1. Discover Lexus
  2. Design
  3. Lexus design awards
  4. lda judges
ƏLAQƏ YARADIN
LEXUS DİZAYN MÜKAFATI

LEXUS DİZAYN MÜKAFATININ MÜNSİFLƏRİ 2017

PAOLA ANTONELLİ - Kurator

 

Antonelli 1994-cü ildə Müasir İncəsənət Мuzeynin üzvüdür və Memarlıq və Dizayn şöbəsində Baş Kurator, həmçinin MİM-nin Tədqiqat və İnkişaf şöbəsinin direktorudur. O, TED, Davosda Dünya İqtisadi Forumunda və bir sıra digər beynəlxalq konfranslarda mühazirələr vermişdir. Onun əsas məqsədi dizaynın müsbət təsiri dünyada tam qəbul edildiyi və aşkara çıxarıldığı müddətcə dizayn anlayışını təbliğ etməkdir. Hal-hazırda o, müasir dizayn haqqında bir sıra nümayişlər və bu gün mövcud olan dizayn sahələrinin müxtəlifliyi haqqında kitab - Dizayn Halları - üzərində işləyir.

ARİK ÇEN - Kurator

 

Arik Çen Honkonqun Qərbi Koulun Mədəni Rayonunda tikilməkdə olan M+, vizual mədəniyyət üçün yeni muzeydə Memarlıq və Dizayn üzrə Baş Kuratordur. Daha əvvəl o, Pekin Dizayn Həftəsinin Yaradıcı Direktoru kimi xidmət göstərmişdir, bundan sonra 2011 və 2012-ci ildə həmin tədbirin yenidən uğurla açılmasına rəhbərlik etmişdir. Çen beynəlxalq miqyasda muzeylər, iki illik tədbirlər və digər tədbirlərdə çoxsaylı sərgi və layihələri təşkil etmiş və onlara nəzarət etmişdir və o cümlədən, "The New York Times", "Monocle", "Architectural Record" və "PIN-UP" jurnallarına tez-tez töhfələr vermişdir.

TOYO ITO - Memar

 

Ito 1965-ci ildə Tokyo Universitetinin Memarlıq kafedrasından məzun olmuşdur. Görkəmli işlərinə daxildir: Senday Mediatheke, Tama İncəsənət Universiteti Kitabxanasında (Xatiodzi), Tayvan Universiteti, Sosial Elmlər (Tayvan ÇXR) Kolleci,‘Minna no Mori' Gifu Media Cosmos və s. Hazırda davam edən layihələrə daxildir: Milli Tayçunq Teatrı (Tayvan ÇXR), Aomori Prefektural İdman Parkı Atlet Sahəsi və bir neçə digərləri. Layiq görüldüyü bir sıra mükafatlar arasında Yaponiya Memarlıq Universitetinin Mükafatı, Venesiya Biennalidə keçirilən “Golden Lion” mükafatı, Britaniya Krallıq Universitetinin Memarlarının “Royal Gold Medal” və Pritzker Memarlıq Mükafatı var.

BİRCİT LOHMAN - Designboom jurnalının Baş Redaktoru

 

Hamburqda dünyaya göz açan Lohman Florensiyada sənayə dizaynı sahəsində təhsil almış, daha sonra 1987-ci ildə Milana köçərək burada həmişəlik yaşamış və fəaliyyət göstərmişdir. O, dizayner qismində və bir sıra İtalyan memarlarının və usta dizaynerlərin yanında məhsulun hazırlanması üzrə menecer vəzifəsində çalışmışdır. O, həmçinin ədliyyə şöbələri və beynəlxalq hərrac evləri üçün dizayner- tarixçi kimi çalışmışdır. Bir tədqiqatçı və mühazirəçi kimi, o, bir sıra nüfuzlu beynəlxalq universitetlərdə sənaye dizaynı üzrə seminarlar keçirmişdir. 1999-ci ildə təsis etdiyi Designboom-da hazırda Baş Redaktor, Təhsil Proqramlaşdırması üzrə Rəhbər və Beynəlxalq Sərgilər üçün Kurator vəzifəsində çalışır.

ALİSA ROUSTORN - Dizatn Şərhçisi

 

Alisa Roustom "International New York Times" və "Frieze"-da dizayn barədə məqalələr yazır. Onun sonuncu kitabı "Salam Dünya" (Hello World): "Dizaynın Həyat ilə Qarşılaşdığı Yer" dizaynın həyatımızdakı rolunu araşdırır: keçmiş, indi və gələcək. O, qlobal dizayn tədbirlərində, o cümlədən TED və İsveçrədə Davosda Dünya İqtisadi Forumunun illik görüşlərində dizayn barədə mühazirələr verir. Londondan olan Alisa "Chisenhale" Qalereyasının mülkiyyətçilər şurasının və müasir rəqs qrupu Michael Clark Şirkətinin və "Whitechapel" Qalereyasının sədridir. O, dizayn və incəsənət sahəsində göstərdiyi xidmətlərə görə Britaniya Hakimiyyəti Fərmanı (OBE) ilə təltif olunmuşdur.

YOŞİHİRO SAVA- Kurator

 

Yoşihiro Sava Kyoto Texnologiya İnstitutunun Mühəndislik və Dizayn fakültəsindən Bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, 1980-ci ildə Toyota Motor Corporation şirkətinə qoşulduqdan sonra dizaynla bağlı bir sıra vəzifələr, o cümlədən Qlobal Dizaynın, Planlaşdırma Bölməsinin Baş Əməkdaşı vəzifələrini tutmuşdur. O, 2016-cı ilin aprelində Lexus International şirkətinin İcraçı Vitse Prezidenti olmuşdur.