1. New Cars
  2. GX
ƏLAQƏ YARADIN
Səciyyəvi SUV görünüşünü misilsiz yolsuzluq performansı ilə birləşdirən yeni dəbdəbəli GX 550, şəhər küçələrini və ən çətin keçilən dağ yollarını fəth etmək üçün hərtərəfli düşünülüb.  Kənardan baxdıqda GX güc və zərifliyin səciyyəvi birləşməsini təcəssüm edir. Xüsusi forma verilmiş kapotun altında yerləşən  turboqovuculu 3.5 litrlik V6 10-pilləli avtomatik transmissiya ilə 354 DIN at gücünə və 650 Nm burucu momentə malikdir.  Yeni GX-in “Overtrail” versiyasında daha geniş təkər koleyası daxil olmaqla “Multi-Terrain Select” (MTS) sistemi, elektron-kinetik dinamik asqı (E-KDSS) və “Crawl Control” (yolsuzluq şəraitində hərəkəti dəstəkləyən sistem) də təklif olunur. Macəra paketini tamamlamaq üçün “Overtrail” versiyası “Multi-Terrain Monitor” sistemi və xüsusilə hazırlanmış eksklüziv 18-düymlük disklərlə və yolsuzluq təkərləri ilə təchiz edilib.

“Biz istədik ki, GX 550 sürücüləri həqiqətən heyran etsin. Buna nail olmaq üçün avtomobili beş kontinentdə şəhər yollarında, traslarda, dolanbac dağ yollarında, qayalıq ərazilərdə və palçıqlı yollarda sınamışıq.”

KOJI TSUKASAKI, LEXUS GX AVTOMOBİLİNİN BAŞ MÜHƏNDİSİ

  • MACƏRA ÜÇÜN YARADILIB

    Dağ yollarının öhdəsindən məharətlə gələn və eyni zamanda Takumi ustalığı ilə yaradılmış dəbdəbəli salonu ilə sərnişinlərin qayğısına qalan yeni Lexus GX 550 ilə tanış olun.

  • KƏŞF ETMƏK ÜÇÜN YARADILIB

    Yeni GX müstəsna yolsuzluq imkanlarını Lexus-un dünya səviyyəli zərifliyi ilə birləşdirərək şəraitlərdən asılı olmayaraq hər zaman etibarlı tərəfdaşdır.

  • SIFIRDAN

    “Sıfırdan” (“From the Ground Up”) video seriyası sizə pərdə arxasına baxmağa və hər şeyin necə başladığını öyrənməyə imkan verir. Dizaynerlər və mühəndislərin bu yeni dəbdəbəli GX-i necə yaratdığını izləyin.

Başlamağa hazırsınız? Mühərriki seçin

Komplektasiyanı seçin:

7 Seçimlər

No results

  • GX - Comfort - SUV 5 Qapılı

    GX Comfort

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4
  • GX - Executive - SUV 5 Qapılı

    GX Executive

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4
  • GX - Executive + - SUV 5 Qapılı

    GX Executive +

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4
  • GX - Overtrail - SUV 5 Qapılı

    GX Overtrail

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4
  • GX - Overtrail Bitone - SUV 5 Qapılı

    GX Overtrail Bitone

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4
  • GX - Luxury - SUV 5 Qapılı

    GX Luxury

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4
  • GX - luxury + - SUV 5 Qapılı

    GX luxury +

    SUV 5 Qapılı

    Mühərriki seçin:

    10 AT | 4X4

XÜSUSİYYƏTLƏR

  • DÜNYA MİQYASLI SÜRMƏ TƏCRÜBƏSİ

    Lexus-un mühəndisləri GX 550-ni beş kontitentdə və geniş traslardan çala-çuxurlu dağ yollarınadək ən müxtəlif yollarda sınayıblar. Nəticədə əsl macəra yoldaşı olacaq dəbdəbəli yolsuzluq avtomobili yaradılıb. Turboqovuculu 3.5-litrlik V6 10-pilləli avtomatik transmissiya ilə  354 DIN at gücünə, 650 Nm maksimal burucu momentə və 3500 kq dartı qüvvəsinə malikdir. GX 550-nin tam intiqaldan istifadəni tələb edən ən sərt şəraitlər üçün xüsusilə nəzərdə tutulmuş mühərriki yüksəksürətli yanma texnologiyası sayəsində ən yüksək effektivliyi və gücü təmin edir. Daimi tam intiqal rejimi GX-in yolsuzluğa doğru meylini gücləndirir, yeni asqı isə gediş rahatlığını optimallaşdırır və 22-düymlük təkərlərin quraşdırılmasına imkan verir.

