RX 450h+ MODELİNDƏ SƏRHƏDLƏRİ AŞ
Tamamilə yeni Lexus RX 450h+ Plug-In Hibrid avtomobilində daha çoxuna qadirsən. Dəbdəbəli SUV sürmə təcrübəsi üçün mükəmməl seçim.
RX 450h+ MODELİNDƏ SƏRHƏDLƏRİ AŞ
Tamamilə yeni Lexus RX 450h+ Plug-In Hibrid avtomobilində daha çoxuna qadirsən. Dəbdəbəli SUV sürmə təcrübəsi üçün mükəmməl seçim.
VENESİYA FİLM FESTİVALI
2022-ci Venesiya Beynəlxalq Film Festivalında tam yeni dəbdəbəli SUV RX də daxil olmaqla, Lexusun elektrikli modelləri möhtəşəm yer aldı.
YENİ DÖVR LEXUS DİZAYNI
Lexusun yeni dövr dizaynı tam yeni dəbdəbəli SUV RX-də uzadılmış kapot, relyefli qapılar, daha geniş təkər çənbərləri və yeni “barmaqlıq korpusu” ilə əks olunub.
Komplektasiyanı seçin:
SON DƏRƏCƏ GÜCLÜ PLATFORMA
GA-K platformamız əsasında qurulan yeni RX genişləndirilmiş təkər bazası ilə yanaşı, dayanıqlılığı artırmaq üçün əlavə köndələn tirlər də təmin edilib. Bu əlavə möhkəmlik sayəsində Lexus mühəndisləri asqını daha dəqiq tənzimləyərək, həm performansı, həm də rahatlığı artırmağa nail olublar. Bu yeni platforma əvvəlkindən 90 kq yüngüldür, ağırlıq mərkəzi isə daha aşağıdır. Ümumi uzunluq dəyişməsə də, təkər bazası 60 mm uzadılıb, bu isə döndərmə momentinin azaldılmasına imkan vermişdir, sağ və sol təkərlər arasındakı daha böyük məsafə və daha böyük təkər radiusu daha möhkəm duruşu və yol səthi ilə daha yaxşı ilişməni təmin edir.
DIRECT4 / E-FOUR GÜC İDARƏETMƏ SİSTEMİ
RX 500h modelində gücün verilişi Lexusun eksklüziv intiqal texnologiyası olan DIRECT4 ilə idarə olunur. Bu yeni sistemi yoldakı vəziyyətdən asılı olaraq, güc və burucu momenti ön və arxa oxlar arasında hər hansı mexaniki sistemin edə biləcəyindən daha dəqiq şəkildə daima paylayır, tarazlayır. Sürücüyə yolu daha çox hiss etməsinə imkan verən “DIRECT4” yüksək sürətdə daha yaxşı idarəetməni və mükəmməl sürmə dinamikasını təmin edir. Yeni RX 350h və RX 450h+ modellərinin E-FOUR elektrikli tam intiqal sistemi 40 kVt-lıq arxa elektrik motorun hər zaman işçi vəziyyətdə olmasını nəzərdə tutur və daha yaxşı burucu moment və dartı qüvvəsini təmin edir.
ADAPTİV DƏYİŞƏN ASQI*
Performansında əhəmiyyətli yüksəlişə nail olan RX-in yeni çoxlingli arxa asqısı üstün yan sabitliyi təmin edir və şaquli yellənmənin qarşısını alır. Daha yüksək burucu moment səviyyələrinə davamlı olan bu sistem, eyni zamanda, səs-küy, vibrasiya və sərtlik səviyyəsini də əhəmiyyətli dərəcədə azaldır. Sürətli döngələrdə sürmə xüsusiyyətlərini və idarəetməni yaxşılaşdırmaq üçün xüsusilə tənzimlənmiş Adaptiv Dəyişən Asqı (AVS) dörd təkərin dördündə də dempferləmə qüvvəsini idarə edir.
*Yalnız RX 500h modelində, eləcə də RX 450h+ and RX 350h modellərinin “Luxury” komplektasiyasında mövcuddur.
