Lexus logo
DAVAM ETMƏK ÜÇÜN SÜRÜŞDÜRÜN

LEXUS TƏHLÜKƏSİZLİK SİSTEMİ+

HƏR SƏYAHƏTDƏ AKTİV TƏHLÜKƏSİZLİYİ SINAQDAN KEÇİRİN

İnsanın görmə qabiliyyəti heyrətamizdir. Lakin onun məhdudiyyətləri var və perspektiv illüziyalar ilə aldana bilər.  Lexus Təhlükəsizlik Sistemi Plyusun sükan arxasında hisslərinizi dəstəkləmək üçün necə hazırlandığı haqqında öyrənin. Aydın qavrayış və inamlı idarəetmə üçün ağıllı dəstək.

LÜTFƏN, GÖZLƏYİN - TƏCRÜBƏ YÜKLƏNİR

Qavrayış
paralel xətlərin əyilmiş göründüyü

optik illüziyalar ilə təhrif edilə bilər

lakin yolda olarkən

Lexus sizi zolaqda saxlayır

ZOLAQDAN ÇIXMA XƏBƏRDARLIĞI VƏ ZOLAQDA QALMA KÖMƏKÇİSİ

HƏRƏKƏT XƏTTİNİ İZLƏYİN

Hətta ən diqqətli sürücülərin belə fikri yayına bilər. Əgər zolaqdan kənara çıxmağa başlasanız, Zolaqdan Çıxma Xəbərdarlığı sizi yolda saxlamaq üçün işə düşür. Sükan yavaşca titrəyir və yüngül səs və işıq bildirişləri sizə hərəkət xəttinizi düzəltməyi tövsiyə edir. Xüsusilə, magistral yollar və uzun səyahətlərdə sakit inamla yolunuza davam edin.

DAHA ƏTRAFLI ÖYRƏNİN

İDARƏ EDİLƏN HƏRƏKƏT İSTİQAMƏTİ

Ağıllı kamera ağ və sarı zolaq işarələrini aşkarlayır. Əgər istiqamətdən yayınsanız, audio-vizual xəbərdarlıq avtomatik aktivləşir. Əgər bu xəbərdarlıqlara əhəmiyyət verməsəniz, Zolaqda Qalma Sistemi sizi tədricən zolağa geri qaytarmaq üçün sükan çarxına əlavə güc tətbiq edərək əks istiqamətdə fırlanmasını təmin edəcək.

Qeyd edək ki, bu xüsusiyyətlər uzun səfərlərdə sürücünün idarəetmə konsentrasiyasını dəstəkləmək üçün birgə işləyir. Sükanı idarə etmək daha az cəhd tələb edir. Zolaqdan Çıxma Xəbərdarlığı və Zolaqda Qalma sistemi sizi hər zaman dəstəkləyir.

GERİ QAYIDIN

Gecə saatlarında

bu illuziyada hərəkət edən nöqtələr kimi

güclü və yüksək işıqlı faralar

digər sürücülərin gözlərini qamaşdıra bilər

Lexus bu parıltını avtomatik uzaqlaşdırır

AVTOMATİK UZAQ İŞIQLARI VƏ ADAPTİV UZAQ İŞIQLARI SİSTEMİ

AĞILLI
İŞIQLANDIRMA

Qaranlıqda avtomobil idarə etmək həyatın saf duyğulu zövqlərindən biridir, lakin gecə vaxtı hərəkət etmək qarşınızda yeni çətinliklər yaradır. Təklif etdiyimiz xüsusiyyətlər sizin və digər sürücülərin təhlükəsizliyini təmin edərək görmə qabiliyyətinizə dəstək olur. Avtomatik Uzaq İşıqları lazım olanda, avtomatik şəkildə yanır və sönür. Adaptiv Uzaq İşıqları Sistemi ətraf ərazilər tamamilə işıqlandırılmış qalarkən, yaxınlaşan nəqliyyat vasitələrinin qarşısında ön işıqları azaldaraq ağıllı işıqlandırmanı daha yüksək səviyyəyə qaldırır.

