1. Discover Lexus
  2. Performance
  3. LC 500 sports coupe
ƏLAQƏ YARADIN
PERFORMANS

LC SPORT KUPE

LC hər mənada dönüş nöqtəsidir. Bu, həm Lexus, həm də sürücülərimiz üçün yeni məqamın başlanğıcıdır. Yaponiyada dünya səviyyəli aerodinamika tədqiqatı müəssisəsində yaradılan avtomobil növbəti hara gedəcəyinizdən asılı olmayaraq, sizə hər kəsdən fərqli şəkildə sürmək imkanı verir.

YENİ DÖVRAN ÜÇÜN HAZIRLANMIŞDIR

2016-cı ildə Detroytda Şimali Amerika Beynəlxalq Avtomobil Sərgisində təqdim olunan LC avtomobili dərhal sənaye diqqətini cəlb etdi və təriflərə layiq görüldü. Lexus şirkətinin müxtəlif komandaları bənzərsiz performansı ilə ən müasir dizaynı özündə əks etdirən bir avtomobili ərsəyə gətirmək üçün vahid şəkildə birləşdilər. Avtomobil sürməyə maraq oyadaraq o, Lexus-un gələcək istiqaməti ilə bağlı cürətli bildiriş təqdim edir.

KONSEPTDƏN REALLIĞA

LC modelində istehsalata kimi konsepsiyanın tərcüməsi sadəcə olaraq görünməyən bir haldır. Ekspressiv dizayn hər zaman dəbdəbəli şəkildə qalan təbii sürücülük təcrübəsini yaratmaq üçün ən gözəl mühəndislik ekspertizası ilə birgə təqdim olunur.

TAYI-BƏRABƏRİ OLMAYAN NAİLİYYƏT

Bu, ən incə detallarına kimi reallaşdırılan qeyri-adi təxəyyüldür. 2012-ci ildə debüt edən mükafatlara layiq görülən LF-LC konsepti ilə şövqləndirilən LC modeli sənaye konvensiyaları və gözləntilərini alt-üst etdi.

Lexus mühəndisləri və dizaynerləri LC-ni ərsəyə gətirmək üçün yorulmadan çalışdılar. Dünyaca məşhur avtomobilimiz möhtəşəm LFA kimi LC də Takumi sənətkarlığının bir nümunəsidir. Avtomobilin qurulması onların peşəsidir və onillik təcrübələri onların dəqiqlik və incəlikləri yüksək səviyyədə bilməsi anlamına gəlir və standartları yeni yüksəkliklərə qaldırır.

BƏNZƏRSİZ PERFORMANS

LC modelinin sükanı arxasına keçin və innovativ yeni xüsusiyyətlərin sırası sayəsində unikal sürücülük təcrübəsi ilə qarşılaşacaqsınız. Siz həm də modelin dinamik dəbdəbəsinə heyran olacaqsınız. L-Finesse dizayn fəlsəfəmizin həqiqətən eleqant, canlı və axıcı izahıdır.

Rəqibsiz Takumi sənətkarlığı əsasında LC bütünlükdə Yaponiyada dünya səviyyəli aerodinamika tədqiqat müəssisəsində işlənib hazırlanmış ilk avtomobillərdən biridir. O, yeni eranın başlanğıcını qeyd edir.

ÇOXMƏRHƏLƏLİ HİBRİD

LC 500h Lexus üçün yeni hibrid texnologiyasının təşəbbüskarıdır. İnqilabi Çoxmərhələli Hibrid Sistemi ilə təmin olunan avtomobil səmərəli, az emissiya verməklə yanaşı, həm də kompromissiz idman üslublu, göz önündə canlanan sürücülük təcrübəsi təqdim edir.

GƏLƏCƏK NƏSLİN GÜCÜ

Gələcək nəsil hibridinin şahidi olun. LC modelinin Çoxmərhələli Hibrid Sistemində iki enerji mənbəyi intellektual şəkildə işləyir. Ya təkcə batareya ilə enerji toplayan elektrik mühərrik, ya da benzinlə sürülən mühərrik avtomobili enerji ilə təmin edir. Yaxud lazım gəldikdə hər ikisi birləşə bilər.

Bəs nəticə? İnanılmaz səmərəlilik, emissiya azlığı, ruhlandırıcı sürücülük təcrübəsi və impressiv sürət. Sistemimiz avtomobili sürdüyünüz şəraitləri müşahidə edir və sizin üçün optimal seçim yaradaraq, asanlıqla enerji axınını idarə edir. Bundan başqa, arzulasanız, avtomobili Sürmə Rejimi Seçimi ilə idarə edə bilərsiniz.

Çoxmərhələli Hibrid ölçüsüz idman üslublu hibridi mümkün edir. 4-sürətli avtomatik transmissiya işə salınıb. Bu, 10-sürətli sürücülük təcrübəsi yaşadır və sürücüyə asanlıqla rejimi dəyişmək imkanı verir. Çevik, reaktiv enerji üçün akseleratora toxunun və ya daha aşağı sürətlərdə daha ağıllı səmərəlilikdən həzz alın.

SÜRMƏ DİNAMİKASI

LC-nin mühəndislik texnikası bənzərsiz sürücülük təcrübəsi yaratmaq üçün mükəmməl səviyyəyə malikdir. Bilirik ki, ən kiçik komponent belə güclü nəticəyə gətirib çıxara bilər.

HƏR KƏSDƏN FƏRQLİ SÜRÜN

LC 500 avtomobilinin mühərriki ikili hava dəliyindən istifadə edir. Bu, sistemin havalanmasına kömək edir və mühərrikin hər kəsin eşidə bildiyi fantastik səs çıxarmasına imkan yaradır. Bu "təbii havalanma" mühərriki gözəl şəkildə büsbütün idman üslublu kupe ilə birləşir. Bu, sizə sükan arxasında olarkən avtomobili daha asan idarə etmək imkanı verərək və qüsursuz sevinc bəxş edərək modelin xətti enerji təchizatını tamamlayır.

Lexus avtomobillərinin getdikcə daha da təkmilləşməsi üçün tam yeni sürücülük təcrübəsi yaratmışıq. LC-nin xüsusiyyətləri və görünüşü əvvəlki hər hansı Lexus modellərinə bənzəmir.

 

 

 

ÇEVİKLİK ÜÇÜN YARADILIB

LC modelini ərsəyə gətirən zaman hər bir məqamda arzuladığımız nəticəni vizuallaşdırdıq: daha güclü, daha mükəmməl sürücülük təcrübəsi. Çevik, iti, güclü

Biz idman üslublu lüks kupe olmaqla yanaşı, həm də təəccübləndirici, sürücülərin həvəsini alovlandıran yüksək səviyyəli yürüş keyfiyyəti yaratmaq istədik. Əgər LC avtomobilində getmək imkanınız olubsa, geniş əhatəli məqsədimizə nail olduğumuzu biləcəksiniz.