  • ÇƏRÇİVƏLİ PLATFORMA

    GX 550 yeni, heyranedici dərəcədə güclü, lakin eyni zamanda haraya getdiyinizdən asılı olmayaraq kuzanın sərtliyini artıran və idarə edilməsini yaxşılaşdıran yüngülçəkili çərçivəli platforma ilə təchiz edilib. Çərçivədən başqa Lexus-un mühəndisləri GX-in damını bütünlüklə gücləndiriblər, əlavə möhkəmlik isə  əlavə radiatorla və ön dayaqların artırılmış köndələn sərtliyi ilə təmin edilir.  Alüminium kapot kimi element GX-in ağırlıq mərkəzini azaltmağa kömək edir, bu isə yolsuzluq şəraitində sabitliyi artırır və yırğalanmanı azaldır.

  • TORSEN® DİFFERENSİALI

    Ən son GX, macəralı səfərləri yeni səviyyəyə qaldırır. Daimi tam intiqal rejimi burucu momentin optimal paylanmasını təmin edir və məhdud sürüşmə mərkəzli kilidlənən Torsen® differensialı sayəsində yüksək yolsuzluq və sabitlik göstəricilərinə malikdir. Döngələrdə sürətlənən zaman differensial tarazlaşdırılmış qüvvəni arxa təkərlərə paylayaraq kontrollu idarəetməni təmin edir. Düzünə hərəkət zamanı GX 550 yol şəraitlərindəki dəyişikliklərə asanlıqla reaksiya verir.

GX-in yolsuzluq imkanları və yolda nümayiş etdirdiyi sabitlik yeni işlənib hazırlanmış ikilingli asqı sayəsində daha da gücləndirilir. Bu asqı sxemi döngələrdə və tormozlama zamanı avtomobilin dəqiq duruşunu təmin edir.

Performansında əhəmiyyətli yüksəlişə nail olan GX-in yeni çoxlingli arxa asqısı üstün sabitliyi təmin edir. Daha yüksək burucu momentlərə davamlı olan bu sistem eyni zamanda səs-küy, vibrasiya və sərtlik səviyyəsini də əhəmiyyətli dərəcədə azaldır. Nəticə isə Lexus flaqmanına layiq zərif gediş.

TƏHLÜKƏSİZLİK

  • SİNFİNDƏ ƏN YAXŞI TƏHLÜKƏSİZLİK GÖSTƏRİCİSİ

    Dəbdəbə əminlik, təhlükəsizlik və ürək rahatlığı deməkdir. GX 550-nin sərnişinləri çox güclü təhlükəsizlik karkası və 8 SRS təhlükəsizlik yastığı, eləcə də növbəti səviyyə Lexus Safety System + təhlükəsizlik sistemi ilə qorunduqlarına görə rahat ola bilərlər. Bundan əlavə qapını açan zaman arxadan yaxınlaşan avtomobil haqqında xəbərdar edən “Safe Exit Assist” funksiyası ilə birlikdə öz sinfində aparıcı olan “sürücünü dəstəkləmə texnologiyası” sayəsində GX sizi istənilən səfər zamanı stresdən uzaq tutacaq.

     

  • ƏN SON NƏSİL LEXUS SAFETY SYSTEM +* TƏHLÜKƏSİZLİK SİSTEMİ

    GX modelində Lexus Safety System + təhlükəsizlik sisteminin ən son nəslinə aid sürücünü dəstəkləmə xüsusiyyətləri daxildir. Buraya bir çox yenilənmiş və əlavə qəzaəleyhinə funksiya daxildir. Təkmilləşdirilmiş “Ön Toqquşma Xəbərdarlığı” sistemi yol hərəkəti iştirakçılarını, məs. motosikletçiləri tanıya bilir və sağa/sola dönmə və ya tıxaclarda hərəkət zamanı daha çox yol hadisəsinin qarşısını almağa imkan verir. Yol kəsişmələrində dönmə zamanı qarşıdan gələn nəqliyyat vasitələrini və ya yolu keçən piyadaları da müəyyən edə bilir. Zərbələri önləmə qabiliyyəti qəza situasiyaları üçün nəzərdə tutulmuş sükan idarəetməsinin yardımı ilə gücləndirilir.

    * Lexus Safety System + təhlükəsizlik sistemi qətiyyən sükan arxasında sürücünü əvəz etmək üçün nəzərdə tutulmayıb.  Sistemdən istifadə etmədən əvvəl təlimatı diqqətlə oxuyun və unutmayın ki, təhlükəsizliyə görə məsuliyyət hər zaman sürücüyə aiddir. Texniki xüsusiyyətlər və avadanlıq yerli tələblər və şərtlərə uyğun olaraq dəyişdirilə bilər.  Dəqiq məlumat üçün yerli rəsmi Lexus dilerinə müraciət edin.

