Ən son Lexus UX-i sürmək mexaniki sərhədləri aşan təcrübə deməkdir. Bu avtomobildə Lexus-un 4-cü nəsil Özü şarj olan hibrid güc qurğusu sistemindən son dərəcə möhkəm şassiyə və təkmilləşdirilmiş asqıyadək sizi əhatə edən hər şey qabaqcıl texniki nailiyyətləri əks etdirir. Sakitliyi, hamar xətti sürətlənməsi və şəhər küçələrində dəqiq maneretmə qabiliyyətinə görə bu avtomobilin tayı-bərabəri yoxdur. Avtomobilin içərisində də bir çox təkmilləşdirmələr həyata keçirmişik. Yeni işləmələr və üzlüklə yanaşı, "Takumi" ustalığı ilə yaradılmış dərisiz interyer də sifariş edə bilərsiniz. Burada sizi xüsusi təəssüratlar gözləyir. Dediklərimizi anlamanız üçün sadəcə, bu lüks sinfinə aid təkmilləşdirilmiş kompakt UX 300h avtomobilinin sükanı arxasına keçməniz kifayətdir.
  • ƏN YAXŞI UX modeli

    Yenilənmiş UX yeni texnoloji imkanlar, təkmilləşdirilmiş idarəetmə və daha geniş seçim təklif edir.

     

  • BEŞ MİLYON DƏBDƏBƏLİ SUV

    Lexus-un dəbdəbəli SUV avtomobilləri dünyanın təxminən 90 ölkəsində satılır. 2020-ci ildə şirkətin UX, NX, RX, GX və LX modelləri üzrə satışları 5 milyondan çox təşkil etmişdir.                                      

  • UX SƏNƏTİ

    Lexus dünyanın ilk tatulu avtomobilini təqdim edir.

                                                                                                        

Başlamağa hazırsınız? Mühərriki seçin

Komplektasiyanı seçin:

12 Seçimlər

Heç bir nəticə tapılmadı

  • UX - Eco 250h FWD - Wagon 5 Doors

    UX Eco 250h FWD

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Eco 250h E-Four - Wagon 5 Doors

    UX Eco 250h E-Four

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - Comfort 250h FWD - Wagon 5 Doors

    UX Comfort 250h FWD

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Comford 250h E-Four - Wagon 5 Doors

    UX Comford 250h E-Four

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - Premium 250h FWD - Wagon 5 Doors

    UX Premium 250h FWD

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Premium 250h E-Four - Wagon 5 Doors

    UX Premium 250h E-Four

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - F Sport 250h FWD - Wagon 5 Doors

    UX F Sport 250h FWD

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - F Sport 250h E-Four - Wagon 5 Doors

    UX F Sport 250h E-Four

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - Luxury 250h FWD - Wagon 5 Doors

    UX Luxury 250h FWD

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Luxury 250h E-Four - Wagon 5 Doors

    UX Luxury 250h E-Four

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - F-Sport Design 250h FWD - Wagon 5 Doors

    UX F-Sport Design 250h FWD

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - F-Sport Design 250h E-Four - Wagon 5 Doors

    UX F-Sport Design 250h E-Four

    Hibrid
    Wagon 5 Doors

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4

XÜSUSİYYƏTLƏR

  • LEXUS-a MƏXSUS SÜRMƏ TEXNOLOGİYASI

                                                                                      Ənənəvi kompakt SUV avtomobilləri ilə müqayisədə daha qənaətli və ekoloji təmiz olan bu yeni Özü şarj olan hibrid müstəsna dərəcədə hamar və səssiz gedişi ilə heyran edir. Möhtəşəm kupe LC-nin imkanlarını üzə çıxaran “Takumi” ustalığının köməyilə aylar boyu davam edən sınaqlar sayəsində ərsəyə gəlmiş özünəməxsus sürmə texnologiyası da UX 300h modelində öz əksini tapıb. Nəticədə isə, kompakt SUV-dan gözlənilməyən güc və enerjiyə malik avtomobil təqdim olunub.

