lexus rx and rx l hero

TAM YENİ RX VƏ RX L İLƏ TANIŞ OLUN

TAM YENİ GENİŞ VƏ MÜKƏMMƏL SUV

Lexus yolsuzluq avtomobilləri üçün yeni standart təyin edən ən yeni RX misilsiz lüksü və geniş məkanı ilə idarəetmə üçün ideal avtomobildir.

RX VƏ RX L İLƏ TANIŞ OLUN

Bu lüks yolsuzluq avtomobili xüsusi zərifliyə malik xarici görünüşü ilə yanaşı, sürücü üçün xüsusi rahatlıq təklif edir. Avtomobilin daxilində dünyanın ən qabaqcıl texnologiyaları bağlantının yeni səviyyələrini təmin edir. Ən yeni Lexus Safety System + sisteminin vəd etdiyi təhlükəsizlik isə həmişə ixtiyarınızdadır. Fərdi havanın soyudulması zonaları, optimallaşdırılmış yan təhlükəsizlik pərdələri və elektriklə tənzimlənən oturacaqlar kimi funksiyalar ilə üçüncü sırada oturan sərnişinlər belə özlərini təhlükəsizlikdə hiss edəcək.

  • 
  

  
    2019 rx

    LEXUS RX

    Lexus dizaynının ən son yeniliklərini nümayiş etdirən yeni RX daha müasir radiator barmaqlığı, zərif üçlü LED ön işıqlar və "L" motivli arxa LED işıqlarına malikdir. İstər yeni RX 450 h Lexus özü enerji yığan hibrid, istərsə də dinamik RX 300 benzin turbo mühərrikini seçin, siz istənilən halda hərəkət etdiyiniz məkandan asılı olmayaraq, daha səlis RX idarəetməsinin şahidi olacaqsınız. Qara, Qara/Ağ və Al qırmızı dəri örtük RX F SPORT modellərinə fərqli və yeni görünüş qazandırır.

  • 
  

  
    2019 rx l

    LEXUS RX L

    İki uşağın, yaxud qısa səfərlərdə iki böyüyün daşınmasına imkanı verən yeni 6 və ya 7 oturacaqlı RX L ikinci sıradan, ya da yük bölməsindən idarə olunan, elektriklə açılan və tənzimlənən üçüncü sıra oturacaqlara sahibdir. Avtomobilin yeni özü enerji yığan hibrid sistemi 3,5 litrlik V6 benzin mühərriki ilə iki elektrik motorunu bir araya gətirir və siz hərəkət etdiyiniz məkandan asılı olmayaraq, daha səlis RX idarəetməsindən həzz alacaqsınız.

ÇEŞİDLƏRİMİZDƏKİ DİGƏR MODELLƏR