  • DİNAMİK ADAPTİV KRUİZ KONTROL

    Öndəki nəqliyyat vasitələrini müəyyən etmək və müvafiq ara məsafəni tənzimləmək üçün bu sistem millimetr diapazonlu radar sensorundan və kameradan istifadə edir. Öndə gedən avtomobil durduqda, GX də dayanacaq. Öndəki avtomobil yenidən tərpəndikdə, siz də hərəkətinizi davam edəcəksiniz. Sistem öndəki nəqliyyat vasitələrini çox çevik müəyyən edir və “Lane Tracing Assist” (hərəkət zolağını keçmə haqqında xəbərdarlıq) sistemi ilə birlikdə döngələrdə hərəkət zamanı avtomobili daha təbii trayektoriya ilə istiqamətləndirir.

Standart komplektasiyaya Lexus Safety System + təhlükəsizlik sistemi daxildir, genişləndirilmiş təhlükəsizlik paketində isə yarımüstəqil  idarəetmənin ayrı-ayrı funksiyaları təklif olunur.  Avtomagistrallarda yeni “Lane Change Assist” sistemi GX-ə dinamik adaptiv kruiz kontrol sisteminin köməyilə hərəkət zolağını avtomatik olaraq dəyişdirməyə imkan verir. “Front Cross Traffic Alert” sistemi yol kəsişmələrində soldan və sağdan gələn avtomobilləri aşkar edərək təhlükəsizliyi artırır.  Gecə vaxtı isə qabaqcıl BladeScan® Uzaq İşıqlarının Adaptiv İdarəetmə Sistemi (AHS) görmə sahəsini yaxşılaşdırır və digər sürücülərin gözünə işıq salmadan piyadaları və yol nişanlarını daha tez görməyə imkan verir.

* Ölkənizdə mövcud olub-olmadığını yerli dilerinizdən öyrənin.

CƏSARƏTLİ DİZAYN / YENİ “OVERTRAIL” KOMPLEKTASİYASI

  • VALEHEDİCİ 4x4 DİZAYNI

    Kənardan baxdıqda GX eyni zamanda həm incə, həm də sərtdir; bu, güc və zərifliyin səciyyəvi birləşməsinin təcəssümüdür. Əzələli, bucaqlı kapot (çəkini yüngülləşdirmək üçün alüminiumdan hazırlanır) mürəkkəb ön radiator qəfəsi və üçşüalı LED faraları ilə üslubu təyin edir. Yandan baxdıqda GX dik yamaclar üçün təkmilləşdirilmiş yaxınlaşma bucaqları ilə atletik və güclü görünüşə malikdir, arxa hissəsinin dizaynına isə Lexus-un unikal L-formalı işıq zolağı daxildir. Avtomobilin altında isə bitkilərin ilişməsinin qarşısını alan qoruyucu yerləşir.

  • DƏBDƏBƏLİ FLAQMAN SALONU

    Xarici görünüşünün əksinə GX 550 içəridən hüzur verən xoş sakitlik hissi yaradır. Avtomobilə daxil olan hər kəs 12.3 düymlük cihaz paneli və dəri örtüklü sensorlu ekran ilə “Omotenashi” qonaqpərvərliyi ilə qarşılanır. Sükan arxasında olduqda dərin sakitlik və qayğı hiss olunur. Bu, sürücüyönümlü “Tazuna” kokpitindən və cihaz panelindən optimal görmə sahəsini təmin edən üfüqi ox boyu yerləşdirilmiş cihaz panelinədək hər detalında sürücünü ön plana qoyan Lexus mədəniyyətindən irəli gəlir.

  • TAKUMI CRAFTSMANSHIP

    As a full-blooded luxury 4x4, our Takumi craftspeople have paid great attention to the driver’s seat, with added support for the waist and pelvis whilst off-roading. The seat cushion is also specially designed to stabilise the spine and head, so rough trails are less physically demanding. To meet your lifestyle needs, the GX can be configured with five or six seats and can even accommodate a full-size mountain bike with the rear seats down.

Bir yerdə yaşama öhdəliyini və ekoloji məsuliyyəti öndə tutaraq GX 550-nin heyranedici “Overtrail” versiyasını yaratdıq. Daha geniş təkər koleyası, bamperin dəyişdirilmiş bucaqları və xüsusi mərkəzi protektoru ilə vurğulanan  güclü xarici görünüşü ilə GX-in “Overtrail” komplektasiyası ən sərt sınaqlara hazırdır. Xüsusilə dizayn edilmiş müstəsna 4x4 şinləri və 18-düymlük disklər “Overtrail”in sərt alt hissəsini vurğulayır və kələ-kötür yolsuzluq şəraitində getməyə imkan verir. 