  • LEXUS-un 5-Cİ NƏSİL ÖZ-ÖZÜNÜ ŞARJ EDƏN HİBRİD SİSTEMİ

    UX 300h modelinin yeni Özü şarj olan hibrid texnologiyası son dərəcə qənaətli 2.0-litrlik benzin mühərrikini yüksək məhsuldarlığa malik elektrik mühərrik(lər)ni özündə birləşdirərək sistemin gücünü 199 DIN at gücünədək artırır. Yeni litium-ion batareyası sayəsində avtomobil üstün yanacaq qənaəti və elektrik avtomobil rejimi ilə avtomobilin sürətlənməsi daha çevik və hamar olmaqla yanaşı, gediş ehtiyatında da heç bir problem yaratmır. İşədüşmə zamanı və aşağı sürətlərdə UX 300h modelini güclü ön elektrik mühərrik (və tam intiqallıq modellərdə arxa elektrikli mühərrik) hərəkətə gətirir. Bu məqamda siz tam elektrikli intiqaldan faydalana bilərsiniz.

  • TƏKMİLLƏŞDİRİLMİŞ HİBRİD TRANSMİSSİYASI

    Bu yeni hibrid transmissiyası benzin mühərrikini elektrik mühərrik/generator ilə birləşdirir və daxili sürtünmə səviyyəsi əvvəlki Lexus sistemləri ilə müqayisədə 25% daha azdır və üstün yanacaq qənaətini, səssizliyi və gediş xüsusiyyətlərini təmin edir. “Sequential Shiftmatic” mexaniki transmissiyaya oxşar sürətkeçirmə hissini yaradan altımərhələli həssas tormozlama qüvvəsi yaradır. Transmissiya korpusunun çəkisi 20% azaldılmışdır.

Yeni litium-ion batareyası daha kompakt və yüngül konstruksiyası ilə fərqlənir, gücü isə əvvəlki nikel-metal hidrid batareyası ilə müqayisədə 15% çoxdur. Nəticədə, üstün sürətlənmə göstəriciləri və yanacağa qənaət əldə olunur. Batareyanın UX 300h-in arxa oturacağının altında yerləşməsi yük yerində geniş yerin saxlanılmasına və avtomobilin ağırlıq mərkəzinin daha aşağı olmasına imkan verir.

Təkmilləşdirilmiş “E-FOUR AWD” sistemi 30 kVt gücündə arxa elektrik mühərriki ilə yolda sabitliyi və mürəkkəb şəraitlərdə məhsuldarlığı yaxşılaşdırır. Daha çox nəzarət üçün yeni elektron sürətkeçirmə mexanizmi xoş və cəld idarəetməni təmin edir. Ön və arxa oxlar arasında gücün optimal paylanması hətta yoxuşlarda və ya qarlı yollarla hərəkət zamanı yüksək sabitliyi təmin etməklə yanaşı, ənənəvi tamintiqallı sistemlərlə müqayisədə yanacağı daha az sərf edir.

TƏHLÜKƏSİZLİK

  • LEXUS SAFETY SYSTEM + TƏHLÜKƏSİZLİK SİSTEMİ / “NCAP” REYTİNQİNDƏ 5 ULDUZ

    UX 300h-in ən son nəsil Lexus Safety System + təhlükəsizlik sistemində təqdim olunmuş təkmilləşdirilmiş aktiv təhlükəsizlik və sürücüyə dəstək sistemlərindən istifadə olunur.

    UX modeli NCAP reytinqintə 5 ulduz almışdır və standart komplektasiyası 8 təhlükəsizlik yastığı ilə təchiz edilib. Hətta getdiyiniz yerə çatdığınızda yol hərəkətinin digər iştirakçıları diqqətdən kənar qalmır: Təhlükəsiz Çıxış Funksiyası (Safe Exit Assist) arxadan yaxınlaşan avtomobilləri və ya velosipedləri müəyyən edərək risk hallarında sərnişinləri (ön və arxa) qapını açmamalarına dair xəbərdar edir.

  • TOQQUŞMANI ÖNLƏMƏ SİSTEMİ / QƏZA HALLARI ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ SÜKAN İDARƏETMƏSİ SİSTEMİ

    EuroNCAP-da “yol hərəkətinin həssas iştirakçılarının qorunması” göstəricisi üzrə əldə olunmuş üstün nəticələrə böyük rəğbət qazanmış Lexus Safety System + təhlükəsizlik sistemi (hər bir UX modelinin standart komplektasiyasına daxildir) sayəsində nail olunub.

