2019 lexus men in black

MEN IN BLACK

LEXUS SONY PİCTURES-İN “QARA PALTARLI ADAMLAR™: BEYNƏLXALQ” FİLMİNDƏ KAİNATI XİLAS ETMƏYƏ KÖMƏK EDİR:

Missiyalarını tamamlamaq üçün Qara Paltarlı Adamlara yüksək sürətli təqiblər üçün daha çox at gücünə, yadplanetlilərlə ən təkmil mübarizə texnologiyasına malik və qalaktikada gizli agentlərin ən eksklüziv qrupuna uyğun olan mürəkkəb üslublu nəqliyyat vasitələri lazımdır. Lexus Sony Pictures-in 14 iyun 2019-cu ildə ABŞ kinoteatrlarında nümayişi planlaşdırılan “Qara Paltarlı Adamlar: Beynəlxalq” filminin rəsmi avtomobili kimi bu rolu ifa etməkdən məmnundur.
Qara Paltarlı Adamlar həmişə Yer planetini kainatın pis qüvvələrindən qoruyub. Bu yeni macərada onlar bu vaxta qədər olan ən böyük və ən qlobal təhlükəni həll edir, bu dəfə onlar Qara Paltarlı Adamlar təşkilatındakı gizli casusu tapmalıdır.
Lexus avtomobilləri filmdə Qara Paltarlı Adamların rəsmi nəqliyyat vasitəsidir. 2020 Lexus RC F Qara Paltarlı Adamların yüksək sürətli təqiblər üçün avtomobil seçimidir. Dəbdəbəli sport kupesində yaxın zamanlarda həyəcanverici dəyişiklik edilib, bu isə onu daha sürətli, yüngül və Qara Paltarları Adamlar kainatı xilas etdikcə onları daşımaq üçün tam hazır vəziyyətə gətirib. Lexus RC F öz sinfində ən yaxşı güc-çəki nisbətini və bu vaxta qədər ən güclü - 472 at gücü hasil edən Lexus V8 mühərrikini təklif edir, filmdə isə avtomobil heyranedici yadplanetli texnologiyasına malikdir. Lexus RX Hibrid və Lexus LX yolsuzluq avtomobilləri yadplanetlilərlə toqquşma səhnələrində də nümayiş etdirilib.
Lexus şirkətinin marketinq üzrə vitse-prezidenti Liza Materazzo bildirdi: ”Biz Qara Paltarlı Adamlara kömək etmək üçün RC F avtomobilinə xüsusi gizli imkanlar əlavə etmişik. Hələlik onu deyə bilərəm ki, biz həqiqətən yadplanetlilərlə mübarizə aparan bir avtomobil növü yaratmışıq. Kinosevərlərin RC F avtomobilini heç vaxt görmədikləri bir şəkildə görməyini səbirsizliklə gözləyirik.”
Lexus və Sony Pictures-in “Qara Paltarlı Adamlar: Beynəlxalq” filmində əməkdaşlığına filmdə ortaq brendli televizorun nümayiş etdirilməsi, Qara Paltarlı Adamlar üçün hazırlanmış fərdi Qara RC F, Lexus-un filmin premyerasına sponsorluq etməsi daxildir. Sony Pictures Motion Picture Group şirkətinin EVP, Brendin İdarəedilməsi və Qlobal Tərəfdaşlıq üzrə əməkdaşı Cefri Qodsik bildirdi: ”Biz “Qara Paltarlı Adamlar: Beynəlxalq” filmini dəstəkləmək üçün bu çoxmərhələli kampaniyada Lexus ilə əməkdaşlıq etdiyimiz üçün çox sevinirik. Lexus RC F sport kupesi Qara Paltarlı Adamların Kris Hemsvort və Tessa Tompsonun rəhbərlik etdiyi, qalaktikanı qoruyan agentlər komandası üçün mükəmməl avtomobildir.
“Qara Paltarlı Adamlar: Beynəlxalq” haqqında
Qara Paltarlı Adamlar həmişə Yer planetini kainatın pis qüvvələrindən qoruyub. Bu yeni macərada onlar bu vaxta qədər olan ən böyük və ən qlobal təhlükəni həll edir, bu dəfə onlar Qara Paltarlı Adamlar təşkilatındakı gizli casusu tapmalıdır.
Film Lovel Kanniqhemin Malibu Komiksinə əsaslanır və F. Qari Qrey tərəfindən çəkilib. Ssenari müəllifi Art Markum və Met Holloveydir. Prodüserlər Volter F. Parkes və Lauri MakDonalddır. İcraçı prodüserlər Stiven Spilberq, E. Bennet Valş, Riyoko Tanaka, David Bobeyr, Barri Sonnenfeld, Edvard Şenq və Hovard Çendir. Filmdə Kris Hemsvort, Tessa Tompson, Rebekka Ferquson, Kumeyl Nancani, Reyf Spol, Lorent Burjua və Larri Burjua, həmçinin Emma Tompson və Liam Nison kimi ulduzlar rol alıb.
Sony Pictures Entertainment haqqında
Sony Pictures Entertainment (SPE) Tokyoda yerləşən Sony Corporation şirkətinin törəmə müəssisəsi olan Sony Entertainment Inc.-in törəmə müəssisəsidir. SPE-nin qlobal fəaliyyətləri kinofilm istehsalı, satınalınması və paylaşılması; televizor istehsalı, satınalınması və paylaşılması; televiziya şəbəkələri; rəqəmsal məzmun yaradılması və paylaşılması; studiya avadanlıqlarının idarə edilməsi; və yeni əyləncə məhsulları, xidmətləri və texnologiyalarının yaradılmasını əhatə edir. SPE-nin Motion Picture Group istehsal təşkilatlarına Columbia Pictures, Screen Gems, TriStar Pictures, Sony Pictures Animation, Stage 6 Films, AFFIRM Films və Sony Pictures Classics daxildir. Əlavə məlumat üçün http://www.sonypictures.com/corp/divisions.html.