DAHA ƏTRAFLI ÖYRƏNİN

GECƏ SAATLARINDA İNAMLI HƏRƏKƏT

Avtomatik Uzaq İşıqları gözlərinizin dərhal aşkarlamadığı obyektləri axtararaq və görərək bir neçə addım irəlidə olmaq üçün ağıllı sensorlardan istifadə edir. Ön şüşələrdəki kameralar yaxınlaşan nəqliyyat vasitəsinin ön işıqlarını, qarşınızdakı avtomobillərin isə arxa işıqlarını cəld müəyyən edərək uzaq və yaxın işıqlar arasında instinktiv olaraq keçid edir.

Adaptiv Uzaq İşıqları yolu işıqlandırır, lakin digər nəqliyyat vasitələrini kölgədə saxlayır. Kamera dəqiq kölgələndirməni təmin etmək üçün avtomobilin hərəkətini izləyir. Hər iki sistem digər sürücülərin gözlərinin qamaşmamasını təmin edərək, təbii görmə qabiliyyətinizi optimallaşdırır. Toqquşma riski azalır. Günəş batarkən görmə qabiliyyətiniz dəstəklənir.

GERİ QAYIDIN

Tam görünmə dərəcəsi həmişə mümkün deyil

gizli təhlükələri aşkarlamaq üçün

görmə xəttiniz dəyişə bilər

ona görə də, Lexus sizin üçün həmin nöqtələri izləyir

GÖRÜNMƏYƏN ZONALARA NƏZARƏT SİSTEMİ

DAHA AYDIN
GÖRMƏ

İnsanların periferik görmə qabiliyyəti ideal deyil, ona görə də, Görünməyən Zonalara Nəzarət sistemi sizə lazım olan dəstəyi verir. Qonşu hərəkət xətlərindən yaxınlaşan nəqliyyat vasitələrinin aşkar edilməsi üçün nəzərdə tutulmuş bu sistem başqa sürücü hərəkətdə olan zaman sizə xəbərdarlıq edir. Soyuqqanlılığınızı qoruyub saxlayın və tam əminliklə hərəkət zolağını dəyişin.

DAHA ƏTRAFLI ÖYRƏNİN

DİGƏR SÜRÜCÜLƏRİN MANEVRLƏRİNDƏN XƏBƏRDAR OLUN

Ağıllı sensorlar ilə işləyən Görünməyən Zonalara Nəzarət sistemi, göz önündə saxlamağa çətinlik çəkdiyiniz əraziləri əhatə edərək, yolu sizin əvəzinizə araşdırır. O, zolaqları dəyişdiyiniz zaman görünməyən nöqtədə olan nəqliyyat vasitələrinin nəzərdən qaçmadığını təmin etmək üçün fəaliyyətə keçir.

Bu sistem park etdiyiniz zaman da faydalıdır. Arxa Çarpaz istiqamətdə hərəkət edən obyektlər haqqında xəbərdarlıq Sistemi yolun hər iki tərəfindən gələn istənilən nəqliyyat vasitəsi haqqında sizə xəbərdarlıq edərək, manevr etməyinizə kömək edir. Əgər o, toqquşmanın olacağını sezirsə, əyləcləri tətbiq etməklə sizə dəstək olur. Daha aydın, daha geniş görmə ilə həmişə ayıq qalın.

GERİ QAYIDIN

Görmə qabiliyyətimiz məsafəni dəyərləndirmək üçün təkmilləşib

lakin hələ də bizi yanılda bilər

hər iki üfüqi xətt

eyni uzunluqdadır

Lexus, sürətinizi qarşıdakı hərəkətə intuitiv uyğunlaşdıraraq

məsafə qavrayışınızı dəstəkləyir

ADAPTİV KRUİZ KONTROL VƏ TOQQUŞMA ÖNCƏSİ XƏBƏRDARLIQ SİSTEMİ

İDARƏETMƏ
ETİBARLILIĞI

İnsanın mühakimə etmək qabiliyyəti ağıllı idarəetmə sistemləri ilə bir araya gəldikdə daha güclü olur. Adaptiv Kruiz Kontrol sistemi sizinlə qarşıdakı nəqliyyat vasitələri arasındakı məsafəni müəyyən edir və sürətinizi müvafiq şəkildə tənzimləyir, Toqquşma Öncəsi Xəbərdarlıq Sistemi isə qarşıdakı istənilən nəqliyyat vasitələri və maneələri aşkarlayır. Əgər toqquşma ehtimalı varsa, o, sizi xəbərdar edir və tədbir görmədiyiniz halda, avtomatik olaraq əyləci işə salır. Qeyri-müəyyənlik aradan qaldırıldığı üçün artıq əminliklə idarə edə bilərsiniz.