    Təkmilləşdirilmiş Ön Toqquşma Xəbərdarlığı sistemi sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir. Toqquşma təhlükəsi olduqda piyadanı vurmamaq üçün “Emergency Steering Assist” sistemi sizə sükanı idarə etməyə kömək edərək UX 300h-ın sabitliyinin artırılmasını və hərəkət zolağından təsadüfi kənaraçıxmanın qarşısınıb alınmasını dəstəkləyir.

  • DİNAMİK RADARLI KRUİZ-KONTROL / YOL NİŞANLARINI TANIMA SİSTEMİ

                                                                                  Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni sazlamaq üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, UX 300h də dayanacaq. Öndəki avtomobil yenidən tərpəndikdə, siz də hərəkətinizi davam edəcəksiniz. Sistem öndəki nəqliyyat vasitələrini çox çevik müəyyən edir və “Lane Tracing Assist” (hərəkət zolağını keçmə haqqında xəbərdarlıq) sistemi ilə birlikdə döngələrdə hərəkət zamanı avtomobili daha təbii trayektoriya ilə istiqamətləndirir.

Uzaq İşıqlarının adaptiv idarəetmə sistemi (AHS) UX 300h-in digər yol istifadəçilərinin gözünə işıq salmasının qarşısını almağa kömək edir. AHS qarşıdan gələn avtomobillərin işiğını aşkar etmək üçün ön şüşənin üst hissəsindəki kamera sensorundan istifadə edir və bilavasitə öndə gedən və ya qarşıdan gələn avtomobillərin üstünə işıq salmamaq üçün faraların işığının yayılmasını elə optimallaşdırır. İşıqlandırılan və işıqlandırılmayan ərazilərə dəqiq nəzarət etmək üçün faradakı on bir müstəqil LED çipləri aktivləşdirilir/deaktivləşdirilir.

CƏSUR DİZAYN

  • GÖZƏLLİYİN FUNKSİONALLIQLA BİRLƏŞMƏSİ

    Lexus-un dizaynerləri dinamik xarici görünüşü ilə diqqətləri üzərinə çəkən dəbdəbəli kompakt SUV yaratmaq uğrunda əllərindən gələni ediblər. Göstərdikləri səylər müasir aerodinamik forması avtomobilin idarə edilməsini və gediş xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran unikal arxa kombinə LED işıqları kimi kiçik detallarda da əks olunub. Bu, UX 300h-in təməlini təşkil edən gözəllik və funksionallığın birləşməsidir. İndi heyranedici “Sonic Copper” rəngi ilə UX modeli daha da cəlbedicidir. 18-düymlük yüngül lehimli disklər və təkərüstü oyuqların kuza rəngində olan moldinqləri avtomobilin dinamik və qamətli görünüşünü daha da vurğulayır.

  • F SPORT / F SPORT Dizayn

    Yeni rəng variantları ilə UX həmişəkindən daha da cəlbedicidir. UX model cərgəsinə yenilik qatmış və F SPORT və F SPORT Dizayn modellərinin opsiyası olaraq qara dam, dayaqlar və dam reylinqləri olan “Sonic Copper”, “Sonic Titanium” və “Sapphire Blue” rəngləri arasında seçim edə bilərsiniz.

Bu işıqlar üçprojektorlu kompakt LED bloklar və Lexus-un səciyyəvi ox ucluğu formasında L-varı gündüz qabarit işıqları daxildir. Bundan əlavə, hər hava şəraiti üçün uyğun işıqlar dumanlı havada təhlkükəsiz görünüş sahəsini təmin etməyə kömək edir.

UX 300h-də arxa kombinə işığın təkmilləşdirilmiş dizaynı cəlbedici olmaqla yanaşı, aerodinamik baxımdan da effektivdir. Bu işıqlara havanın təzyiq dəyişikliklərini təxminən 16% azaldan qabırğalar daxil edilmişdir ki, bu da dönmələr zamanı, eləcə də yandan vuran küləkdə avtomobilin arxa hissəsinin sabitliyini yüksəldir. 120 işıq diodundan ibarət olan, mərkəzə doğru daralan və ən dar yerində qalınlığı cəmi 3 mm təşkil edən tək aramsız xətt avtomobilə daha da fərqli görünüş bəxş edir.

