Əsas məzmuna keç (Enter düyməsini basın)

Naviqasiyaya keç

Axtarışa keç

Alt bölməyə keç

loading content

LEXUS LX

NİYYƏT HAQQINDA BƏYANAT

Təsirli və geniş eksteryer unudulmaz təəssürat yaradır, standart komplektasiya səviyyəsi isə bu modeli indiyədək yaradılmış ən yaxşı LX edir.

  • LEXUS “NEXT CHAPTER” DİZAYNI

    Park edilmiş Lexus LX-in yandan görünüşü

    SUV-nin ikonik proporsiyaları LX-ə dinamik və zərif görünüş bəxş edir.

  • YENİ LX VIP VƏ YA OVERTRAIL KOMPLEKTASİYALARI

    Lexus LX-in qapısında dayanmış iki nəfər

    Eksklüziv VIP komplektasiyası və ya yeni Overtrail komplektasiyası ilə LX təcrübənizi yeni səviyyəyə yüksəldin.

  • GÜCLÜ BENZİN VƏ DİZEL MÜHƏRRİKLƏRİ

    Üç ədəd park edilmiş Lexus LX

    Artırılmış burucu moment və çevik sürətlənmə həm 3,5 litrlik iki turbolu V6 benzin, həm də 3,3 litrlik V6 dizel mühərriklərinin əsas üstünlükləridir.

  • TAKUMİ USTALARI TƏRƏFİNDƏN YARADILMIŞ TAZUNA SALONU

    Lexus LX salonu

    Rahatlıq və idarəetməni nəzərə alaraq hazırlanmış, sürücü yönümlü “Tazuna” salonu avtomobili idarə etmək üçün yalnız minimal əl və göz hərəkətlərini tələb edəcək şəkildə dizayn edilib.

  • 25 DİNAMİKLİ FƏRDİLƏÇDİRİLMİŞ LÜKS AUDİO SİSTEMİ

    Lexus LX-də dinamiklərin yerləşmə sxemi

    Bütün LX modellərində standart olaraq 25 dinamikli üstün Mark Levinson® audio sistemi quraşdırılıb.

  • TƏHLÜKƏSİZ MACƏRA

    Lexus-un toqquşmalarö önləyən sisteminin  qrafik təsviri

    Lexus Safety System + təhlükəsizlik sistemi sanki ikinci pilot kimidir. Toqquşma xəbərdarlığı sistemi gündüz motosiklləri, gecə isə piyadaları aşkar edə bilir.

Read timed out

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/grade-selector/az/az?modelId=5f45b6c8-99ec-490a-9f7a-bad8b6fcb222

LÜKS FLAQMAN DİZAYNI

SEÇİLƏN EKSTERYER

Həm park edilmiş vəziyyətdə, həm də hərəkətdə, LX dərhal hörmət oyadır. Bunu, “L” motivli xarakterik arxa fənərlərlə tamamlanan əzələli kuzovunun parlaq və müasir üslubu, zərif LED faraları və Lexus-un vizit kartına çevrilmiş ifadəli ön hissəsi, həmçinin eksklüziv 22 düymlük döymə yüngül lehimli diskləri və ifadəli arxa Lexus emblemi sayəsində edir. Bir sözlə, heyrətamizdir.

