1. New Cars
  2. UX
ƏLAQƏ YARADIN
Ən son Lexus UX-i sürmək mexaniki sərhədləri aşan təcrübə deməkdir. Bu avtomobildə Lexus-un 4-cü nəsil Özü şarj olan hibrid sistemindən son dərəcə möhkəm şassiyədək  sizi əhatə edən hər şey qabaqcıl texniki nailiyyətləri əks etdirir. Sakitliyi, hamar xətti sürətlənməsi və şəhər küçələrində dəqiq maneretmə qabiliyyətinə görə bu avtomobilin tayı bərabəri yoxdur. Unikal görünüşə nail olmaq üçün Lexus-un dizaynerləri firma imzasına çevrilmiş radiator barmaqlığını daşıyan dəbdəbəli kompakt SUV yaratmaq uğrunda əllərindən gələni ediblər. Göstərdikləri səylər yüksək aerodinamikası avtomobilin gediş xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran arxa LED işıqları kimi kiçik detallarda da əks olunub. 
  • ƏN YAXŞI UX

    Yenilənmiş UX yeni texnoloji imkanlar, təkmilləşdirilmiş idarəetmə və daha geniş seçim təklif edir.

     

  • BEŞ MİLYON DƏBDƏBƏLİ SUV

    Lexus-un dəbdəbəli SUV avtomobilləri dünyanın təxminən 90 ölkəsində satılır. 2020-ci ildə şirkətin UX, NX, RX, GX və LX modelləri üzrə satışları 5 milyondan çox təşkil etmişdir.                                

  • UX SƏNƏTİ

    Lexus dünyanın ilk tatulu avtomobilini təqdim edir.   

                                                                                                        

Başlamağa hazırsınız? Mühərriki seçin

Komplektasiyanı seçin:

12 Seçimlər

Heç bir nəticə tapılmadı

  • UX - Eco 250h FWD - 5 qapılı krossover

    UX Eco 250h FWD

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Eco 250h E-Four - 5 qapılı krossover

    UX Eco 250h E-Four

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - Comfort 250h FWD - 5 qapılı krossover

    UX Comfort 250h FWD

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Comford 250h E-Four - 5 qapılı krossover

    UX Comford 250h E-Four

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - Premium 250h FWD - 5 qapılı krossover

    UX Premium 250h FWD

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Premium 250h E-Four - 5 qapılı krossover

    UX Premium 250h E-Four

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - F Sport 250h FWD - 5 qapılı krossover

    UX F Sport 250h FWD

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - F Sport 250h E-Four - 5 qapılı krossover

    UX F Sport 250h E-Four

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - Luxury 250h FWD - 5 qapılı krossover

    UX Luxury 250h FWD

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - Luxury 250h E-Four - 5 qapılı krossover

    UX Luxury 250h E-Four

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4
  • UX - F-Sport Design 250h FWD - 5 qapılı krossover

    UX F-Sport Design 250h FWD

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X2
  • UX - F-Sport Design 250h E-Four - 5 qapılı krossover

    UX F-Sport Design 250h E-Four

    Hibrid
    5 qapılı krossover

    Kəşf et

    Fasiləsiz dəyişən transmissiya | 4X4

XÜSUSİYYƏTLƏR

  • LEXUS-a MƏXSUS SÜRMƏ TEXNOLOGİYASI

                                                                                         UX 250h-in qabaqcıl öz-özünü şarj edən hibrid sistemi müstəsna rəvan gedişi və demək olar ki, tam səssizliyi ilə fərqlənir.  Möhtəşəm kupe LC-nin imkanlarını üzə çıxaran “Takumi” ustalığının köməyilə aylar boyu davam edən sınaqlar sayəsində ərsəyə gəlmiş özünəməxsus sürmə texnologiyası da Lexus-un bu modelində öz əksini tapıb.  Nəticədə isə kompakt SUV-dən gözlənilməyən güc və enerjiyə malik avtomobil təqdim olunub. 

  • LEXUS-un 4-CÜ NƏSİL ÖZ-ÖZÜNÜ ŞARJ EDƏN HİBRİD SİSTEMİ 

    UX 250h modeli 2.0 litr həcmli 184 a.g. (DIN) qüvvəsinə malik son dərəcə səmərəli dörd silindrli benzin mühərrikinə malik  öz-özünü şarj edən hibrid sistemi ilə təchiz edilib.  Ön intiqallı və E-FOUR tam intiqallı modellərdə kompakt ötürmələr qutusu və sürtünmə səbəbindən baş verən itkilərin minimuma endirilməsini təmin edən güc idarəetmə qurğusu nəzərdə tutulub. Nikel-metal hidrid akkumulyatorun konstruksiyası və soyutma sistemi dəyişdirilib.  

