hero

LEXUS DİZAYN MÜKAFATI

LEXUS 12-Cİ MİLAN DİZAYN HƏFTƏSİ TƏDBİRİNİ VƏ “İŞIQ İLƏ LİDERLİK” MOTİVİNİ TƏQDİM EDİR

Lexus dizaynın dünyanı dəyişdirmək gücünə şövqlə inanır. On ildən çoxdur ki, Lexus Dizayn Tədbiri onun fəlsəfəsini nümayiş etdirən Milan Dizayn Həftəsinin ziyarətçilərinə unudulmaz anlar yaşadır.
2019-cu il digər illərdən fərqli deyil və bu ilin “İşıq ilə Liderlik” adlı tədbiri üçün Lexus dünyaca məşhur Rhizomatiks dizayn şirkəti ilə əməkdaşlıq edib. Tamaşaçıların diqqətini cəlb etmək üçün texnologiyadan yaradıcı şəkildə istifadəsinə görə məşhur olan Rhizomatiks əvvəllər incəsənət və texnologiya sərgisi - Media Ambition Tokyo tədbirində Lexus ilə işləyib.
Lexus-un “gələcək işıqlandırma texnologiyası”ndan ilhamlanan “İşıq ilə Liderlik” saysız-hesabsız işıq şüalarının insan forması ilə qarşılıqlı əlaqədə olmaq üçün idarə edildiyi oynaq və dinamik işıqlandırmanı özündə birləşdirən heyranedici displeydir.
Qonaqların 2019-cu ilin Lexus Dizayn Mükafatında altı finalçının işlərinə baxmaq imkanı da olacaq. İlk dəfə 2013-cü ildə əsası qoyulmuş bu beynəlxalq dizayn müsabiqəsi bütün dünyada mövcud və gələcək yaradıcı insanlara hədəflənib. Mükafat işləri gələcəyi yaxşı tərəfə dəyişəcək insanları dəstəkləməklə cəmiyyətə töhfə verən ideyaların inkişafına təkan verməyə çalışır.
Bu ilin 1548 müraciət arasından finalçıları aşağıdakılardır:
Liza Marksın Alqoritmik Krujevası
Sinə xərçəngindən sağ qalanlar üçün fərdi hazırlanmış 3D krujevalı büstqalter. Bu büstqalter üç ölçülü krujeva düzəltmək üçün alqoritmik naxışlamadan istifadə edərək fərdi hazırlanır. Bu, hər bir qadına yeni başlanğıc üçün inam verərək əməliyyatdan sonra narahatlıq yaradan dizayn aspektlərindən imtina edir.
Rezzan Hasoğlunun Arenofili
Böyük miqdarda mövcud olan səhra qumu üçün yeni məqsəd axtaran layihə. Səhra qumu və zərərsiz birləşdiricilərdən istifadə edərək mürəkkəb birləşmələrdən yaradılmış yeni məhsullar böyük eksperiment və tədqiqatın ardından təklif edilib.
Cefri E. Dela Kruzun Balutosu
Zəlzələlərə və yüksək daşqınlara davamlı olması nəzərdə tutulan modulyar mənzil sistemi. Baluto layihəsi əsas problemin daşqının aradan qaldırılması olduğu dəniz səviyyəsindən aşağı olan ərazilərdə daşqın suyunun birdən qalxmasına davam gətirə biləcək yaşayış məkanını nəzərdən keçirir.
Dmitri Balaşovun Yaşıl Partlayışlı Axın Enerjisi
Uçuş zamanı təyyarənin reaktiv mühərrikindən çıxan qaz axınını toplayan və enerjiyə çevirən turbin. Bu Yaşıl Partlayışlı Axın Enerjisi hava limanlarının müxtəlif ehtiyaclarının qarşılanması üçün qaytarıla bilər.
Şujan Yuanın Hydrusu
Ofşor ərazilərdə neft dağılmaları ilə bağlı işin səmərəliliyini artıran fövqəladə emal avadanlığı. Hydrus avadanlığı təkcə bir problemi həll etməyə çalışmır, həm də insanları Yer kürəsinin ətraf mühitindəki dəyişikliklər ilə məşğul olmağa təşviq edir.
Ben Bervikin Solqamisi
Elektrik enerjisi formalaşdıran və daxili işıqlanmanı artıran pəncərə jalüzü. Solqami mənzil sakinlərinin xarici mühitlə daha yaxın əlaqə qurması üçün oriqami həndəsəsindən istifadə edir və onları daha yaxşı işıqlandırma və ya elektrik enerjisi formalaşdırılması arasında seçim qarşısında qoyur.
Bütün finalçılar dizaynlarının prototiplərini yaratmaq və daha sonra onları sərgiləmək məqsədilə məsləhətçi kimi dünyaca məşhur dizaynerlə işləmək imkanına sahib oldu. Bu ilin Qran Pri qalibi dünyaca məşhur dizaynerlər və sənaye ekspertləri paneli tərəfindən seçiləcək və aprelin 8-də elan ediləcək.