İNANILMAZ DƏRƏCƏDƏ İKONİK
  1. LEXUS DİZAYNINDA YENİ MƏRHƏLƏ
    1. Lexus LX-in radiator barmaqlığı
      LEXUS-UN TƏSİRLİ RADİATOR BARMAQLIĞI
      LX təsirli və qətiyyətli görünməklə yanaşı flaqman yolsuzluq avtomobilinin zərifliyini də özündə əks etdirir. Bunu onun möhtəşəm görünüşünü vurğulayan və güclü hərəkət xüsusiyyətləri ilə assosiasiya olunan firma imzası olan radiator barmaqlığı aydın şəkildə nümayiş etdirir. Həmçinin heykəltəraşlıq üslubunda işlənmiş mürəkkəb səthlər LX-in cazibədarlığını daha da önə çıxarır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. Lexus LX-in xarakterik arxa görünüşü
      XARAKTERİK ARXA GÖRÜNÜŞ
      Avtomobilin arxa hissəsində Lexus-un firma imzası olan “L” formalı arxa fənərləri ifadəli dizaynı ilə seçilir. İşıqların xətləri kuzovun çiyin hissəsinə hamar şəkildə keçir və arxa siluetlə birləşir. Görünüşü isə avtomobilə lakonik, müasir və tanınan üslub bəxş edən LEXUS arxa loqosu tamamlayır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. Lexus LX-in LED faraları
      BLADESCAN® TEXNOLOGİYALI DÖRD PROYEKSİYALI LED FARALAR
      LX modelinin faraları avtomobilə güclü və aqressiv görünüş bəxş edərək üç proyektorlu kompakt LED blokdan və BladeScan® adaptiv uzaq işıq sistemindən ibarətdir. Bundan əlavə, xarakterik “L” formalı gündüz işıqları baxış bucağını dəyişən 3D dərinlik effekti yaradır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Lexus LX Overtrail modelinin eksteryeri
      OVERTRAIL-İN LÜKS DİZAYNI
      LX Overtrail modeli macəra həvəsindən ilhamlanaraq yaradılıb. Eksklüziv idman tədbirlərindən tutmuş həyəcanverici yolsuzluq səfərlərinə qədər bu xüsusi model saf lüksü və təbiətin möhtəşəmliyini birləşdirir. Altı möhtəşəm rəngdə təqdim olunan Overtrail modeli, həmçinin bütün mövsümlər üçün uyğun təkərlərlə təchiz olunmuş səciyyəvi mat boz rəngli 18 düymlük təkərlərlə seçilir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. Lexus LX-in yüngül lehimli diski
      MÖHTƏŞƏM 20 VƏ 22 düymlük YÜNGÜL LEHİMLİ DİSKLƏR
      20 düymlük disklər zərif, mexaniki işlənmiş V formalı iki-millidir. VIP komplektasiyasına məxsus eksklüziv 22 düymlük döymə disklər mexaniki emalı ilə yüksək keyfiyyətli metal örtüyə sahibdir. F SPORT komplektasiyası isə altı ədəd iki-milli və Premium Black örtüklü 22 düymlük disklərlə təqdim edilir ki, bu da üslub və yüksək performansı özündə birləşdirir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    6. Park edilmiş Lexus LX-ə yaxınlaşan iki nəfər
  2. TAKUMİ USTALIĞI İLƏ YARADILMIŞ SALON
    1. Lexus LX interyeri
      15 İLLİK İNKİŞAF TƏCRÜBƏSİ
      Sizi hər tərəfdən əhatə edən lüks yalnız insan əli ilə yaradıla bilən xüsusi keyfiyyətə malikdir. Siz özünüzü əsl ustaların əhatəsində hiss edirsiniz. Bu, “Takumi”dir, Lexus-un məşhur ustalarıdır; onların hər biri ən azı 15 illik təcrübəyə malikdir və işinə xüsusi həvəs və sədaqətlə yanaşır.
      USTALIĞI KƏŞF EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. Lexus LX salonu
      YÜKSƏK KEYFİYYƏTLİ “TAZUNA” SALONU
      İlk növbədə, bu, mükəmməl işlənmiş üzlükləri ilə sürücü yönümlü salondur. Əl işi dəri ilə təbii teksturalı ağacın birləşdirildiyi sükan çarxı. Və ya qırğı quşlarının lələklərindən ilhamlanaraq və mürəkkəb marketri texnikası ilə hazırlanmış Takanohа ağac naxışları.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. Lexus LX sükan çarxı