DAHA ƏTRAFLI ÖYRƏNİN

UZUN SƏYAHƏTLƏR ZAMANI RAHAT OLUN

Adaptiv Kruiz Kontrol və Toqquşma Öncəsi Xəbərdarlıq Sistemi yolun vəziyyətini qiymətləndirmək üçün millimetr-dalğalı radardan istifadə edir. Sürətiniz tənzimlənir və digər sürücülərin sürətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin edilmiş sürət aralığında idarə edilir. Toqquşma gözlənilirsə, sizə xəbərdarlıq ediləcək və təmas qaçılmaz olduğu zaman isə əyləcləriniz avtomatik olaraq işə salınacaq.

Adaptiv Kruiz Kontrol və Toqquşma Öncəsi Xəbərdarlıq Sisteminə malik olduğunuz üçün qarşınızdakı yolun anbaan planlaşdırıldığından əmin ola bilərsiniz. Uzun səfərlər indi daha az yorucudur və əyləcin qəfil basılmasına çox nadir hallarda ehtiyac yaranır. Hər səfərinizdə daha az narahatlıq keçirin və mənəvi rahatlıqdan zövq alın.

GERİ QAYIDIN

TƏHLÜKƏSİZLİYİN GƏLƏCƏYİNƏ BAXIŞ

QARŞIDAKI YOL

İlk Lexus LS 28 il əvvəl istehsal edilib. O, dəbdəbəni təcəssüm etdirirdi və performans, rahatlıq, sakitlik, istehsal keyfiyyəti və etibarlılığına görə tənqidçilərin rəğbətini qazanmışdı.

İndi 2018-ci ildə tam yeni LS daha bir inqilab yaratmağa hazırdır. Dünyanın ən intuitiv piyada aşkarlama sistemini ehtiva edən Lexus Safety System+ bir sıra təkmilləşdirilmiş yeni texnologiyalara malikdir. Flaqman salonumuz sürücülərə ağıllı yardım sisteminin yeni erasını elan edir.

TƏHLÜKƏSİZLİK TEXNOLOGİYAMIZIN GƏLƏCƏYİ

YENİ LS

AĞILLI MƏLUMATLILIQ

Təkmilləşdirilmiş aktiv təhlükəsizlik sistemləri sürücü kimi sizə ağıllı dəstək təklif edərək, LS avtomobilini ətraf aləmdən daha xəbərdar edir. Nəqliyyat vasitəsinin ətrafındakı stereo kameralar və çox istiqamətli sensorlar parkinq manevrlərindən tutmuş toqquşmadan yayınmaya qədər bütün vəziyyətlərə həmişə nəzarət edir.

Bu məlumatlılıq dünyada ilk aktiv sükan idarəetməsi ilə birgə işləyən intuitiv piyada aşkarlanmasını təmin edir. Əgər qarşıdakı yolda piyada aşkarlanıbsa və toqquşma baş vermək üzrədirsə, sistem zolaqda qalmaqla, avtomatik olaraq əyləcləri tətbiq edir və yoluna piyadanın yanından keçərək davam edir. Sürücü qarşısındakı dünyanın ən böyük 24 düym ön şüşə displeyi vasitəsilə hər şeydən xəbərdar olur.

YENİ LS

LEXUS CODRIVE

Lexus CoDrive sürücü kimi niyyətlərinizi ağıllı şəkildə oxumaqla idarəetmə kontrolu təmin edərək, LS-də yüksək səviyyəli idarəetmə dəstəyi təklif edir. Nəticə avtomobil yollarında idarəetməyə davamlı yardım və özünəinamdır.

LS vəziyyətin həmişə nəzarətiniz altında olması üçün hazırlanmış, təhlükəsizliyinizin təmin olunduğu Lexus üçün daha ağıllı idarəetmə texnologiyasına doğru irəliləyir.

SİZİN LEXUS, SİZİN XÜSUSİYYƏTLƏR

LEXUS ÇEŞİDLƏRİNDƏ TƏHLÜKƏSİZLİK

DAHA ƏTRAFLI

PLEASE INCREASE THE SIZE OF YOUR BROWSER WINDOW