
LEXUS DİZAYN MÜKAFATI
LEXUS DİZAYN MÜKAFATI 2017 FİNALİSTLƏRİ ELAN EDİLDİ
Lexus International Lexus Dizayn Mükafatı 2017 müsabiqəsinin 12 finalistinin adlarını açıqlamışdır. Lexus ilk dəfə 2013-cü ildə daha yaxşı gələcəyə stimul vermək üçün yaradılmış, bütün dünyada bu günün və gələcəyin dizaynerlərini və yaradıcılarını dəstəkləyən bu beynəlxalq dizayn müsabiqəsinin 5-ci ildönümünü qeyd edir. Lexus Dizayn Mükafatı 2017 “Yet“ (Eyni zamanda) devizi altında 63 ölkədən 1,152 müraciət arasında seçim edib.
Lexus yeniliyinin fəlsəfi ruhu olan “YET” (EYNİ ZAMANDA) Lexus tədbirinin 5-ci ildönümü üçün son dərəcədə uyğundur. İlk baxışdan bir-birinə zidd olan hədəfləri - məsələn, geniş, eyni zamanda aerodinamik dizaynı - bir araya gətirərək “Yet” (Eyni zamanda) bizi sinerji effektlərini aşkarlamağa ilhamlandırır. Bir-birinə zidd olan elementlər arasında harmoniya yaradan “Yet” (Eyni zamanda), dünyaya valehedici yeniliklər gətirmək üçün qabaqcıl dizayn və texnologiyanın təxəyyülü sərhədlərini açır.
2016-cı ilin noyabr ayında dünyaca məşhur dizayner və yaradıcı məsləhətçilərdən ibarət qrup müraciətləri qiymətləndirmək üçün bir araya toplanıb. Dəqiq qiymətləndirmə və geniş müzakirələrdən sonra münsiflər 12 finalist seçib.
Həmin 12 finalistdən aşağıda adları sadalanan dörd nəfər dünya miqyasında tanınan yaradıcıların mentorluğu altında dizaynlarının prototipini hazırlamaq üçün seçilib.

Heç nəyi olmayan, eyni zamanda hər şeyə sahib olan. Ahran Von (Koreya) Mobil mövcudluq üçün kapsul, heç nəyi olmayan, EYNİ ZAMANDA Hər şeyi olan.

PİKSEL Hiroto Yoşizoe (Yaponiya) İşığın, EYNİ ZAMANDA Kölgənin mövcudluğuna əmin olmaq üçün struktur.

İfaçının Fleytası, Cia Vu (Çin) Tərəvəz, EYNİ ZAMANDA Musiqi aləti olan bu cihaz əyləncə və tədris təmin edir.

Strukturlu Rəng- Sabit, Eyni Zamanda Dəyişkən, Cessika Füqler (ABŞ) Baxış aspektindən asılı olaraq, Sabit EYNİ ZAMANDA Dəyişkən struktur

Görmə Qabiliyyətini İtirmiş Şəxslər üçün Batmayan Ölçü Qaşığı, Euncin Park (Koreya) Görmə qabiliyyətini itirmiş şəxslər üçün Görünməyən EYNİ ZAMANDA Vizual taktiki kalibrasiyalar ilə ölçü qaşığı.

Kağız Mənzərəsi, Kuniko Maeda (Yaponiya) Ənənəvi və müasir texnologiyadan istifadə edərək atılan EYNİ ZAMANDA Yenidən İstifadə Edilən material.

Nadir Elementlər üçün Kütləvi İstehsal, Qrupun adı: TAKEHANAKE-Bunqoroqama (Yaponiya) Portativ sobadan istifadə edərək Kütləvi şəkildə istehsal edilən, EYNİ ZAMANDA Bir növlü keramik əşyalar.

Kağız Çaydan, Ryo Katayama (Yaponiya) Alışan, EYNİ ZAMANDA Yanğına Qarşı Müqavimətli kağız çaydan.

Platanasiya, Paula Semeno (Peru) Banan ağacının yarpağından hazırlanan Sintetik, EYNİ ZAMANDA Bioloji hissələrə ayrılan və sakitləşdirici sarğılar.

POD: Evsiz, EYNİ ZAMANDA Evi olan, Qrupun Adı: MOD laboratoriya (ABŞ) Məcburi köçürülmüş əhali üçün müvəqqəti sığınacaq. Evsiz, EYNİ ZAMANDA evi olan.

RETROSPEKSİYA LAYİHƏSİ / VAXT SAZLAYAN RADİO Takuro Sanda (Yaponiya) Yüksək texnologiyalı, EYNİ ZAMANDA keçmişdən və indidən proqramları sazlayan Retro radio.

İşıqfor Sistemi, Yevgeni Arinin (Rusiya) Sadə, EYNİ ZAMANDA Mürəkkəb işıqfor.
Yuxarıda adları sadalanan dörd finalistə yaradıcılıq baxımından rəhbərlik etmək üçün Lexus Dizayn Mükafatı 2017 dörd məşhur mentor təyin edib: Neri & Hu şirkətinin memar və dizaynerləri, dizayner Max Lamb, dizayner/memar Yelena Manferdini və Snarkitecture şirkətinin rəssam/memarı. Onlar ötən ilki finalistlərə də mentorluq xidməti göstəriblər.
Tamamlanmış dörd prototip bu ilki Milan Dizayn Həftəsi ərzində digər səkkiz finalistin dizaynlarının panel təqdimatları ilə yanaşı Lexus sərgisində nümayiş olunacaq. Tədbir 3-9 aprel tarixlərində keçiriləcək (mətbuat və mükafatın təqdim edildiyi gün). Aprelin 3-ü finalistlər dizaynlarını münsiflər, eləcə də beynəlxalq mediaya təqdim edəcəklər. Münsiflər dörd prototipi qiymətləndirəcək və Lexus Dizayn Mükafatı 2017 tədbirinin kulminasiya anında Qran-Pri qalibinin adını açıqlayacaq
Daha ətraflı məlumat və şəkillər üçün
Lexus Dizayn Mükafatının veb-saytına baxa bilərsiniz. Lexus Dİzayn Mükafati
Instagram: @lexusdesignaward
Rəsmi heşteqlər: #LexusDesignAward; #MilanDesignWeek;