LEXUS DİZAYN MÜKAFATI

LEXUS DİZAYN MÜKAFATI MƏSLƏHƏTÇİLƏRİ

NERİ VƏ HU - Memarlar və Disiplinlərarası Dizaynerlər

 

Şanxay şəhərində yerləşən "Neri & Hu" Dizayn və Tədqiqat studiyasının təsisçiləri olan Lindon Neri və Rossana Hu dünyanın hər bir yerində memarlıqda yeni paradiqma yaratmaq üçün dizaynın bütün sahələrinin birləşdirən layihələr üzərində işləyirlər. 2014-cü ildə “Wallpaper” *jurnalı Neri və Hunu İlin Ən Yaxşı Dizayneri elan etdi. 2013-cü ildə onlar ABŞ-ın "Interior Design" jurnalının "Hall of Fame" Mükafatı müsabiqəsində münsif kimi çıxış etmişlər. Neri və Hu hər layihə özü ilə unikal kontekstual məsələlər gətirdiyi üçün tədqiqatın ən mühüm dizayn aləti olduğuna inanırlar.

Memarlıq, interyer, ustalıqla planlaşdırma, qrafik və məhsul dizaynı xidmətləri göstərən Neri və Hu binalarla bağlı müasir problemlərin ənənəvi memarlığın hüdudlarını aşdığını qəbul edir. Şablon tipli dizayndan başlamağın əksinə olaraq, Neri və Hunun işləri təcrübə, detallar, material, forma və işığın qarşılıqlı dinamik təsirinə əsaslanır.

MAKS LAMB - Dizayner

 

Maks Lambın işi ucqar mənzərə ənənəsi - çimərlik tökmə zavodu kimi, karxana emalatxana kimi, Çatsvort malikanəsinin qırılmış qaraçöhrə ağacları mövzu və mənbə materialı rolunu oynayır. Şəhər onu eyni şəkildə heyran etmişdir və onun müxtəlif ətraf mühitlərə uyğunlaşmaq və reaksiya vermək bacarığıı vaxt və məkanına görə unikal olan dizaynlar yaradır. Maks tək bir materiala və ya prosesə əsaslanmır, eləcə də dizayna problemləri həll etmək vasitəsi kimi yanaşmır. O, daha çox materialın təbii tendensiyalarını və gözəlliyini üzə çıxarmaq üçün onda olan keyfiyyətləri istifadə edir. Onun metodları yüksək və aşağı texnologiyaya əsaslanır və o, həm də layihə ehtiyaclarının miqyası və mürəkkəbliyi üçün tökmə zavodlarla və emalatxanalarla əməkdaşlıq edən dizayner və istehsalçıdır. Lakin onun tətbiq etdiyi prinsiplərdə ardıcıllıq var - materiallarda dürüstlük, proses və insan bacarığını və onun limitlərini təqdir etmək.

ELENA MANFERDİNİ - Dizayner və Memar

 

Venesiya, Kaliforniyada ofislərə malik Manferdini atelyesinin təsisçisi və sahibi Elena Manferdini Birləşmiş Ştatlarda, Avropa və Asiyada bir çox, dizayn, incəsənət və memarlıq layihələrinin, o cümlədən Los-Ancelesdəki Müasir İncəsənət Muzeyinin Pavilionu layihəsini tamamlamışdır. Onun firması Swarovski və Sephora kimi beynəlxalq səviyyədə tanınmış şirkətlər ilə əməkdaşlıq etmiş və işləri bir çox jurnal və nəşrlərdə, o cümlədən Elle, Vogue və New York Times kimi jurnallarda nümayiş etdirilmişdir.

Hazırda Cənubi Kaliforniya Memarlıq İnstitutunda Məzun Kafedrasının Sədri olaraq beynəlxalq səviyyədə sərgilər keçirir və MIT, Princeton, Tsinqua Universitetində and Bauhausda geniş mühazirələrlə çıxış edir. Bu yaxınlarda o, orjinal incəsənət əsərlərinin yaradılmasına dəstək üçün 2013 COLA Təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Birləşmiş Ştatlar Rəssamları (AŞR) təşkilatından nüfuzlu illik qrant almış və Alessi üçün hazırladığı “Blossom” (Çiçək) dizaynı “Good Design” (Yaxşı Dizayn) mükafatına layiq görülmüşdür.

SNARKITECTURE - Rəssamlar və Memarlar

 

2008-ci ildə Daniel Arşam və Aleks Mustonen rəssamlıq və memarlıq arasındakı sahələrdə fəaliyyət göstərən kollektiv və eksperimental təcrübənin yəni, Snarkitecture studiyasının əsasını qoydular. Nyu-Yorkda “Cooper” Birliyində birlikdə keçirdikləri tələbəlik illərindən bəri rəssamlıq və memarlığın qarşılıqlı əlaqəsi sahəsində eyni maraqları paylaşan bu iki dizayner ilk işini Dior Homme üçün hazırlamışdır. Adını Levis Karolun "Snarkin ovlanması" adlı fantastik poemasından götürən Snarkitecture studiyası insanları ətraf mühitlə birbaşa əlaqə girməyə vadar edən təəccüb doğurucu və qarşılıqlı təsir yaradan yeni və yaradıcı məqsədlər ilə uzun-müddətli memarlıq layihələri və funksional obyektlər hazırlayır. Ənənəvini qeyri-adi formaya salaraq, Snarkitecture memarlıq sahəsində ağlasığmaz əsərlər yaradır.