      ƏL ANATOMİK FORMASINA UYĞUN HAZIRLANMIŞ SÜKAN ÇARXI
      Lexus-un sükan çarxı sürücülük təcrübənizi yeni səviyyəyə yüksəldir. LX modelinin dizaynerləri bu idarəetmə elementini təkmilləşdirmək üçün “Takumi” ustaları ilə sıx əməkdaşlıq ediblər. Üstün hissiyyat və stabil idarəetməni təmin etmək üçün sükan çarxının forması və kəsiyi üzərində xüsusi diqqətlə işlənib.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Lexus LX oturacağının yaxından görüntüsü
      TAKUMİ USTALIĞI
      Lexus-un Takumi ustaları konsolların yuxarı hissəsinin və oturacaqların işlənməsində yüksək səviyyəli tikmə bacarıqlarını tətbiq ediblər. Lüks görünüş yaratmaq üçün xaçvari tikişlər əvəzinə əyri tikişlərdən istifadə olunub, ön oturacaqların arxa hissəsinə isə ağac üslubunda naxışlar əlavə edilib.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. Üç ədəd park edilmiş Lexus LX
  3. ÖZ LX MODELİNİZİ SEÇİN
    1. Lexus LX Active modelinin interyeri və eksteryeri
      ACTIVE
      Xrom örtüklü firma imzası olan radiator barmaqlığı; BladeScan® (AHS) adaptiv uzaq işıq sistemli dörd bölməli LED faralar; Lexus loqolu qara ön əyləc supportları; 20 düymlük yüngül lehimli disklər; Lexus Link Pro naviqasiya sistemi; 25 dinamikli və 3D həcmli səs effektli Mark Levinson® Reference audio sistemi; dəri üzlük.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. Lexus LX Urban modelinin interyeri və eksteryeri
      URBAN
      Mexaniki emal edilmiş 22 düymlük döymə yüngül lehimli disklər, bütün mövsümlər üçün 265/50 R22 ölçülü şinlər; inteqrasiya olunmuş naviqasiya ilə Lexus Link Pro multimedia sistemi; yarı anilin dəri üzlük; sürücü və ön sərnişin üçün masaj funksiyalı oturacaqlar.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. Lexus LX F Sport modelinin interyeri və eksteryeri
      F SPORT
      F-mesh üslublu firma imzası olan radiator barmaqlığı; F SPORT üslubunda 22 düymlük döymə yüngül lehimli disklər, bütün mövsümlər üçün 265/50 R22 ölçülü şinlər; yarı anilin dəri üzlük; sürücü və ön sərnişin üçün masaj funksiyalı ön oturacaqlar.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Lexus LX VIP modelinin interyeri və eksteryeri
      VIP
      Kuzov rəngində örtüklər və təkər tağları; Lexus loqolu qara ön əyləc supportları; “premium metallic” rəngli 22 düymlük döymə yüngül lehimli disklər, bütün mövsümlər üçün 265/50 R22 ölçülü şinlər; inteqrasiya olunmuş naviqasiya ilə Lexus Link Pro Multimedia sistemi; yarı anilin dəri üzlük; arxa kənar oturacaqlar üçün masaj funksiyası.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. Lexus LX Overtrail modelinin interyeri və eksteryeri
      OVERTRAIL
      “Jet Black” rəngli örtüyə malik firma imzası olan radiator barmaqlığı; “Astral Black” rəngli moldinqlər və təkər tağları; Lexus loqolu qara ön əyləc supportları; 6-milli dizayna malik “Matt Grey” (mat boz) rəngli 18 düymlük yüngül lehimli disklər; bütün mövsümlər üçün 265/70 R18 ölçülü şinlər; yarı anilin dəri üzlük; sürücü və ön sərnişin üçün masaj funksiyalı ön oturacaqlar.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN

ZƏRİF LÜKS

YAPON QONAQPƏRVƏRLİYİNİN GƏLƏCƏYİ

“Omotenaşi” Lexus-da tez-tez eşidilən bir anlayışdır. Bu qədim yapon qonaqpərvərlik fəlsəfəsi qonağın ehtiyaclarını hələ yaranmamışdan əvvəl hiss edib qarşılamaq üzərində qurulub. Sizin lüks təcrübəniz yalnız “Takumi” ustalarımız tərəfindən deyil, həm də misilsiz lüks hissi yaradan qabaqcıl texnologiyalar vasitəsilə təmin olunur.

ZƏRİF LÜKS
  1. YÜKSƏK TEXNOLOGİYALAR DÜNYASINA XOŞ GƏLMİSİNİZ
    1. Lexus LX salonu
      LEXUS QARŞILAMASINDAN HƏZZ ALIN
      LX ehtiyaclarınızı siz onları dərk etmədən əvvəl hiss edir. O, sizi yerə işıq salaraq gölməçələrdən yayınmağa kömək edən yan güzgülər və virusların qarşısını almağa, həmçinin saç və dərini nəmləndirməyə kömək edən xırda hissəciklər ayıran 4 zonalı klimat-kontrol sistemi kimi innovativ həllərlə əhatə edir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. Lexus LX qapı dəstəyinin yaxından görüntüsü
      BARMAQ İZİ İLƏ İŞƏ SALMA VƏ AĞILLI QAPILAR
      Barmaq izi tanıyan start düyməsi yalnız rahat deyil, həm də avtomobilin oğurlanma riskini azaldır. “Easy Closer” mexanizmi qapılar yarıaçıq qaldıqda belə onları dəqiq və hamar şəkildə bağlayır, ayaq hərəkəti sensoru ilə aktivləşdirilən elektrikli arxa baqaj qapısı isə geniş baqaj bölməsinə yükləməni asanlaşdırır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. Lexus LX-in proyeksiya displeyinin yaxından görüntüsü
      ÇOX GENİŞ PROYEKSİYA DİSPLEYİ
      Çox geniş proyeksiya displeyi yenilənmişdir və əsas məlumatları, eləcə də xəbərdarlıqları ön şüşənin aşağı hissəsində, sürücünün görmə sahəsində əks etdirir. Displeyin arxa işıqlandırmalı TFT-si (nazik plyonkalı tranzistor) daha parlaq görüntünü və hətta qarlı yolda hərəkət zamanı belə əla oxunaqlılığı təmin edir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Lexus LX salonunun ön hissəsinin interyeri
      SALONUN ATMOSFER İŞIQLANDIRMASI
      LX salonunun atmosfer işıqlandırmasını 64 rəngdən ibarət palitradan seçərək fərdiləşdirin, bunlardan 14-ü təbiət hadisələrini müşahidə edərkən yaranan emosiyaları əks etdirir. Sistem həmçinin "Healing" (Sağalma), "Relaxing" (Rahatlama) və "Focusing" (Fokuslanma) kimi temaları təklif edir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. Lexus LX-in sensorlu multimedia ekranındakı Lexus Voice Assistant
      LEXUS VOICE ASSISTANT (səsli köməkçi)
      Lexus Voice Assistant (səsli köməkçi) diqqətinizi yolda saxlayarkən fikrinizi düymələrlə yayındırmaq ehtiyacını aradan qaldırır. O, təbii dili və “mənə soyuqdur” kimi ifadələrin kontekstini anlayır, hətta hansı ön sərnişinin danışdığını müəyyən edə və pəncərənin açılması kimi funksiyaları yerinə yetirə bilir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    6. Park edilmiş Lexus LX-in önündə dayanan adam
  2. Lexus LX oturacağının yaxından görüntüsü
    1. Lexus LX oturacağının yaxından görüntüsü
      ERQONOMİK OTURACAQ DİZAYNI
      “Tazuna” adlanan innovativ salon dizaynı sayəsində siz hətta nahamar yollarda demək olar ki, mövqeyinizi dəyişmədən avtomobili rahatlıqla idarə edə bilərsiniz. Yaxşı dəstəyi təmin edən erqonomik ön oturacaqlar həmçinin ventilyasiya sistemi ilə təchiz olunub.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. Lexus LX-in oturacaqlarının qatlanma düymələri