  • HİBRİD TRANSMİSSİYASI

                                                                                        Yeni nəsil hidrid transmissiyası 2.0-litrlik benzin mühərrikini iki elektrik mühərriki/generatoru ilə birləşdirir və əvvəlki Lexus sistemləri ilə müqayisədə daxili sürtünmə 25% daha azdır.  “Sequential Shiftmatic” funksiyası mexaniki transmissiyada olduğu kimi sükanaltı keçirici ləçəklərdən və ya keçirmə düyməsində “S” vəziyyətindən istifadə etməklə mühərrikin altımərhələli əyləc qüvvəsini təmin edir. 

Konstruksiyası və soyutma sistemi yenilənmiş yeni nikel-metal hidrid akkumulyator UX 250h-in arxa oturacağının altında yerləşərək, yük yerində daha çox yer saxlayır və avtomobilin aşağı ağırlıq mərkəzini təmin edir.  

UX 250h modelinin həm ön intiqallı, həm də E-FOUR elektrikli tam intiqallı versiyası təklif edilir.  E-FOUR sistemində arxa ox üçün ayrıca elektrik mühərriki/generator nəzərdə tutulub.  Ön və arxa oxlar arasında gücün optimal paylanması hətta yoxuşlarda və ya qarlı yollarla hərəkət zamanı yüksək sabitliyi təmin etməklə yanaşı ənənəvi tamintiqallı sistemlərlə müqayisədə yanacağı daha az sərf edir. 

TƏHLÜKƏSİZLİK

  • “LEXUS SAFETY SYSTEM +” TƏHLÜKƏSİZLİK SİSTEMİ / “NCAP” REYTİNQİNDƏ 5 ULDUZ

    Toqquşmanı önləmə sistemli qabaqcıl "Lexus Safety System +" təhlükəsizlik sistemi ilə təchiz edilmiş UX modeli öz sinfinin ən yaxşı təhlükəsizlik göstəricilərini təmin edir və  prestijli "Euro NCAP" reytinqində 5 ulduza malikdir. "Lexus Safety System+" təhlükəsizlik sisteminə aşağıdakılar daxildir: Toqquşmanı önləmə sistemi; dinamik radarlı kruiz-kontrol; zolağın izləmənsinə nəzarət köməkçisi; avtomatik uzaq işıqları sistemi; qəza hallarında sükan  idarəetməsi sistemi; yol kəsişmələrində toqquşmaların önlənməsi sistemi.

  • TOQQUŞMANI ÖNLƏMƏ SİSTEMİ

                                                                                  Toqquşmanı önləmə sistemi artıq qaranlıq vaxtı piyadaları və gündüz vaxtı velosipedləri aşkar edə bilir.  Bunun üçün kameranın həssaslığı və dinamik diapazon təkmilləşdirilmişdir (məs., qarşıdan gələn avtomobilin işıqları piyadanı görməyi çətinləşdirdiyinə görə). Bundan əlavə millimetr diapazonlu radarın görmə bucağı  genişləndirilmişdir və velosipedlərin aşkarlanması üçün uyğundur. Toqquşma ehtimalı yüksək olduqda, əyləc avtomatik olaraq işə düşür. 

  • DİNAMİK RADARLI KRUİZ-KONTROL

                                                                                   Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafənin qorunmasını kontrol etmək üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, sistem UX-i dayandıracaq. Öndəki avtomobil təkrar yerindən tərpəndikdə, UX də hərəkət etməyə başlayacaq.  Bu sistem tez-tez dayanmanı və hərəkəti etməni  tələb edən hallarda sürücünün üzərinə düşən yükü azaltmağa kömək edir. 

Zolağın izləməsinə nəzarət köməkçisi avtomobili zolağın ortasında saxlamağa kömək edir.  Bu sistem həmçinin daha dar radiuslu dönmələri həyata keçirməyə kömək edir.  UX-in zolaqdan kənara çıxma riski aşkar edildikdə, o, kənaraçıxmaya nəzarət rejiminə keçir və avtomobilin zolağın ortasına qayıtmasına kömək edir.

Təhlükəsizlik səviyyəsini əlavə olaraq yüksəltmək üçün UX-in standart kompletasiyası 8 təhlükəsizlik yastığından ibarət geniş qalxanla təmin edilib. Buraya sürücünün və ön sərnişinin təhlükəsizlik yastıqları, eləcə də dizlərin müdafiəsi üçün yastıqlar, ön yan yastıqlar və bütün yan pəncərələri əhatə edən təhlükəsizlik pərdələri daxildir. 

CƏSUR DİZAYN

  • GÖZƏLLİYİN FUNKSİONALLIQLA BİRLƏŞMƏSİ

    Lexus-un dizaynerləri dinamik xarici görünüşü ilə diqqətləri üzərinə çəkən dəbdəbəli kompakt SUV yaratmaq uğrunda əllərindən gələni ediblər. Göstərdikləri səylər müasir aerodinamik forması avtomobilin idarə edilməsini və gediş xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran unikal arxa kombinə LED işıqları kimi kiçik detallarda da əks olunub. Bu, UX 250h-in təməlini təşkil edən gözəllik və funksionallığın birləşməsidir.

