Təbii və maraq oyadan tələblərin əsas götürülməsi dəbdəbəli həyat tərzi brendinin bir hissəsidir.
Həmin tələblərdən biri davamlı olaraq F modellərimizin performansını yaxşılaşdırmaq və mükəmməlləşdirməkdir. İnanırıq ki, yarış nizam-intizamlarının geniş diapazonunda təcrübə və ekspertizamızı gücləndirməklə, biz dünya üzrə Lexus sürücülərimizə valehedici sürücülük təcrübəsi təklif edə bilərik. Məhz buna görə də, biz RC F GT3 modeli ilə 2017-ci ildə avtosporta diqqətimizi daha da artırdıq.
Bizim öhdəliyimiz təkcə mövqeyimizi tamamladığımız hər bir yarışla gücləndirmək deyil, həm də yarış pərəstişkarlarının genişlənən qlobal auditoriyasının coşğunluğunu artırmaq istəyirik.
RC F GT3 modeli altı sürətli ardıcıl idman sürətlər qutusu ilə 5,4 litrlik V8 mühərrikinə malikdir. Kapot, buferlər, arxa spoyler, dam, qapı panelləri, mühərrikin havalandırma qutusu və alətlər paneli - bütün bunlar karbon liflə hazırlanıb və ümumi çəkisi sadəcə 1300 kq-dır.
Avtomobil idmanı üzrə rəhbər orqan sayılan Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiqlənmiş RC F GT3 avtomobili ABŞ və Yaponiyada keçiriləcək avtomobil yarışı çempionatlarında, eləcə də seçilən Avropa yarışlarında iştirak edəcək.
Biz ABŞ-da 3GT yarış komandasına Beynəlxalq Avtomobil İdmanı Assosiasiyasının keçirdiyi WeatherTech SportsCar Çempionatının GTD sinfində keçiriləcək yarışda çıxış edəcək iki ədəd Lexus RC F GT3 avtomobili təqdim etmişik. Yaponiyada iki avtomobil LM yarış komandası ilə Super GT avtomobil yarışının GT300 sinfində çıxış edir.
Avropada, ötən il VLN Endurance seriyasında RC F GT3 prototip avtomobilləri ilə çıxış etmiş Farnbacher Racing və Emil Frey Racing komandaları bu mövsümdə də öz hazırlıq və təkmilləşdirmə işlərini davam etdirəcək, gələcəkdə Avropada GT3 yarışında daha yüksək səviyyələrdə rəqabət aparmağı planlaşdırırlar. Onlar 2017-ci ildə Avropa yarışlarında, o cümlədən Beynəlxalq GT Open seriyalarında seçilən tədbirlərdə iştirak edəcəklər.
2016-cı ilin 8 oktyabr tarixində VLN9 yarışında əsas qələbəyə iddialı olan RC F GT3 prototip avtomobili ilə, möhtəşəm Nürburgring Nordschleife dairəsində (Almaniya), Lexus VLN Endurance Çempionatı yarışında qalib gələn ilk Asiya avtomobil istehsalçısı oldu.
Ötən il Lexus həmçinin RC F seriyasından olan digər yarış maşını RC F GT500 ilə yüksək nəticələr əldə etmişdir. Belə ki, 2016 RC F GT500 modeli, GT500 kateqoriyasında komanda və sürücülərin çempionluq adlarına iddialı olan Team SARD və pilotlar Heikki Kovalainen və Kohei Hiratenin iştirakı ilə Yaponiyada keçirilən Super GT seriyasına başçılıq edib.
Avtomobilin Adı | LEXUS RC F GT3 |
---|---|
Mühərrik | 5,4-litrlik V8 |
Güc | 373+ kW (500+ DIN hp) |
Fırlanma anı | Məlumat yoxdur |
Transmissiya | 6 sürətli ardıcıl idman sürətlər qutusu |
Təkərlər | 13x18 ft, 13 x 18 rr - 13 x 8 düym ön və arxa, mərkəzi kilid ilə |
Əyləclər | polad rotorlar |
---|---|
Üzmumi uzunluq | 4,845mm |
Ümumi en | 2,030mm |
Ümumi hündürlük | 1,270 mm |
Təkər bazası | 2,730mm |
Sərnişinsiz çəki | 1,300kq |