
TAM YENİ UX
KROSSOVER ÜÇÜN YENİ ÜFÜQLƏR
Tam yeni Lexus UX əvvəlki modellərin hamısını qabaqlayır. Onun cəsarətli dizaynı xətasız gücü ifadə edir. Zövqlə oyulmuş səthləri hələ də həm dəbli, həm də dinamik bir obrazı təlqin edir.
UX İLƏ TANIŞ OLUN
Cəlbedici Lexus imzalı şpindel ilə mürəkkəb ön hissədən tutmuş idman üslublu struktur və cəzbedici arxa dizayna kimi tam yeni Lexus UX krossover düşüncəsinə çox gözəl yeni yanaşma verir. İnteryer isə daxili və zahiri görünüş arasında sərhədlərin tam şəkildə əlaqələndirildiyi "enqava" yapon arxitektura konsepsiyasına əsaslanan dizaynla sadəcə cazibədardır. Siz rahat, lakin eyni zamanda təhlükəsizlik hissi bəxş edən, diqqətin sürücüyə cəmləndiyi dəbdəbəli bir mühitdə özünüzü tam şəkildə evinizdəki kimi hiss edəcəksiniz.
LEXUS ÖZÜ ENERJİ YIĞAN HİBRİD
ÖZÜ ENERJİ YIĞAN HİBRİD
Bu, özü enerji yığan Hibriddir, ona görə də onu heç vaxt enerji mənbəyinə qoşmağa ehtiyac qalmır. O, elektrik rejimində orta hesabla vaxtının 50%-ni sərf edə bilər. Hər dəfə avtomobili sürdüyünüz zaman akkumulyator dolur. Təkcə hərəkət edəndə deyil, həm də siz dayananda və ya sürəti azaldanda, bizim regenerativ əyləc sistemimiz daha çox enerji bərpa edir.
UX AVTOMOBİLİNİ KƏŞF EDİN



















SAHİBLƏR
LEXUS AVTOMOBİLİNİZİ NECƏ DEZİNFEKSİYA EDƏ BİLƏRSİNİZ
Əksəriyyətimiz hazırkı vəziyyətdə avtomobillərimizi daha az idarə edirik, bu o deməkdir ki, onların premium vəziyyətdə olduğunu təmin etmək üçün müntəzəm olaraq yoxlamalıyıq. Avtomobilin həm daxilində, həm də xaricində nələr etməli olduğunuz haqqında öyrənin.