      AĞILLI MƏKAN
      Birinci və ikinci sıra oturacaqlarda baş və ayaq üçün olduqca geniş yer var. 7-yerlik modellərdə “avtomatik oturacaq tənzimlənməsi” funksiyası bir düymə ilə ikinci və üçüncü sıranın oturacaqlarını qatlamağa imkan verir və bununla baqaj bölməsi üçün daha geniş yer saxlayır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. Lexus LX-də Mark Levinson® dinamiklərinin yerləşmə sxemi
      MARK LEVINSON® SƏS SİSTEMİ
      25 dinamikli Mark Levinson® Reference 3D surround səs sistemi artıq bütün LX modellərində standart komplektasiyaya daxildir. Konsert zalı effektini yaradan dünya səviyyəli səsi əldə etmək üçün Mark Levinson® PurePlay sistemində kombinə edilmiş yüksək və orta tezlikli dinamiklərə malik doqquz ədəd 10 sm-lik inteqrasiya olunmuş Unity™ dinamikindən istifadə olunur.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Multimedia displeydə əks olunan Lexus Climate Concierge sistemi
      4 ZONALI CLIMATE CONCIERGE / NANOE™ X* SİSTEMİ
      Lexus Climate Concierge sistemi oturacaqların isitmə, sükan çarxının isitmə və oturacaq ventilyasiyası funksiyalarını koordinasiya edərək salonda ideal mühit yaradır. S-Flow sistemi salon daxilində mikroiqlimi daim tənzimləyir, Climate Concierge isə dəri və saç sağlamlığını dəstəkləyən nanoe™ hissəcikləri buraxır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. 12,3 düymlük tam rəqəmsal Lexus LX cihaz paneli
      HƏR TƏRƏFDƏ RƏQƏMSAL EKRANLAR
      12,3 düymlük mərkəzi sensorlu ekrandan əlavə, salonda 12,3 düymlük sürücü displeyi, yeni nəsil proyeksiya displeyi, həmçinin yolsuzluq rejimləri və idarəetmə elementlərini göstərən monitor quraşdırılıb.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    6. Park edilmiş Lexus LX-in önündə dayanan adam
  3. VIP KOMPLEKTASİYASI
    1. VIP komplektasiyalı Lexus LX salonu
      VIP KOMPLEKTASİYASI
      Misilsiz zəriflik, ayaqlar üçün geniş yer və yüksək komfort təqdim edən VIP komplektasiyalı LX, dörd ədəd lüks dəri oturacaq, tikmə işləməli üzlük və eksklüziv əyri formalı başlıqlar, arxa dayaqlar və oturacaq yastıqları ilə seçilir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. VIP komplektasiyalı Lexus LX oturacağının yaxından görüntüsü
      VIP USTALIQ
      Lexus-un Takumi ustaları konsolların yuxarı hissəsində və oturacaqlarda tikişlərin icrasında öz misilsiz ustalıqlarını nümayiş etdiriblər. Lüks görünüş yaratmaq üçün xaçvari tikişlər əvəzinə əyri tikişlərdən istifadə olunub, ön oturacaqların arxa hissəsinə isə ağac üslubunda naxışlar əlavə edilib.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. VIP komplektasiyalı Lexus LX-də arxa oturacaqlar üçün əyləncə sistemi
      VIP ƏYLƏNCƏ
      Lüks VIP komplektasiyamız ikinci sıra sərnişinlərinin hər biri üçün arxa oturacaqlarda əyləncə sistemi ilə təchiz olunub və bu, qonaqlara filmlər və oyunlardan yüksək komfort şəraitində zövq almağa imkan verir. 11,6 düymlük Full HD təsvirə və parıltını əks etdirən örtüyə malik böyük ekran olduqca aydın və yüksək keyfiyyətli görüntü təqdim edir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Lexus LX VIP komplektasiyasında ayaqaltısı olan arxaya əyilən oturacaq