 

Yeni unikal çalarlarla GX-in “Overtrail” versiyası başqaları arasında seçilir və xüsusi üslub və zəriflik nümayiş etdirir.  Birçalarlı rənglərin və metal çalarların yeni birləşməsini əks etdirən “Moon Desert” eksteryer rəngi GX-ə ekslüzivlik və incəlik bəxş edir.  Daha da cəlbedici görünüş üçün ikiçalarlı rəng opsiyası “Overtrail” versiyasının xarakterini üzə çıxarır və eksteryerin rəng seçimini doqquza çatdırır.

İNNOVATİV TEXNOLOGİYA

  • MULTI-TERRAIN MONITOR / MULTI-TERRAIN SELECT

    GX 550-nin “Overtrail” versiyasının 3D “Multi-Terrain Monitor” sistemi  avtomobilin ətrafı və hətta altını görmək üçün dörd kameradan istifadə edir. Bundan əlavə “Back Underfloor View” funksiyası geriyə hərəkət zamanı arxa təkərlərin ətrafındakı zonanı göstərir. Rahatlıq üçün kamera yuyucusu ekran açarı ilə idarə olunur. Yolsuzluqda hərəkəti dəstəkləmək üçün avtomobil “Multi-Terrain Select” sistemi ilə təchiz edilib. “Deep Snow” rejimini əlavə etdikdən sonra bu funksiyada artıq 6 rejim təklif olunur: Auto, Dirt, Sand, Mud, Deep Snow və Rock.

  • E-KDSS / CRAWL CONTROL

    GX 550-nin “Overtrail” versiyasına bir birindən asılı olmadan ön və arxa asqı stabilizatorlarını bloklayan və ya buraxan yeni “Asqının Elektron-Kinetik Stabilizasiyası Sistemi” (E-KDSS) daxildir. Bu, avtomobilə əlavə təkər artikulyasiyası verir, eləcə də yolsuzluqda hərəkət zamanı daha çox çevikliyi təmin edir.  Ekstremal yolsuzluq şəraitlərində və ya sürüşkən səthlərdə hərəkət zamanı əziyyətinizi azaldan “Crawl Control” funksiyası da mövcuddur. Aşağı sürətdə hərəkət zamanı GX-in bu funksiyası sürücünün seçdiyi beş aşağı sürətdən birində hərəkət etməyə imkan verir.

     

  • QOŞQUNUN YIRĞALANMASINA NƏZARƏT / SƏYAHƏT AVADANLIĞI

    Qoşqunun Yırğalanmasına Nəzarət sistemi qoşqunun külək, nahamar yol və qoşqunun yedəyə alınması zamanı sükan idarəetməsi səbəbindən yırğalanmalarının qarşısını almaq üçün nəzərdə tutulub. İkinci sıranın oturacaqlarının yığılması, avtomatik yan pillələr və köməkçi tutacaqlarla “Overtrail”inizi vəhşi təbiətdə həyat üçün hazırlaya bilərsiniz. Avtomobildə həmçinin rahat dəyişən cərəyan yuvası, USB girişləri, simsiz şarj cihazı və 1500 Vt gücündə inverter var.

“Lexus Link Multimedia” unikal “Omotenaşi” servisini tamamlamaq üçün yaradılmış qoşulma  imkanlarının yeni dünyasıdır. Çox geniş 14-düymlük sensorlu ekran, təkmilləşdirilmiş səstanıma sistemi, Android Auto® və ya Apple CarPlay simsiz smartfon inteqrasiyası ilə təchiz edilmiş “Lexus Link Multimedia” sistemi avtomobildə sevimli cihazlarınızdan problemsiz istifadə imkanını təklif edir.  Yeni işlənib-hazırlanmış "Hey Lexus” səsli yardımçısı təbii dili və “üşüyürəm” kimi ifadələrin kontekstini başa düşür və hətta kimin danışdığını müəyyən edə bilir.

GX-in demək olar ki, səssiz salonu, yeni 21 dinamikli Mark Levinson Premium Surround® audio sistemi için mükəmməl bir atmosferi təmin edir. Yüksək səviyyəli komplektasiyalarda standart olan və Lexus-un sadiq tərəfdaşı tərəfindən hazırlanan bu eksklüziv audio sistemi, avtomobilin daxili arxitekturasına uyğun optimallaşdırılmışdır.

 

TEST-DRAYV VƏDİMİZ

TEST-DRAYVLARIMIZ HAQQINDA ƏTRAFLI MƏLUMAT

Lexus GX 550-nin unudulmaz test-drayvını təcrübə edin. Avtomobili, yeri və məsafəni seçin.