1. New Cars
  2. GX
  3. Ümumi təsvir
ƏLAQƏ YARADIN

GX Executive

SUV 5 Qapılı

Lexus GX
4X4
3.5L Turbo 35PT
Lexus GX
Graphite Black (223)

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/compare-v2/az/az

Əsas xüsusiyyətlər

MULTI-TERRAIN MONITOR / MULTI-TERRAIN SELECT

GX 550-nin “Overtrail” versiyasının 3D “Multi-Terrain Monitor” sistemi avtomobilin ətrafı və hətta altını görmək üçün dörd kameradan istifadə edir. Bundan əlavə “Back Underfloor View” funksiyası geriyə hərəkət zamanı arxa təkərlərin ətrafındakı zonanı göstərir. Rahatlıq üçün kamera yuyucusu ekran açarı ilə idarə olunur. Yolsuzluqda hərəkəti dəstəkləmək üçün avtomobil “Multi-Terrain Select” sistemi ilə təchiz edilib. “Deep Snow” rejimi ilə bu funksiya indi altı rejimi təklif edir: Auto, Dirt, Sand, Mud, Deep Snow və Rock.

SİNFİNDƏ ƏN YAXŞI TƏHLÜKƏSİZLİK GÖSTƏRİCİSİ

Dəbdəbə əminlik, təhlükəsizlik və ürək rahatlığı deməkdir. GX 550-nin sərnişinləri çox güclü təhlükəsizlik karkası və 8 SRS təhlükəsizlik yastığı, eləcə də növbəti səviyyə Lexus Safety System + təhlükəsizlik sistemi ilə qorunduqlarına görə rahat ola bilərlər. Bundan əlavə qapını açan zaman arxadan yaxınlaşan avtomobil haqqında xəbərdar edən “Safe Exit Assist” funksiyası ilə birlikdə öz sinfində aparıcı olan “sürücünü dəstəkləmə texnologiyası” sayəsində GX sizi istənilən səfər zamanı stresdən uzaq tutacaq.

E-KDSS / CRAWL CONTROL

GX 550-nin “Overtrail” versiyasına bir birindən asılı olmadan ön və arxa asqı stabilizatorlarını bloklayan və ya buraxan yeni “Asqının Elektron-Kinetik Stabilizasiyası Sistemi” (E-KDSS) daxildir. Bu, avtomobilə əlavə təkər artikulyasiyası verir, eləcə də yolsuzluqda hərəkət zamanı daha çox çevikliyi təmin edir. Ekstremal yolsuzluq şəraitlərində və ya sürüşkən səthlərdə hərəkət zamanı əziyyətinizi azaldan “Crawl Control” funksiyası da mövcuddur. Aşağı sürətdə hərəkət zamanı GX-in bu funksiyası sürücünün seçdiyi beş aşağı sürətdən birində hərəkət etməyə imkan verir.

GX Qallereyası

360°-DƏ KƏŞF ET

Tam ekran Bağla