  • F SPORT / F SPORT DIZAYN

                                                                                      Yeni “Sonic Platinum” rəngi sayəsində UX modeli daha da cəlbedicidir, cəsur və eyni zamanda zərif görünüşü isə 18 düymlük yüngül lehimli disklərlə və kuzov rəngində olan təkərüstü qovs moldinqləri ilə daha da vurğulanır.  UX cərgəsinin daha bir səciyyəvi xüsusiyyətini təşkil edən güclü görünüşə malik “F-mesh” radiator barmaqlığına və heyranedici ikirəngli dama malik “F SPORT Design”-dır ki, UX F SPORT da daxil olmaqla hər iki modelin dinamik irəliləyişini dərhal vurğulayır. 

  • 17 DÜYMLÜK VENTİLYASİYALI DİKSLƏR

                                                                                            Qara və ya metal gümüşü rəngində olan bu ventilyasiyalı disklərin oxlarının hər iki tərəfindəki qapaqları Lexus üçün dünyada 1 nömrədir.  Qapağın forması “Formula 1” yarışında iştirak edən avtomobillərin arxa qanadına hava axınını tənzimləmək və sıxma qüvvəsini artıran burulğanlanmanı yaratmaq üçün quraşdırılan  “Gurney” qapağına əsaslanır.  Disklərin innovativ dizaynı sabit əyləcləməni təmin edir, soyutmanın səmərəliliyini artıraraq və turbulentliyi azaldaraq sürücüyə sükan arxasında özünü daha əmin hiss etməyə imkan verir. 

Bu işıqlar üç projektorlu kompakt LED bloklar və Lexus-un səciyyəvi ox ucluğu formasında L-varı gündüz qabarit işıqları daxildir.  Bundan əlavə, hər hava şəraiti üçün uyğun işıqlar dumanlı havada təhlkükəsiz görünüş sahəsini təmin etməyə kömək edir. 

UX 250h-də arxa kombinə işığın təkmilləşdirilmiş dizaynı cəlbedici olmaqla yanaşı, aerodinamik baxımdan da effektivdir.  Bu işıqlara havanın təzyiq dəyişikliklərini təxminən 16% azaldan qabırğalar daxil edilmişdir ki, bu da dönmələr zamanı, eləcə də yandan vuran küləkdə avtomobilin arxa hissəsinin sabitliyini yüksəldir.  120 işıq diodundan ibarət olan, mərkəzə doğru daralan və ən dar yerində qalınlığı cəmi 3 mm təşkil edən tək aramsız xətt avtomobilə daha da fərqli görünüş bəxş edir. 

İNNOVATİV TEXNOLOGİYA

  • ELEKTRİK İDARƏETMƏLİ YÜK YERİ QAPISI

                                                                                  Rahat yükləmə və boşaltma üçün UX-də yük yerinin qapısı elektrik idarəetməlidir.  Yük yerinin qapısını açmaq və bağlamaq üçün arxa bamperin altında yerləşən sensorun altından ayağınızı keçirməyiniz kifayətdir, əsas odur ki, smart açarınız olsun. 

  • 13 DİNAMİKLİ MARK LEVINSON® AUDİO SİSTEMİ

    UX-in 13 dinamikli Mark Levinson® Premium Surround Sound səs sistemi 915 Vt gücü və dünya standartlarına cavab verən səsi təmin edir. Sistemdəki hər bir elektrik komponent üçün 0,1% və ha daha kiçik ümumi harmonik təhrif olunma dərəcəsini (THD, siqnalın təhrif olunma dərəcəsi) təmin edən ideal konstruksiya nəzərdə tutulub.  Sistemə həmçinin  “D” sinfinə aid 150 Vt/ 4  Om gücündə 12-kanallı (8 kanaldan istifadə olunur) gücləndirici daxildir.  Bu qurğu təmiz və güclü səsi yaradan böyük dinamiklərin işini dəqiqliklə idarə etməyə imkan verir.  

Avtomobilin parametləri birbaşa olaraq ön pəncərəyə rənglərlə əks etdirilir. 260 mm x 97.5 mm ölçülü proyeksiya displeyi sizə naviqasiya komandalarını, audio sisteminin parametrləri və ya təhlükəsizlik xüsusiyyətləri kimi məlumatı gözünüzü yoldan ayırmadan yoxlamağa imkan verir. 
TEST-DRAYVLARIMIZ HAQQINDA ƏTRAFLI MƏLUMAT

TEST-DRAYV VƏDİMİZ

Lexus-un unudulmaz test-drayvını təcrübə edin. Avtomobili, yeri və uzunluğu seçin.

UX QALEREYASI

UX-in dəbdəbəsini, zərafətini və standart görünüşünü kəşf edin.