
14 / 07 / 2018
LEXUS-UN UX YARADICILIQ MƏKANI
2018-ci ilin iyun ayından sentyabr ayına kimi Lexus Avropa Lissabonda açıq qalereyaya ev sahibliyi edir. Lexus-un UX Yaradıcılıq Məkanı tam şəkildə yeni Lexus krossoveri UX modelinin eksklüziv prototipini nümayiş etdirir və İnes Zenha və Bens Mayarlaki kimi perspektivli sənətkarların çoxyönümlü incəsənət işlərini əks etdirir. Sənətkarlara UX modelini söküb Lexus krossoverini yenidən təqdim etmək təklif edildi.
-
UX İNCƏSƏNƏT QALEREYASI DİQQƏT MƏRKƏZİNDƏDİR
UX Yaradıcılıq Məkanı eksklüziv prototipi göstərir. Lissabonda qalereyanın necə yaradıldığını kəşf edin.
0.000.002 -
UX İNCƏSƏNƏT QALEREYASI
LİSSABON YARADICILIQ MƏKANI
"Daima təkamül keçən kreativ və mədəni mərkəz kimi Lissabon UX krossoverini innovativ, yaradıcı mühitdə nümayiş etdirmək üçün mükəmməl fondur," deyə Lexus Avropanın rəhbəri Paskal Rux bildirir. "Lexus-un UX Yaradıcılıq Məkanı ziyarətçilərə Lexus dünyasına ayaq qoymaq imkanı təklif edir və kreativ dizayn və innovativ texnologiya üçün coşğunluğumuzu paylaşır."
"Lexus-un UX Yaradıcılıq Məkanı avtomobil və sənət əsərini ahəngdarcasına bir-biri ilə əlaqələndirir", müstəqil kurator və müasir incəsənət üzrə ekspert Karolina Qrau deyir. "Bu sərgi həqiqətən Lexus-a məxsus olan hərəkət, səs, forma və rəng platformasının yaradıcılıq sərgisini yaradaraq, ziyarətçiləri abstraksiya və dekonstruksiyadan istifadə etməklə cəlb edir və onların emosiyalarını əks etdirir."
UX İncəsənət Qalereyasını ziyarət edin
Ünvan: Largo dos Stephens 5, Cais Sodré district, Lisbon
Sərginin iş rejimi: 29 iyun-15 sentyabr, Bazar ertəsi-Şənbə, 12:00-20:00
Giriş sərbəstdir -
SƏNƏTKARLARLA MÜSAHİBƏLƏR
-
-