      VIP OTTOMAN
      VIP komplektasiyasında arxa sağ sərnişin üçün ayaqaltı ilə təchiz olunmuş arxaya əyilən oturacaq mövcuddur. Tam dəstək verən mərkəzi arxa hissə yüksək dayanıqlığı təmin edir. Bundan əlavə, yeddi masaj funksiyası əzələlərin rahatlamasına kömək edir.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. Lexus LX VIP komplektasiyasında tavan kondisioner çıxışlarının qrafik təsviri
      VIP KLİMAT
      Günəşliklər və xüsusi oxu lampaları kimi komfort funksiyalarından əlavə olaraq, VIP komplektasiyası ikinci sıra sərnişinləri üçün duş effektinə bənzər hava axını ilə rahat soyutmanı təmin edən eksklüziv tavan kondisioner çıxışları ilə təchiz olunub.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    6. İki binanın qarşısında park edilmiş Lexus LX 600-ün arxa hissəsinin görünüşü
  4. LEXUS SAFETY SYSTEM +
    1. Lexus Safety System+ loqosu
      SON NƏSİL LEXUS SAFETY SYSTEM +
      LX, Lexus Safety System + sisteminin ən son versiyasında təqdim olunan qabaqcıl təhlükəsizlik və sürücüyə yardım sistemlərindən istifadə edir. Yenilənmiş və əlavə edilmiş funksiyalar arasında qəza riskinin daha dəqiq aşkar edilməsi yer alır.
      LEXUS SAFETY HAQQINDA DAHA ƏTRAFLI
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    2. Lexus-un Təkmilləşdirilmiş Toqquşmaları Önləmə Sisteminin qrafik təsviri
      TƏKMİLLƏŞDİRİLMİŞ TOQQUŞMALARI ÖNLƏMƏ SİSTEMİ
      Yenilənmiş Toqquşmaları Önləmə Sistemi potensial təhlükələri aşkar etmək üçün kameralar, sensorlar və radardan istifadə edir. Funksiya qarşıdan gələn nəqliyyat vasitələri və piyadalarla toqquşma riskləri barədə sürücünü xəbərdar edir və zəruri hallarda əyləci işə salır.
      LEXUS SAFETY HAQQINDA DAHA ƏTRAFLI
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    3. Lexus Dynamic Radar Cruise Control (DRCC) sisteminin qrafik təsviri
      DİNAMİK RADARLI KRUİZ-KONTROL (DRCC)
      DRCC xüsusilə sıx tıxaclarda və ya uzun magistral yollarında stresi və yorğunluğu azaldır. Sistem öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni qorumaq və sürəti uyğunlaşdırmaqla yanaşı, qəza hallarında əyləci avtomatik olaraq işə salaraq təhlükəsizliyi artırır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    4. Lexus Emergency Steering Assist sisteminin qrafik təsviri
      TƏCİLİ SÜKAN YARDIMI
      İntuitiv Emergency Steering Assist sistemi qəzanın qarşısını almaq üçün manevr edən zaman avtomatik sükan və əyləc dəstəyini təmin edir. Bu funksiya avtomobilin stabilliyini artırır və təsadüfi zolaqdan çıxmanın qarşısını alır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN
    5. Lexus BladeScan® Adaptive High-beam System (AHS) sisteminin qrafik təsviri
      BLADESCAN® ADAPTİV UZAQ İŞIQ SİSTEMİ
      Qabaqcıl BladeScan® Adaptiv uzaq işıqları sistemi (AHS) adi LED faralarla müqayisədə daha geniş görmə sahəsi təqdim edir. Sistem 12 LED-dən gələn işığı dəqiqədə 6000 dövr fırlanan bıçaq formalı güzgüyə yönəldir və linza vasitəsilə geniş işıq yaradır.
      LX-in TEST SÜRÜŞÜNÜ EDİN
      NÖVBƏTİ LEXUS LX MODELİNİZİ YARADIN

