Terracota Valley

LEXUS DİZAYN MÜKAFATI

LEXUS DİZAYN MÜKAFATI 2021 ÜÇÜN SON TƏKLİFLƏR ELAN OLUNDU

  • Lexus bugün yaradıcı şəxslərin növbəti nəslini yetişdirən Lexus Dizayn Mükafatı 2021 müsabiqəsinin altı finalçısının son təkliflərini elan etdi. Finalçılar 66 ölkə üzrə 2,079 təqdimat arasından seçilib, burada seçim kriteriyaları olaraq Lexusun üç əsas dizayn prinsipi tətbiq olunub: Öncədən gör, Yenilik gətir və Heyran qoy. Daha yaxşı sabaha aparacaq hər bir dizayn təklifinin reallaşmasına kömək edən Co Duse, Sabin Marselis, Mariam Kamara və Sputniko! finalçılara öz məsləhətlərini veriblər.
    Mentorluq Lexus Dizayn Mükafatının məxsusi cəzbedici əsas elementidir. Altı finalçıya həyatlarında bir dəfə görəcəyi, dünya səviyyəli dizaynerlər tərəfindən təlim keçilməsi imkanı verilir. Dizaynerlər fərqli perspektivlər irəli sürür və davamlı müzakirələrlə finalçılara öz ideyalarını yeniləməkdə kömək edirlər. Finalçıların sonsuz maraqları və mentorların böyük həvəsinin vəhdəti sayəsində hər bir ideya təxminən üç aylıq məhdud bir zaman çərçivəsində daha innovativ təklifə çevrilib.
    Mentor Mariam Kamara deyir: "Belə bir qısa zaman ərzində finalçıların belə bir işi görməsi məni təsirləndirdi. Onlar atdıqları addımlarda verdiyimiz məsləhət və rəylərdən həqiqətən də faydalanıblar, ideyalarının daha güclü hala gəlməsi üçün böyük həvəs və coşqu nümayiş etdiriblər. Finalçıların gördükləri işlərin səbəb olacağı müsbət təsir və nəticənin fərqində olmaları aydın şəkildə görünür, bu, irəlidə öz bəhrəsini verəcək. Hər bir finalçının göstərdiyi təəssübkeşlik hissi tədqirəlayiqdir. Onların əldə etdikləri nəticə məni həqiqətən valeh edir."
    Altı finalçı öz yekun təkliflərini dünyaca məşhur aparıcı dizaynerlər - Paola Antonelli, Donq Qonq, Qreq Linn və Saymon Hamfrisdən ibarət münsiflər heyətinə təqdim edəcək. Lexus Dizayn Mükafatının builki müsabiqəsinin zirvə nöqtəsini vurğulayacaq Qrand Prini qazanmış dizayn isə 27 apreldə elan olunacaq.
  • 2013-cü ildə əsası qoyulan Lexus Dizayn Mükafatı dünyanın hər bir nöqtəsindən olan istedadlı dizaynerlər üçün beynəlxalq müsabiqədir. Bu mükafat daha yaxşı gələcəyi formalaşdıran dizayner və yaradıcılara dəstək olmaqla cəmiyyətə töhfə vermiş olur. Altı finalçı aparıcı dizaynerlərin mentorluğu altında öz dizaynlarının prototipini düzəltmək kimi nadir bir imkan əldə edir. Lexus Dizayn Mükafatı peşəkar karyera inkişafını gücləndirmək baxımından qlobal mediyaya çıxışı təmin edir.
    Daha ətraflı məlumat üçün daxil olun LexusDesignAward.com Rəsmi heşteq: #lexusdesignaward