ÜÇÜNCÜ NƏSİL LEXUS SAFETY SYSTEM+
Yeni RX-də yüksək təhlükəsizlik səviyyəsi üçün yenilənmiş və əlavə funksiyaların da daxil olduğu üçüncü nəsil “Lexus Safety System+” sistemində birləşmiş qabaqcıl aktiv təhlükəsizlik və sürücüyə yardım texnoligiyalarından istifadə olunur. Bunlar arasında sükan dəstəkli “Proactive Driving Assist” sistemi ve sürücünün yorğunluq və ya diqqətinin yayınma əlamətlərini yoxlayan yeni Sürücü Monitoru yer alır. Bundan əlavə, “Proactive Driving Assist” sistemi əyilmə bucağını müəyyən etmək üçün ön kameradan istifadə edir və döngəyə yaxınlaşdıqda sükan gücünü tənzimləyir.
TƏKMİLLƏŞDİRİLMİŞ “ÖN TOQQUŞMA XƏBƏRDARLIĞI” SİSTEMİ
Təkmilləşdirilmiş “Ön Toqquşma Xəbərdarlığı” sistemi gündüz vaxtı motosikletləri tanıya bilir və sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir. Yol kəsişmələrində dönmə zamanı da qarşıdan gələn nəqliyyat vasitəsi və ya yolu keçən piyada ilə toqquşma risklərini də müəyyən edə bilir. Zərbələri önləmə qabiliyyəti qəza situasiyaları üçün nəzərdə tutulmuş sükan idarəetməsi yardımı ilə gücləndirilir.
DİNAMİK RADARLI KRUİZ-KONTROL
Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni sazlamaq üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, RX də dayanacaq. Öndəki avtomobil yenidən tərpəndikdə, siz də hərəkətinizi davam edəcəksiniz. Sistem öndəki nəqliyyat vasitələrini çox çevik müəyyən edir və “Lane Trace Assist” (hərəkət zolağını keçmə haqqında xəbərdarlıq) sistemi ilə birlikdə döngələrdə hərəkət zamanı avtomobili daha təbii trayektoriya ilə istiqamətləndirir. Dinamik radarlı kruiz-kontrol, həmçinin yanaşı zolaqla daha yavaş hərəkət edən avtomobil ilə toqquşmanın qarşısını alır.
YÜNGÜL LEHİMLİ DİSKLƏRİN YENİ DİZAYNI
“Luxury” komplektasiyası üçün yaradılmış 21 düymlük 20 oxlu disklər parlaq metal işləmə və üzərinə işlənmiş detalları ilə yeni RX-in görünüşünə qüsursuz fərqlilik verir.
BARMAQLIQ KORPUSU/FİRMA İMZASINI DAŞIYAN QƏFƏS / ÜÇLÜ LED İŞIQLAR
Elektrikləşmə tendensiyasını mənimsəyərək dizaynerlər yeni “barmaqlıq korpusu” şəklindəki dizaynı ən yeni RX modelində tətbiq etmək vəzifəsinin öhdəsindən uğurla gəliblər. Bunun sayəsində elektrikli güc və aşağı ağırlıq mərkəzi hissini ifadə edən firma imzalı qəfəsin dizayn konsepsiyasının inteqrasiyasını daha da yaxşılaşdırmışdır.
Daha kompakt və zərif işıqlar, hava girişlər və ya sağ və sol təkərlər arasındakı daha böyük məsafə (15 mm) möhkəm və özündən əmin görünüşü daha da vurğulamışdır. Daha zərif, daha kəskin və daha üfüqi 3-projektorlu LED işıqlar uzaq işıqların adaptiv idarəetmə sistemi BladeScan® ilə incə dizaynın son dərəcə fərqliliyini üzə çıxarır.
LEXUS İMZALI ARXA TƏRƏF DİZAYNI / ELEKTRİK İDARƏETMƏLİ ARXA QAPI
Arxa hissədə yeni Lexus imzalı xüsusi L-şəkilli işıqlandırma dizaynı RX-in bütün enini əhatə edərək diqqətləri üzərinə cəlb edir. Arxa tərəfin bu vahid işıqlandırması avtomobilin simvolik formasını vurğulayır, sol və sağ təkərlər arasındakı daha geniş məsafə isə (+65 mm) avtomobilin özündən əmin duruşu ilə yollarda seçilməsinə səbəb olur. Yenilənmiş LEXUS loqosu daha müasir və asanlıqla tanına bilən görünüşü ilə yük yerinin qapısının mərkəzində yer almışdır.