İNNOVATİV TEXNOLOGİYA

  • ELEKTRİK İDARƏETMƏLİ YÜK YERİ QAPISI / YENİ AĞILLI RƏQƏMSAL AÇAR

    Rahat yükləmə və boşaltma üçün UX 300h-də yük yerinin qapısı elektrik idarəetməlidir. Yük yerinin qapısını açmaq və bağlamaq üçün arxa bamperin altında yerləşən sensorun altından ayağınızı keçirməyiniz kifayətdir, əsas odur ki, smart açarınız olsun.

  • S-FLOW KLİMAT KONTROLU / KLİMAT-KONSYERJ

    S-Flow klimat kontrolu ətraf mühitin şəraitlərindən asılı olaraq üstün rahatlığı və yanacağa qənaəti təmin edərək UX-in salonunda ideal atmosferi yaradır. Bu sistem, həmçinin sərnişinlərin hansı oturacaqlarda oturduğunu müəyyən edir və müvafiq zonalarda lazımi temperaturu dəstəkləyir. Bundan əlavə, klimat-konsyerj funksiyası ən kiçik nanoe™ X hissəciklərini buraxaraq bütün virus və bakteriyalarla mübarizə etməyə kömək edir və eyni zamanda, saç və dərini nəmləndirərək xoşagəlməz qoxuları aradan qaldırırır.

  • 13 DİNAMİKLİ MARK LEVINSON® AUDİOSİSTEMİ

    UX 300h-in 13 dinamikli Mark Levinson® Premium Surround Sound səs sistemi 915 Vt gücü və dünya standartlarına cavab verən səsi təmin edir. Sistemdəki hər bir elektrik komponent üçün 0,1% və ha daha kiçik ümumi harmonik təhrif olunma dərəcəsini (THD, siqnalın təhrif olunma dərəcəsi) təmin edən ideal konstruksiya nəzərdə tutulub. Sistemə həmçinin “D” sinfinə aid 150 Vt/ 4 Om gücündə 12-kanallı (8 kanaldan istifadə olunur) gücləndirici daxildir. Bu qurğu təmiz və güclü səsi yaradan böyük dinamiklərin işini dəqiqliklə idarə etməyə imkan verir.

Yeni opsional 12.3-düymlük tam rəqəmsal cihaz ekranı sayəsində UX 300h daha da təkmilləşdirilib. Cihazların və məlumat panelinin quruluşu və göz önündə yerləşməsi seçilmiş sürmə rejimindən asılı olaraq dəyişir və fərdi tələblərə uyğun olaraq tənzimlənə bilər.

Avtomobilin parametləri birbaşa olaraq ön pəncərəyə rənglərlə əks etdirilir. 260 mm x 97.5 mm ölçülü proyeksiya displeyi sizə naviqasiya komandalarını, audiosisteminin parametrləri və ya təhlükəsizlik xüsusiyyətləri kimi məlumatı gözünüzü yoldan ayırmadan yoxlamağa imkan verir.
TEST-DRAYVLARIMIZ HAQQINDA ƏTRAFLI MƏLUMAT

TEST-DRAYV VƏDİMİZ

Lexusun unudulmaz test-drayvını təcrübə edin. Avtomobili, yeri və uzunluğu seçin.
Rəqəmlər müqayisə üçün verilmişdir; yalnız yanacaq sərfiyyatı və CO2 göstəricilərini eyni texniki prosedur üzrə test edilmiş digər avtomobillərlə müqayisə edin. Bu rəqəmlər real həyatda avtomobilin idarə edilməsi ilə uyğun olmaya bilər. Bütün avtomobillər Minik Avtomobillərinin Ümumdünya Razılaşdırılmış Test Proseduruna (WLTP) uyğun olaraq sertifikatlaşdırılıb.

UX QALEREYASI

UX dəbdəbəsini, zərafətini və standart görünüşünü kəşf edin.

DİGƏR SUV MODELLƏRİ

POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/model-filter-results/az/az?model=ue%2Cnx%2Crx%2Crxl