TEZ-TEZ VERİLƏN SUALLAR

  1. Tam

Bəzi bazarlarda sifarişləri həqiqətən onlayn yerləşdirmək mümkündür. Bəzi bazarlar pulsuz rezervasiya təklif edir, digərlərində isə kiçik geri qaytarılan komissiya tələb olunur. Nəzərə alın ki, qiymətlər ilkin xarakter daşıyır və çatdırılmadan əvvəl nəzarətimizdən kənar amillərdən (məsələn, vergilərin, faiz dərəcələrinin artması və s.)  asılı olaraq  dəyişə bilər.

LX lüksdən güzəşt edilmədən Yaponiyada, Tahara zavodumuzda istehsal olunur. 

LX 600 İKİ-TURBOLU V6 BENZİN

Hər səfərdə maksimum zövq və incəlik üçün LX 600  aşağı sürətlərdə güclü burucu momenti  və əla sürətlənmə dinamikasını təmin edən 3,5 litrlik V6 iki turbolu benzin mühərriki ilə təchiz olunub. Maksimal güc 305 kVt (415 DIN a.g.), burucu moment isə 650 Nm təşkil edir. Mühərrik geniş burucu moment diapazonundan istifadə edərək yüksək dövrlərə qədər həyəcanverici sürətlənmə təqdim edir. Çevik 10 pilləli transmissiya flaqman lüks SUV-yə xas hamar sürüş, yolsuzluqda əlavə performans və yüksək sürətdə səmərəlilik təmin edir.

 

LX 500d İKİ-TURBOLU V6 DİZEL

LX 500d ilk dəfə təqdim olunan 3,3 litrlik iki turbolu V6 dizel mühərriki ilə təchiz olunub və optimallaşdırılmış komponentləri sayəsində 220 kVt-dək (299 DIN a.g.) maksimal gücü, 700 Nm-ədək maksimal burucu momenti və yanacağa yüksək qənaəti təmin edir. İlk iki-turbolu dizel mühərrikimiz aşağı sürətlərdə tək turbo rejimindən yüksək sürətlərdə iki turbo rejiminə avtomatik keçid edərək güclü sürətlənmə və çevik burucu momenti təmin edir.

Möhtəşəm LX Overtrail komplektasiyası macəra həvəsindən ilhamlanıb. Eksklüziv idman tədbirlərindən tutmuş yolsuzluqla həyəcanverici səfərlərə qədər bu xüsusi model saf lüks ilə açıq təbiət arasında körpü yaradır. Overtrail komplektasiyasına məxsus Moon Desert rəngi də daxil olmaqla 6 möhtəşəm rəng seçimi mövcuddur. Model bütün yol şəraitləri üçün uyğun şinlərlə təchiz olunmuş 18 düymlük mat qara disklərlə seçilir.

Biz daima çalışırıq ki, Lexus LX-in idarə edilməsi və ona sahib olma təcrübəsi zövqlü olsun. Bu məqsədlə avtomobillər Yaponiyanın Tahara zavodunda ən yüksək keyfiyyət standartlarına uyğun istehsal olunur və bu, Lexus-un dünya üzrə etibarlılıq mükafatlarını qazanmasına imkan yaradır.

Lexus LX iri ölçülü lüks SUV modelidir. O, 2 850 mm-lik təkər bazasına malikdir və uzunluğu 5090–5100 mm, eni 1 900 mm, hündürlüyü isə 1885–1895 mm təşkil edir. Avtomobilin salonu da olduqca genişdir.

Bəli. LX ən son Lexus Voice Assistant səsli köməkçisi ilə təchiz olunub və daxili “Hey Lexus”  köməkçisi daxil olmaqla 12,3 düymlük sensorlu ekran vasitəsilə idarə olunur.

Bəli. Siz  Apple CarPlay® üçün nəzərdə tutulmuş simsiz və ya simli qoşumla imkanlarından istifadə etməklə smartfonunuzu qoşa bilərsiniz.

Bəli. Smartfon inteqrasiyası Android Auto® vasitəsilə mövcuddur.

LX modeli LX 600 benzin və ya LX 500d dizel versiyalarında təqdim olunur. Siz ACTIVE, URBAN, VIP, OVERTRAIL və ya F SPORT komplektasiyalarından birini seçə bilərsiniz.