  “Tazuna” yapon dilində atları cilovlardan çox az istifadə edərək intuitiv idarə etmək üslubunu ifadə edən sözdür. 

Kokpitin yerləşməsi "Lexus" avtomobillərinin Sürüş İmzasını daşıyır və sürücüyə avtomobil ilə əlaqəni daima qorumağa və özünü istənilən zaman özünü yaxşı hiss etməsinə kömək edir.  Sürücünün avtomobil ilə bir vahid olması üçün sükan sürücüyə yaxınlaşdırılıb və daha dik bucaq altında, pedallar və ayaq üçün dayaqların vəziyyəti isə son dərəcə dəqiq hesablanaraq yerləşdirilib. 

EKSTERYER

ZƏRİFLİK ABİDƏSİ

Yeni LM "Lexus"un “zəriflik abidəsi” temalı  “Yeni Dövr” dizaynını əks etdirir. Nəticədə ortaya unikal ve özündən əmin görünən, asan idarə oluna bilən  və yüksək manevrliliyi təmin edən model çıxdı.  Uzunluğu 5 130 mm, eni 1 890 mm ve hündürlüyü 1 945 mm təşkil edir.  Artırılmış eni, hündürlüyü və 3 000 mm.-lik təkər bazası, arxa sıradakı sərnişinlər üçün sahəni maksimum genişləndirməyə imkan vermişdir. 

Ön tərəfin cəsarətli görünüşü "Lexus"un yeni firma kimliyini yaratmaqla ənənəvi radiator qəfəsi anlayışını aradan qaldırır.  Miləoxşar forması radiator qəfəsinin  kapotun ön kənarıda qəfəsin faralarla birləşdiyi yerdə aşağı hissəsini artırmaq üçün daha da sıxılmışdır.  LM modelinin axıcı xətləri tündləşdirilmiş ön və arxa sütunlarla vurğulanır, geniş şüşə sahəsi isə açıqlıq hissini yaradır.  Böyük siyirmə qapılar sayəsində avtomobilə daxil olmaq asanlaşır. 

17 düymülk tökmə və ya 19 düymlük döymə disklərdən istifadə olunur. Yüksək keyfiyyətli “sonic” üzlükləri daxil olmaqla geniş rəng seçimi LM-in üstün səviyyəsini əks etdirir.

TƏHLÜKƏSİZLİK

SÜRÜCÜLƏR ÜÇÜN TƏHLÜKƏSİZLİK

Ən son təhlükəsizlik paketinə qəza hallarında sükan idarəetməsini dəstəkləmə funksiyasına malik toqquşmaların qarşısını alma sistemi, adaptiv kruiz kontrol, eləcə də tıxac şəraitində hərəkət zamanı proaktiv idarəetmə sistemi daxildir.  Sürücü Monitoru davamlı olaraq sürücünün vəziyyətinə nəzarət edir və reaksiya vermədiyi hallarda avtomobilin sürətini azaldır və ya avtomobili dayandırır və "e-Call" yardımçağırma sistemini  işə salır.  Arxa siyirmə qapılar da daxil olmaqla bütün qapılarda "Lexus"un arxadan yaxınlaşan nəqliyyat vasitəsi haqqında xəbərdarlıq edən və təhlükəli toqquşmanın qarşısını alan təhlükəsiz çıxış funksiyasına malik hamar “e-latch” elektron qapı açma sistemi  var. 

Simsiz texnologiyası sayəsində proqram təminatının yenilənməsi problemsiz həyata keçirilir. Bu avtomobil sahiblərinə avtomobillərini xidmət mərkəzinə aparmadan ən son yenilənmələrdən istifadə etmələrini təmin edir.

"LEXUS"UN TAM TƏHLÜKƏSİZLİK SİSTEMİ 

LM NX, RX VƏ RZ modellərində də istifadə olunan aktiv təhlükəsizlik və sürücüyə yardım funksiyaları olan son nəsil "Lexus Safety System +" sistemi ilə təchiz edilib.  Bu funksiyalar daha çox risk amillərini aşkar etməklə, zəruri hallarda xəbərdarlıq etməklə və sükan idarəetməsini, əyləcləməni və dartı gücünü dəstəkləməklə qəzaların qarşısını almağa və ya nəticələrini maksimal dərəcədə azaltmağa imkan verir.  Bu təhlükəsizlik sistemi, sürücüyə özünü təbii və rahat hiss etməsi üçün nəzərdə tutulub.  Geniş hərəkət sahəsi sükan arxasındakı yorğunluğu azaldır və sürücüyə diqqətini daha uzun müddət ərzində qorumağa kömək edir.