Asan yükləmə və boşaltma üçün son dərəcə sürətlə işləyən və cəld reaksiya verən uzaqdan idarəetməli yük yeri qapısı rahatlığı təmin edir, xüsusilə də alış-verişdən sonra avtomobilə əlidolu yaxınlaşdıqda. Açarı cibinizə və ya çantanıza qoyun və sonra sadəcə ayağınızı bir qədər arxa bamberin altına yaxınlaşdırıb, yük yerinin qapısını asanlıqla açın.
Yeni Lexus RX-in 64 fərqli rəng seçimini təklif edən fon işıqlandırmasını öz əhvalınıza uyğun olaraq tənzimləyə bilərsiniz.“L-finesse” dizayn fəlsəfəsinə əsaslanaraq, Lexusun interyer dizaynerləri tərəfindən insanların gözəl təbiət hadisələrinə baxdıqda yaşadığı müxtəlif emosional halları əks etdirən 4 rəng təklif edilmişdir. Fon işıqlandırmasının rəngləri "Omotenashi" qonaqpərvərlik fəlsəfəsinin ruhunu ötürmək və aşağıdakı temaları yaratmaq üçün nəzərdə tutulub:
21 DİNAMİKLİ "MARK LEVINSON"* AUDİOSİSTEMİ
RX-in, demək olar ki, səssiz salonu, yeni 21 dinamikli “Mark Levinson Premium Surround” audiosistemi için mükəmməl bir atmosferi təmin edir. Yüksək səviyyəli komplektasiyalarda standart olan və "Lexus"un sadiq tərəfdaşı tərəfindən hazırlanan bu xüsusi audiosistemi avtomobilin daxili arxitekturasına uyğun optimallaşdırılmışdır.
Yeni “3D Mark Levinson Surround” audiosistemi və "Quantum Logic Immersion"dan istifadə edərək tayı-bərabəri olmayan 7.1 kanallı ev kinoteatrı təcrübəsini təqdim edən ClariFi, müstəsna səs keyfiyyəti üçün səs mənbəyini analiz edir və itmiş məlumatları tamamlayır. Konsert zalının akustik təcrübəsini daha da gücləndirən yük yerindəki 22 sm-lik sabvufer, orijinal musiqinin atmosfer və həcmini canlı olaraq ifadə edə zəngin və güclü səs yaradır.
*Yalnız RX 500h modelində, eləcə də RX 450h+ and RX 350h modellərinin “Luxury” komplektasiyasında mövcuddur
RƏQƏMSAL PANORAMA EKRANI
Rəqəmsal panorama ekranı dar yerlərdə daha rahat sürmə üçün nəzərdə tutulub və avtomobilin ətrafının canlı 360° görünüşünü və avtomobilin altının qabaqcadan yazılmış görüntüsünü təmin edir.Bundan əlavə, ekrandakı yardımçı istiqamətləndiricilərlə və avtomobilin yuxarıdan görüntüsü ilə yaxın məsafədən manevr etməyə yardım etmək üçün RX-inizin virtual 3D təsvirini yaradır və aşağıdakı xüsusiyyətləri təklif edir:
AVTOMOBİLDƏN TƏHLÜKƏSİZ ÇIXIŞ SİSTEMİ
RX modelinin “e-Latch” elektron giriş və çıxış sistemi avtomobilin kor nöqtə zonalarına nəzarət sistemi ilə bağlıdır. Avtomobildən təhlükəsiz çıxış üçün nəzərdə tutulmuş xüsusi sistemi arxadan yaxınlaşan avtomobillər və ya velosipedləri müəyyən edərək risk hallarında sərnişinləri xəbərdar edir. "Lexus"un mütəxəssislərinin hesablamalarına görə, bu sistem qapıların açılması ilə əlaqəli bədbəxt hadisələrin 95%-dən çoxunun qarşısını ala bilər.
Forced client side injection based on cached strategy
POST https://dxp-webcarconfig.lexus-europe.com/v1/model-filter-results/az/az?model=ue%2Cnx%2Crx%2Crxl&path=customize%2Fac7ecf2e-0f39-4e44-86b2-9db3e1ce6577%2Fc829224e-1ec5-489a-8c7c-f29d54e4f14e